23 Dekabr 2025 16:57
198
DÜNYA
A- A+
ABŞ-də xarici istehsallı dronlarla bağlı yeni qadağa  

ABŞ-də xarici istehsallı dronlarla bağlı yeni qadağa  


ABŞ Federal Rabitə Komissiyası (FCC) xarici ölkələrdə istehsal edilən pilotsuz uçuş aparatlarını və bu sistemlərin əsas texniki hissələrini rəsmi şəkildə “Covered List” adlanan məhdudiyyət siyahısına daxil edib. Qəbul edilən qərar həmin məhsulların ABŞ ərazisinə idxalını qadağan edir. Komissiyanın yaydığı açıqlamada bildirilir ki, milli təhlükəsizlik strukturlarının apardığı qiymətləndirmələr nəticəsində xaricdə istehsal olunan dron texnologiyalarının ölkə üçün ciddi risk mənbəyi olduğu qənaətinə gəlinib.

FCC-nin mövqeyinə görə, pilotsuz uçuş aparatları ikili istifadə potensialına malikdir. Yəni bu cihazlar bir tərəfdən kommersiya və mülki sahələrdə tətbiq oluna bildiyi halda, digər tərəfdən kəşfiyyat, müşahidə və hətta hücum məqsədli vasitələrə çevrilə bilər. Xarici mənşəli rabitə modulları, məlumat ötürücü sistemlər, uçuş idarəetmə blokları, yerüstü nəzarət mərkəzləri, naviqasiya avadanlıqları, enerji batareyaları və mühərriklər ABŞ ərazisində məlumat təhlükəsizliyinə, hava məkanına nəzarətə və kritik infrastrukturun qorunmasına təhdid kimi qiymətləndirilir. Xüsusilə Dünya Kuboku, Olimpiya Oyunları kimi beynəlxalq kütləvi tədbirlərin keçirildiyi məkanlar potensial risk zonaları sırasında göstərilir.

FCC sədri Brendan Carr “X” platformasında paylaşdığı açıqlamasında vurğulayıb ki, yeni məhdudiyyətlər daha əvvəl alınmış və ya sertifikatlaşdırılmış dronlara şamil edilmir. Mövcud istifadəçilər dronlardan istifadəyə davam edə, satıcılar isə artıq təsdiq edilmiş modelləri bazarda təqdim edə bilərlər. Qayda yalnız bundan sonra istehsal ediləcək və satışa çıxarılacaq modellərə aid olacaq. Bununla yanaşı, ABŞ Müdafiə Nazirliyi və Daxili Təhlükəsizlik Departamenti xüsusi hallar üçün istisnalar tətbiq edərək bəzi yeni texnologiyaların ölkə daxilində satışına icazə verə bilər.


Ülkər XASPOLADOVA ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərovdan  

13:17
24 Dekabr

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən  

13:12
24 Dekabr

“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadədən  

13:11
24 Dekabr

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb YENİLƏNƏCƏK  

13:06
24 Dekabr

Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaş amili dayanır  

13:04
24 Dekabr

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun Saray qəsəbəsində 2800-dək mənzil satmaq öhdəliyi ilə vətəndaşlara verilib

13:02
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

12:57
24 Dekabr

Bahar Muradova: Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin sülh şəraitində birgə yaşadığı unikal məkan olub  

12:56
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

12:55
24 Dekabr

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib YENİLƏNƏCƏK  

12:51
24 Dekabr

Mərkəzi Asiya Mediatorları Konsorsiumunun sədri Gülsina Kojoyarova və həmsədri Jandilda Jakupovdan  

12:49
24 Dekabr

Belçikada fəaliyyət göstərən “MADANİ - Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platformasının təsisçiləri Emin Əliyev və Aytən Məmmədovadan  

12:47
24 Dekabr

İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Yöteborq şəhəri üzrə koordinatoru və Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfovadan  

12:46
24 Dekabr

Lüksemburq Azərbaycan Dostluq Assosiasiyasının sədri Seymur Əhmədovdan  

12:46
24 Dekabr

Moskvada partlayış: 2 polis həlak olub, 2-si yaralanıb  

12:45
24 Dekabr

Ombudsman: Multikulturalizm və tolerantlıq azərbaycanlıların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib  

12:42
24 Dekabr

Kənd təsərrüfatı nazirinin Sabirabadda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib  

12:40
24 Dekabr

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən  

12:38
24 Dekabr

Belçika Krallığında fəaliyyət göstərən təşkilatlardan  

12:36
24 Dekabr

Prezidentin enerji strategiyasına həsr olunan “Nur Zəfəri” filmi təqdim olunub  

12:35
24 Dekabr

Türkiyədə fəaliyyət göstərən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflıdan  

12:34
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!