11 İyun 2025 08:05
2776
SİYASƏT
A- A+
Qurtuluşdan Zəfərə

Qurtuluşdan Zəfərə


Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycana tarixi qələbələr qazandırıb


Tariximizə Milli Qurtuluş Günü kimi yazılan 1993-cü ilin 15 iyunundan bizi 32 illik zaman ayırır. Bu, Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük tarixi əhəmiyyətə malik bir gündür. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafının təməlləri qoyuldu.

Artıq xalqımız 5 ildir ki, Milli Qurtuluş Gününü qalib xalq kimi qürur hissi ilə qeyd edir. Çünki Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə suverenliyimiz tam təmin olunub.

Azərbaycanın müasir dövlətçilik tarixində Milli Qurtuluş Gününün müstəsna yeri var. Həmin tarixi gün xalq-Lider birliyi nəticəsində Azərbaycan dövlətinin tənəzzüldən və böhrandan xilas olaraq sabitlik və yüksəliş dövrünə qədəm qoymasını ifadə edir: Bu xilaskarlıq missiyası xalqımıza şanlı qələbələr yaşadıb.  

Bunu 32 il öncəyə ekskurs edib həmin tarixi dövrə nəzər yetirdikdə aydın şəkildə görə bilərik. Ötən əsrin 90-cı illərinin əvvəlində siyasi təlatümlər, iqtisadi böhran, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən, Ermənistanın işğalçı siyasəti nəticəsində ard-arda əzəli torpaqlarını - doğma yurdlarını itirən Azərbaycan xalqı ciddi sınaq və tarixi seçim qarşısında idi. Belə bir taleyüklü mərhələdə xalqımız çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyət - vətənpərvər lider Heydər Əliyevin ətrafında sıx birləşməkdə gördü. Xalq Ulu Öndərə Azərbaycanın xilası naminə respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etdi. Cəmiyyətdə ümumi bir fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu.

Heydər Əliyev bundan öncə dəfələrlə öz həyatını riskə ataraq, böyük fədakarlıq və vətənpərvərlik nümunəsi ortaya qoymaqla tarixi-siyasi məsuliyyəti üzərinə götürmüşdü. 32 il bundan əvvəl - 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Məclisinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü olaraq yazıldı. Ulu Öndər müstəqilliyimizin ilk illərində yaranmış vəziyyəti belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

1993-cü il oktyabrın 3-də Heydər Əliyevin milli iradə və etimad əsasında prezident seçilməsindən sonra ölkəmizdə sabitliyin təmin edilməsi, bütün sahələri əhatə edən kompleks islahatların aparılması, sistemli ordu quruculuğu, milli maraqlara və zamanın çağırışlarına uyğun xarici siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycanın davamlı inkişafı təmin edildi, qarşıda duran milli hədəflər və strateji vəzifələr gerçəkləşdirildi, yüksəlişin möhkəm əsasları yaradıldı. 

Ümummilli Liderin müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi illər Azərbaycanı Qurtuluşdan Zəfərə aparan möhtəşəm dövr kimi tarixə əbədi həkk olundu. 

Dahi şəxsiyyətin  xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yerdədir, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan artıq öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır.

Bu gün qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında - sözü imzası qədər dəyərli olan Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla inkişaf edir, Ulu Öndərin müəyyənləşdirdiyi bütün strateji hədəflər reallığa çevrilir. 

Həm Heydər Əliyevi, həm də İlham Əliyevi Azərbaycan xalqının xilaskar liderləri adlandırmaq olar. Əgər Ulu Öndər Azərbaycanı ən ağır, ən dəhşətli günlərdə müstəqilliyini itirmək təhlükəsindən qurtarıbsa, cənab İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib, 200 illik uydurma erməni xülyasına son qoyub, xalqının ən ağrılı problemi olan keçmiş Qarabağ münaqişəsini öz gücünə 44 günə həll edib.  

2020-ci ilin sentyabrında başlayıb noyabrında Zəfərimizlə bitən İkinci Qarabağ müharibəsi, 2023-cü ildə həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri bir daha Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam təmin edən böyük Zəfərin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün dünyada sözü imzası qədər keçərli olan qlobal lider kimi tanınır. Onun həyata keçirdiyi müstəqil siyasət Azərbaycanı dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevirib. Ölkəmiz ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. 

Bu gün ölkəmiz özünün ən parlaq günlərini yaşayır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan çoxəsrlik tarixində heç vaxt bu qədər istiqrarlı, güclü olmayıb. Bütün bu hədsiz sevinci xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş edib.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!