06 Sentyabr 2025 23:09
839
İQTİSADİYYAT
A- A+
Qətərlə tərəfdaşlığın inkişafı üçün geniş imkanlar var

Qətərlə tərəfdaşlığın inkişafı üçün geniş imkanlar var

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində bir sıra görüşlər keçirilib, Qətərlə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

İqtisadiyyat naziri Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin gücləndiyini, tərəfdaşlığın inkişafında yüksəksəviyyəli səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Daha sonra Azərbaycanın iqtisadi prioritetləri və potensialı, investorlar üçün yaradılan fürsətlər haqqında məlumat verilib, birgə fəaliyyətin inkişaf perspektivləri qeyd olunub.

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ölkəsinin Azərbaycanla münasibətlərinin səmimi dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib, iqtisadi sahədə işbirliyinin genişləndirilməsinə dair fikirlərini bölüşüb. Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətlərini dəyərləndiriblər.

Qətərin ticarət və sənaye naziri Şeyx Faisal bin Tani bin Faisal Al Tani ilə görüşdə diqqətə çatdırılıb ki, ticarət əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərdə prioritet məqsədlərdəndir. Qarşılıqlı investisiyaların həcminin artırılması hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək. Görüşdə ölkəmizin əlverişli işgüzar mühiti, tranzit imkanları haqqında məlumat verilib, yaşıl texnologiyalar, kənd təsərrüfatı, infrastruktur və sənayenin modernləşdirilməsi kimi prioritet istiqamətlərə investisiyaların artırılması imkanları nəzərdən keçirilib.

Qətər İnvestisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Al-Suveydi ilə görüş zamanı birgə investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanlar olduğu qeyd edilib. Qarşılıqlı sərmayə qoyuluşu, birgə potensial layihələr, hər iki ölkənin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi kimi məsələlər müzakirə olunub.

Qətərin “Power International Holding”nin Direktorlar Şurasının sədri Mutaz Al-Xayyat ilə görüşdə iqtisadi sferada qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyəti qeyd edilib. Şirkətlə enerji sektoru üzrə əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanları dəyərləndirilib.

Səfər çərçivəsində SOCAR-la Qətərin “UCC Holding”i arasında enerji sektoru üzrə tərəfdaşlığı nəzərdə tutan sənədlər imzalanıb. Anlaşma memorandumlarını SOCAR-ın prezidenti Rövşən Nəcəf və “UCC Holding”in prezidenti Ramez əl-Xayyat imzalayıblar. SOCAR və “UCC Holding” arasında imzalanan Anlaşma Memorandumu üçüncü ölkələrdə neft-qaz, neft-kimya, infrastruktur və enerji layihələrində əməkdaşlıq üçün yeni imkanlar açır. Şirkətlərin imzaladığı digər Anlaşma Memorandumu isə Suriyada enerji sektorunda tərəfdaşlığı nəzərdə tutur və ölkənin enerji infrastrukturunun bərpası, regionun davamlı inkişafı baxımından əhəmiyyət kəsb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

01:04
06 Oktyabr

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

01:02
06 Oktyabr

Ladislau-Marius Vizerin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

J.F.Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:00
06 Oktyabr

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

21:55
05 Oktyabr

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

20:57
05 Oktyabr

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

20:37
05 Oktyabr

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

19:43
05 Oktyabr

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

19:40
05 Oktyabr

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

19:37
05 Oktyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb  

19:33
05 Oktyabr

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar  

19:30
05 Oktyabr

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

18:57
05 Oktyabr

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

18:43
05 Oktyabr

Diabetin zəifləməsinə nail olmağın yolu tapılıb

18:41
05 Oktyabr

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib  

18:39
05 Oktyabr

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər  

18:29
05 Oktyabr

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib 

18:26
05 Oktyabr

Bloomberg NATO-nun yeni müdafiə planına çıxış əldə edib

17:58
05 Oktyabr

 Yaponiya pilotsuz nəqliyyat gəmilərinin hazırlanması haqqında qərar verib

17:39
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!