04 Fevral 2025 08:00
1073
SİYASƏT
A- A+
Qüdrətli dövlət, yüksək rifah

Qüdrətli dövlət, yüksək rifah


İlham Əliyevin siyasətinin prioriteti sosial ədalətli təminat, inklüziv cəmiyyətdir


Azərbaycanda əhalinin sosial rifah halının davamlı şəkildə yüksəldilməsi dövlətin daim diqqətindədir. 2024-cü ildə əldə edilən uğurlar isə Azərbaycan iqtisadiyyatının gələcəyə ümidlə baxmasına imkan verir. Qeyri-neft sektorunun daha da inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və innovasiyaların təşviqi ilə Azərbaycan iqtisadiyyatının daha da güclənəcəyinə ümid etmək olar.

Prezidentin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də göstərilən istiqamətlər sırasında yer alan vacib məsələlərdən biri də məhz dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasıdır. 

Davamlı və yüksək iqtisadi artımın dinamik və inklüziv cəmiyyətin formalaşmasına yönəlməsi, hər bir vətəndaşın öz həyatında bu inkişafı hiss etməsi, insanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq, iqtisadi imkanlara çıxışının bərabər və ədalətli olması hökumətin bu sahədə əsas hədəflərindəndir. Bu hədəflərin uğurla reallaşdırılması üçün inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət, habelə paytaxt və regionların tarazlı inkişafı kimi məsələlər xüsusilə diqqətdə saxlanılan məqamlardır. 

Bu bir həqiqətdir ki, banisi və qurucusu Ümummilli Lider Heydər Əliyev olan Azərbaycan dövlətinin yaxın məqsədlərindən biri əhalinin sosial rifah halını ən yüksək səviyyəyə çatdırmaq, dünyanın inkişaf etmiş dövlətinə çevrilmək, sosial rifah dövləti mərtəbəsinə yüksəlməkdir və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 22 ildə Prezident İlham Əliyev vətəndaşların sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayıb. Bu istiqamətdə imzalanmış sərəncamlar və qərarlar dövlət başçısının siyasətinin təməlində vətəndaşların sosial rifahının dayandığını göstərir. Bu günədək ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunması üçün qəbul edilmiş çoxsaylı dövlət proqramları nəticəsində ölkə iqtisadiyyatı dinamik inkişaf edərək, əhalinin sosial vəziyyəti xeyli yaxşılaşdırılıb. Əməkhaqları, pensiyalar, təqaüdlər və müavinətlər artırılıb, yoxsulluq səviyyəsi minimuma enib.

Prezidentin 23 dekabr 2024-cü il tarixli "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncamına əsasən, 2025-ci il yanvarın 1-dən minimum əməkhaqqının, 2025-ci il fevralın 1-dən isə əmək pensiyasının minimum məbləği artırılıb. Xüsusilə qeyd edilməlidir ki, dövlət büdcəsində sosialyönlü xərclərin ardıcıl artımı hökumətin sosial siyasətinin mühüm nəticəsidir. 

Sərəncam ölkədə sosial inkişafın təmin edilməsi istiqamətində 2025-ci ilin əvvəlindən növbəti addımların atılmasına, 2018-ci ildən ötən dövrdə artıq 5-ci sosial islahat paketinin reallaşdırılmasına imkan verib. Həmçinin dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri və sairə artırılıb.

Beləliklə, minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alanların maaşlarında deyil, dövlət və özəl sektorda çalışan, müxtəlif məbləğlərdə əməkhaqqı alan ümumilikdə 700 min işçinin maaşlarında artıma imkan yaradıb. Dövlətimizin başçısının 7 yanvar 2025-ci il tarixli "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" Sərəncamı ilə növbəti sosial islahat paketi çərçivəsində qeyd olunan işçilərin də əməkhaqları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.

Yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bildirib ki, son bir neçə il ərzində dörd sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca dövlət daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcək. Prezident qeyd edib ki, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar: "Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə etsək, - hansı ki keçən il 2 faizdən bir qədər çox idi, - yəni bu artım məhz az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq".

Azərbaycanda dövlət hər zaman aztəminatlı, şəhid ailələri və müharibə veteranları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların mənzil və fərdi evlə təminatı işlərini də həyata keçirir. Bu proqram postmüharibə dövründə 5 dəfə genişlənib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 minədək şəxsə mənzil və fərdi ev təqdim edilib. Müharibədən sonra müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567, ümumilikdə isə ötən dövrdə 7,7 min avtomobil təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə işlər 2025-ci ildə davam etdiriləcək. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub.

2025-ci ildə reallaşdırılacaq sosial islahat tədbirləri yanvarın 1-dən minimum əməkhaqqının 16 faiz artırılaraq 400 manata çatdırmağa imkan verdi. Təkcə minimum əməkhaqqı artımına uyğun olaraq 700 min nəfərə qədər işçinin maaşında artım baş verib.

Fevralın 1-dən isə minimum pensiyanın məbləği 14,3 faiz artaraq 320 manat təşkil edib. 

Beləliklə də, 2018-ci ildən bu yana minimum əməkhaqqı 270 manat və ya 3,1 dəfə, minimum pensiya isə 210 manat və ya 2,9 dəfə artıb.

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyevin yeni müasir və qlobal çağırışlara uyğun yüksək səviyyədə davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyası son 22 ildə Azərbaycanın böyük tarixi uğurlara, möhtəşəm Zəfərə, eyni zamanda mühüm sosial irəliləyişlərə nail olmasını təmin edib. Bu müdrik və uzaqgörən siyasət bundan sonra da ölkəmizi dinamik inkişaf yolunda hər zaman qələbələrə, zirvələrə doğru aparacaq.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Malayziya arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib  

21:53
26 Mart

Tramp: Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq

20:28
26 Mart

Ölkə ərazisində qeyri-sabit hava ilə əlaqədar xəbərdarlıq edilib

19:41
26 Mart

Samuxda zəlzələ baş verib

18:17
26 Mart

Almaniyanın altı əyalətində antiterror əməliyyatları keçirilib

17:39
26 Mart

Yaşar Gülər: Türkiyə öz sərhədlərindən kənarda da sülhə və sabitliyə töhfə verir

17:06
26 Mart

Qərbi azərbaycanlı: Ən böyük istəyim kəndimizə gedib anamın qəbrini ziyarət etməkdir  

16:43
26 Mart

Türkmənistanın Prezidenti Ramazan bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib

15:59
26 Mart

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan  

15:49
26 Mart

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

15:47
26 Mart

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfidən

15:29
26 Mart

İcma: ABŞ-ın Dini Azadlıq Komissiyası adlı dövlət qurumunun hesabatı Azərbaycana qarşı qeyri-obyektiv və əsassız iddialarla doludur

14:57
26 Mart

Somali Federativ Respublikasının lideri Azərbaycan Prezidentini təbrik edib

14:39
26 Mart

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

14:35
26 Mart

UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən Azərbaycan nümayəndə heyəti Parisdə görüşlər keçirib

14:33
26 Mart

Fransa şirkəti hərbi təyyarə istehsalını sürətlə artırmağı planlaşdırır, ancaq hələ sifarişçi yoxdur  

14:23
26 Mart

Sabah Azərbaycanda havanın temperaturu 20 dərəcəyədək artacaq  

13:34
26 Mart

İstanbulda bələdiyyə seçkiləri keçirilir

12:31
26 Mart

“HaberTürk” telekanalı: Azərbaycana investisiyalar biznes icması üçün böyük faydalar vəd edir

12:29
26 Mart

Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Şahabuddinə

11:36
26 Mart

DİN: Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

11:21
26 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!