14 Noyabr 2025 19:16
501
SİYASƏT
A- A+
Rusiyalı politoloq: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri daha da güclənib

Rusiyalı politoloq: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri daha da güclənib


Şimal–Cənub dəhlizi bütövlükdə Avrasiya qitəsi üçün strateji əhəmiyyətə malik nəqliyyat layihəsidir. Bu təşəbbüs Rusiya üçün də böyük önəm daşıyır, çünki Moskva iqtisadi əməkdaşlığını genişləndirmək və regiondakı geosiyasi təsirini möhkəmləndirmək niyyətindədir. Bu kimi beynəlxalq nəqliyyat proqramları dünyanın müxtəlif bölgələri arasında ticarətin daha təhlükəsiz və səmərəli şəkildə qurulmasına xidmət edir. Lakin bəzi Qərb dairələri bu layihələrin genişlənməsini öz maraqları baxımından təhlükə kimi qiymətləndirir və onların qarşısını almağa çalışır.

Bunu AZƏRTAC-a açıqlamasında Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, rusiyalı politoloq Dmitri Solonnikov söyləyib.

O deyib ki, ABŞ-ın məqsədi Şimal–Cənub və Malakka istiqamətindəki əsas ticarət marşrutlarına nəzarəti saxlamaq, eyni zamanda, region ölkələrinin, xüsusilə Çin, Rusiya və Hindistanın iqtisadi manevr imkanlarını məhdudlaşdırmaqdır. Çin ilə Avropa arasındakı ticarət axınlarının təhlükəsizliyi, enerji təchizatı və logistik dayanıqlıq məsələləri də geopolitik rəqabətin əsas mövzularından biridir: “Bu baxımdan Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizləri Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Qazaxıstan və Türkmənistanın yükləri Xəzər dənizi vasitəsilə Bakıya gətirilir, buradan isə Gürcüstan limanları, Türkiyə və daha geniş beynəlxalq bazarlara daşınır. Zəngəzur dəhlizinin açılması isə Azərbaycan–Ermənistan–Türkiyə xətti boyunca yeni logistik imkanlar yaradaraq bütün region üçün əlavə üstünlüklər təmin edə bilər. Azərbaycan bu layihələrin həyata keçirilməsi ilə regional və qlobal logistika mərkəzinə çevrilir, həm də iqtisadi təsir imkanlarını gücləndirir. Bu isə ölkənin həm nəqliyyat sahəsində, həm də geniş anlamda geosiyasi müstəvidə mövqelərini daha da möhkəmləndirir”.

COP29-dan danışan D.Solonnikov deyib: “COP29 qlobal ekoloji gündəmin, yaşıl keçid və yaşıl enerji mövzularının hələ maksimum dərəcədə aktual olduğu son böyük beynəlxalq konfranslardan biri idi. Məlumdur ki, yaşıl keçid və yaşıl enerji təşəbbüsləri uzun müddət Qərbi Avropa və ABŞ-ın, xüsusilə həmin dövrdə hakimiyyətdə olan liberal administrasiyanın əsas prioritet layihəsi kimi formalaşmışdı. Bu strategiya Avroatlantik liberal elitaların iqtisadi-siyasi yanaşmasının bir hissəsi idi. Məqsəd isə inkişaf etməkdə olan ölkələrin, xüsusən, Asiya və Afrika dövlətlərinin sürətli sənayeləşmə imkanlarını məhdudlaşdırmaq, onların enerji üstünlüyü hesabına iqtisadi sıçrayış etməsinin qarşısını almaqdan ibarət idi. Başqa sözlə, bu siyasət böyük güclərin öz üstün mövqelərini qorumağa yönəlmiş iqtisadi mexanizm rolunu da oynayırdı. Ucuz enerji resurslarından istifadə etmək imkanı olan ölkələrin qarşısında müxtəlif tənzimləyici, siyasi və ekoloji baryerlər yaradılırdı. Həmin dövrdə Avropa və ABŞ ekologiya məsələsini qlobal siyasətin mərkəzinə çıxararaq onu həm də təsir və təzyiq alətinə çevirmişdi. Təbii ki, ətraf mühitin qorunması bütün dünya üçün həyati əhəmiyyət daşıyır, lakin yaşıl gündəmin bir çox istiqamətlərində geosiyasi məqsədlərə xidmət edən elementlər də açıq şəkildə görünürdü. Bütün bunları nəzərə alanda demək mümkündür ki, COP29 həm qlobal ekoloji siyasətin pik nöqtəsi, həm də yaşıl keçidin böyük güclər arasında rəqabətin mühüm komponentinə çevrildiyi bir mərhələ kimi tarixə düşdü”.

