23 Dekabr 2025 14:59
128
DÜNYA
A- A+
“Rocket Lab”a milyardlıq etimad  

“Rocket Lab”a milyardlıq etimad  


ABŞ kosmik müdafiə strategiyasını gücləndirmək məqsədilə daha bir mühüm addım atıb. Kosmik texnologiyalar sahəsində tanınan “Rocket Lab” şirkəti ABŞ-nin Space Development Agency (SDA) ilə 816 milyon dollar məbləğində yeni müqavilə bağlayıb. Bu razılaşma “Rocket Lab” tarixində indiyədək əldə etdiyi ən böyük maliyyəli kontrakt kimi qeydə alınıb.

Rəsmi açıqlamaya əsasən, SDA “Rocket Lab” ABŞ-nin törəmə qurumunu layihənin əsas icraçısı seçib. Müqavilə çərçivəsində şirkət 18 ədəd müasir hərbi peykin layihələndirilməsi və istehsalını həyata keçirəcək. Sözügedən peyklər raketlərin erkən xəbərdarlığı, izlənməsi və müdafiəsi üçün nəzərdə tutulan yüksək dəqiqlikli sensorlarla təchiz olunacaq. Onlar SDA-nın “Tracking Layer Tranche” 3 proqramı çərçivəsində aşağı Yer orbitində fəaliyyət göstərəcək.

Qeyd edək ki, bu müqavilə “Rocket Lab”ın SDA ilə əvvəl bağladığı 515 milyon dollarlıq digər razılaşmadan tamamilə ayrıdır. Həmin layihə “Transport Layer – Beta Tranche 2” proqramına daxil idi və məqsədi aşağı gecikməli, şifrələnmiş hərbi peyk rabitə şəbəkəsinin qurulması idi.

Yeni razılaşma ilə birlikdə “Rocket Lab”ın Space Development Agency ilə imzaladığı müqavilələrin ümumi dəyəri 1,3 milyard dolları ötüb. Şirkət artıq təkcə raket buraxılışı ilə deyil, eyni zamanda müdafiə, təhlükəsizlik və kosmik müşahidə texnologiyaları sahəsində də əsas oyunçulardan birinə çevrilir.


Ülkər XASPOLADOVA ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərovdan  

13:17
24 Dekabr

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən  

13:12
24 Dekabr

“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadədən  

13:11
24 Dekabr

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb YENİLƏNƏCƏK  

13:06
24 Dekabr

Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaş amili dayanır  

13:04
24 Dekabr

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun Saray qəsəbəsində 2800-dək mənzil satmaq öhdəliyi ilə vətəndaşlara verilib

13:02
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

12:57
24 Dekabr

Bahar Muradova: Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin sülh şəraitində birgə yaşadığı unikal məkan olub  

12:56
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

12:55
24 Dekabr

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib YENİLƏNƏCƏK  

12:51
24 Dekabr

Mərkəzi Asiya Mediatorları Konsorsiumunun sədri Gülsina Kojoyarova və həmsədri Jandilda Jakupovdan  

12:49
24 Dekabr

Belçikada fəaliyyət göstərən “MADANİ - Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platformasının təsisçiləri Emin Əliyev və Aytən Məmmədovadan  

12:47
24 Dekabr

İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Yöteborq şəhəri üzrə koordinatoru və Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfovadan  

12:46
24 Dekabr

Lüksemburq Azərbaycan Dostluq Assosiasiyasının sədri Seymur Əhmədovdan  

12:46
24 Dekabr

Moskvada partlayış: 2 polis həlak olub, 2-si yaralanıb  

12:45
24 Dekabr

Ombudsman: Multikulturalizm və tolerantlıq azərbaycanlıların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib  

12:42
24 Dekabr

Kənd təsərrüfatı nazirinin Sabirabadda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib  

12:40
24 Dekabr

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən  

12:38
24 Dekabr

Belçika Krallığında fəaliyyət göstərən təşkilatlardan  

12:36
24 Dekabr

Prezidentin enerji strategiyasına həsr olunan “Nur Zəfəri” filmi təqdim olunub  

12:35
24 Dekabr

Türkiyədə fəaliyyət göstərən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflıdan  

12:34
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!