25 Aprel 2024 12:51
285
DÜNYA
A- A+

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb  

 

Roma Papası Fransisk yenidən Ukrayna üzrə sülh danışıqlarının aparılmasına və Qəzza sektorunda hərbi əməliyyatların dayandırılmasına növbəti dəfə çağırış edib.

AZƏRTAC xəbər verir ki, pontifik çağırışını ABŞ-ın CBS telekanalına müsahibəsində səsləndirib.

Aparıcı ondan Ukraynadakı münaqişə ilə bağlı Rusiya prezidenti Vladimir Putinə nə demək istədiyini soruşub. Fransisk suala cavabında deyib: “Müharibənin davam etdiyi bütün ölkələr, hərbi əməliyyatları dayandırın. Danışıqlara və sülhə nail olmağa çalışın. Danışıqlar yolu ilə əldə edilən sülh sonu görünməyən müharibədən yaxşıdır”.

Həmçinin Qəzza sektorunda baş verən humanitar böhranı şərh edən pontifik hər gün fələstinliləri ibadətə çağırdığını söyləyib: “Onlar məni baş verənlər barədə məlumatlandırır. Bu, çox ağırdır. Onlar yemək uğrunda mücadilə aparmağa məcbur olurlar”.

Qeyd edək ki, Moskva Ukrayna müharibəsinin nizamlanması üzrə konstruktiv dialoqa hazır olduğunu dəfələrlə bildirib. Bununla belə, Vladimir Putin Rusiyanın reallığa əsaslanmayan mövqelərin tətbiqinə imkan verməyəcəyi barədə də xəbərdarlıq edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video