06 Fevral 2025 09:20
1875
Elm və texnika
A- A+
Qulaqlıqlardan düzgün istifadə edilməməsi fəsadlar yaradır

Qulaqlıqlardan düzgün istifadə edilməməsi fəsadlar yaradır


Texnologiyanın inkişafı ilə smartfonlar və kompüterlərlə yanaşı, qulaqlıqlar da gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Yolda, ictimai nəqliyyatda, mağazada qulaqlıqlarla musiqi dinləyən, ünsiyyət quran insanlarla rastlaşırıq. İlk baxışdan ziyansız görünən bu aksesuardan düzgün istifadə etməmək qulaq zədələnməsindən tutmuş baş ağrılarına qədər müxtəlif xəstəliklərə səbəb olaraq sağlamlığa ciddi mənfi təsir göstərir. Bu vəziyyət xüsusilə gənclər və eşitmə həssaslığı yüksək olan şəxslər üçün böyük risk yaradır.

Hazırda dünyada eşitmə qabiliyyətini itirən 1,5 milyard insan var və 2050-ci ilə qədər bu rəqəmin 2,5 milyarda çatacağı proqnozlaşdırılır. Xüsusilə son 10 ildə qulaqlıq istifadəsinin yüzdə 75 faiz artdığını ifadə edən mütəxəssislər bir neçə vacib məqama diqqət çəkirlər. Bunlardan ilki səs səviyyəsi və istifadə müddətidir. Mütəxəssislər səsin cihazın 60 faizi ilə məhdudlaşdırılmasını və 60 dəqiqədən çox yüksək səviyyədə dinlənilməməsini tövsiyə edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 8 saat ərzində 80 desibel səs-küyə məruz qalmaq eşitmə itkisinə səbəb ola bilər. Qeyd edək ki, insan səsi normal danışıq zamanı 30, qışqıran zaman 60 desibel olur. Buna görə də 60 desibeldən yuxarı musiqi dinləmək akustik travmalar yarada bilir.

Yüksək səslə musiqi dinləmək qulaq sinirlərinə və eşitməni təmin edən qulaq hüceyrələrinə öldürücü təsir göstərir. Qulaqlığın səs şiddəti birbaşa qulaq pərdəsinə, ordan daxili qulağa və qulaq sinirinə istiqamətləndiyi üçün zərəri çox böyükdür. Davamlı və yüksək səslə musiqi dinləmə qulaqda qalıcı cingildəmə və uğultu meydana gətirir. Sinirlər zədə gördüyü üçün cingildəmə və uğultudan sonra eşitmə itkisi və karlıq meydana gələ bilər. Statistik məlumatlara görə, əgər əvvəllər karlaşma 70 yaşdan sonra müşahidə olunurdusa, indi 30-40 yaşında da insanlar bundan əziyyət çəkirlər. Səs itkiləri ilk başda fərq edilməsə də, yaş irəlilədikcə vəziyyət dəyişir və səsi tam dərk edə bilməməyə səbəb olur. Bu halda isə əvvəl qulaqlıq istifadə edən şəxs sonradan eşitmə cihazından asılı məcburiyyətində qalır.

Qulaqlıq istifadəsi zamanı gigiyenaya diqqət etmək olduqca önəmlidir. Aksesuarın uzun müddət istifadəsi xarici qulaq kanalında ifrazat yığılmasına, nəmli mühitdə infeksiya riskinin artmasına səbəb olur. Buna görə də qulaqlıqlar mütəmadi olaraq antiseptiklə təmizlənməlidir. Həkimlər qulaqiçi qulaqlıq yerinə, qulaqüstü qulaqlıqlara üstünlük verilməsini tövsiyə edirlər.

Fasiləsiz qulaqlıq istifadəsi bir sıra psixoloji problemlərə də yol aça bilir. Psixoloqların sözlərinə görə, yüksək səslə və daimi musiqi dinləmək, xüsusən də eyni mahnıya qulaq asmaq müəyyən psixoloji problemlər yaradır. Burada şüuraltı motiv ondan ibarətdir ki, insanda musiqiyə konsentrasiya yaranır və bu zaman ətrafla bütün əlaqələr kəsilir. Bu situasiyada insan xəyallarının içində, reallıqdan kənarda yaşadığına, bu an mütəmadi olaraq davam etdiyinə görə, bir müddətdən sonra reallıqla arzularını, istədiyi həyatı fərqləndirə bilmir. Bu da nəticədə onlarda aqressiya yaradır, özünə qapanmaya gətirib çıxarır. Ona görə də bu məsələdə xüsusən gənclər və yeniyetmələr diqqətli olmalıdırlar.

Mütəxəssislər gün ərzində qulaqlıqdan 1-2 saatdan artıq istifadə etməməyi məsləhət görürlər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana səfərə gəlib  

21:54
11 Mart

Avropa çempionatı: Azərbaycan üçüncü gümüş medalını qazanıb

21:32
11 Mart

Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır  

21:23
11 Mart

Regiondakı gərginlik Körfəz ölkələrindən Azərbaycana turist axınını çətinləşdirib  

20:59
11 Mart

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

20:37
11 Mart

Azərbaycanla Latviya arasında qanunvericilik və təcrübə mübadiləsi güclənir  

20:36
11 Mart

Paşinyan: Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil yolunu açmağa hazırdır  

20:34
11 Mart

Mədəniyyət naziri: Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verir  

20:33
11 Mart

Nikol Paşinyan: Ermənistanın TRIPP layihəsini həyata keçirməmək və ya təxirə salmaq üçün heç bir əsası yoxdur  

20:33
11 Mart

Türkiyə Ordusunun Quru Qoşunları komandanı Əlahiddə Ümumqoşun Orduda olub

20:32
11 Mart

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Yaşama Dəstək” Mərkəzində olublar

20:30
11 Mart

36 İndoneziya vətəndaşı İrandan təxliyə olunub 

20:28
11 Mart

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

18:40
11 Mart

CENTCOM: ABŞ İranda 5,5 mindən çox hədəfə zərbə endirib  

18:31
11 Mart

İran: Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun  

18:25
11 Mart

Antonio Koşta: Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq  

18:23
11 Mart

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Azərbaycanla Orta Dəhliz çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır  

18:23
11 Mart

Azərbaycan və Serbiya ordularının Baş Qərargah rəisləri arasında telefon danışığı olub  

18:12
11 Mart

Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

18:08
11 Mart

Milli Məclisdə ictimai dinləmə: Kənd təsərrüfatında süni intellektin tətbiqi, nəticələr və perspektivlər 

18:01
11 Mart

Agentlik ölkəyə repatriasiya olunan Azərbaycan vətəndaşlarının sayını açıqlayıb  

17:57
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!