O bildirib ki, Azərbaycanın bölgədə, xüsusən də Mərkəzi Asiya ilə əlaqələrində rolu bu gün daha da güclənib. Burada ən mühüm amillərdən biri logistika və nəqliyyat dəhlizləridir. “Yeni marşrutların formalaşması, yükdaşımaların şaxələndirilməsi və alternativ yolların açılması region ölkələri üçün strateji əhəmiyyət daşıyır. Bu kontekstdə inteqrasiya layihələrinin gələcəyi mühüm sual kimi ortaya çıxır. Çünki Mərkəzi Asiyada və Xəzəryanı bölgədə paralel şəkildə bir neçə iri layihə reallaşdırılır. Bunlara həm iqtisadi əməkdaşlıq paketləri, həm də siyasi-koordinasiya təşəbbüsləri daxildir. Xəzəryanı əməkdaşlıq xüsusi önəm daşıyır. Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan Xəzər regionunda mühüm tərəfdaşlardır və bu məkanın tranzit potensialı bütün ölkələr üçün strateji dəyərə malikdir. Digər tərəfdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə vurğulayıb ki, Türk dünyasının inteqrasiyası, o cümlədən Azərbaycan, Mərkəzi Asiya ölkələri və Türkiyə arasında əlaqələrin möhkəmlənməsi Ankara üçün prioritetdir. Bu baxımdan həm siyasi, həm də iqtisadi əməkdaşlıq dərinləşir. Nəticə etibarilə Azərbaycanın həm Mərkəzi Asiya ilə tərəfdaşlığı, həm də regiondakı logistik üstünlüyü bütün inteqrasiya layihələrinə təsir göstərir. Azərbaycan bu proseslərin mərkəzində yer alır və faktiki olaraq regionun nəqliyyat xəritəsinin yenilənməsində açar rolunu oynayır. Bu isə ümumilikdə Avrasiya məkanında iqtisadi, logistika və enerji xəritəsinin yenidən formalaşmasına gətirib çıxarır”, - deyə D.Solonnikov diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdam şəhərində Novruz yarmarkası açılıb

12:56
17 Mart

Donald Trampa Fars körfəzində İranın qisas tədbirləri ilə bağlı xəbərdarlıq edilibmiş  

12:50
17 Mart

Növbəti köç karvanı Xocavənd kəndinə çatıb

12:47
17 Mart

Sabah gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək

12:46
17 Mart

Xarici vətəndaşların İrandan təxliyəsi: “Astara” buraxılış məntəqəsində son vəziyyət 

12:45
17 Mart

Ötən il Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi 6,5 milyard dolları ötüb  

12:41
17 Mart

İranda ABŞ və İsrailə casusluq edənləri edam cəzası gözləyir

12:41
17 Mart

MM qadın hərbçilərlə bağlı qanunvericiliyə dəyişikliyi qəbul edib

12:33
17 Mart

MDB-nin İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə dair Protokol təsdiqlənib  

12:30
17 Mart

“Yerin təki haqqında” Qanuna dəyişikliklər təsdiqləndi: Yeni qaydalar resurs istifadəsini və ekoloji nəzarəti gücləndirəcək  

12:19
17 Mart

2025-ci ildə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi açıqlanıb  

12:11
17 Mart

BDYPİ qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib

12:01
17 Mart

Nigeriyada terror aktı: 23 nəfər həlak olub, 100-dən çox yaralı var

11:32
17 Mart

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

11:22
17 Mart

Milli Məclis 9 məsələnin müzakirəsinə başlayıb

11:21
17 Mart

Şirvan şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 35 mənzil verilib  

11:20
17 Mart

ABŞ-nin Hörmüz boğazında koalisiya yaratmaq cəhdləri uğursuzluğa düçar olur  

11:18
17 Mart

Ötən gün 40 cinayətin açılması təmin edilib

11:16
17 Mart

Efiopiyada “ASAN xidmət” modeli əsasında növbəti xidmət mərkəzlərinin açılışı olub  

11:15
17 Mart

Dünya bazarında qızıl 22 dollardan çox bahalaşıb

11:14
17 Mart

Dünya birjalarında neft bahalaşıb

11:13
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!