15 İyun 2023 02:02
1083
Qanunlar
A- A+
"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 563; 2004, № 7, maddə 505; 2007, № 5, maddə 442; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 262, № 12, maddə 1091; 2015, № 11, maddə 1251; 2016, № 12, maddə 1991; 2017, № 6, maddə 1018; 2018, № 3, maddə 380, № 4, maddə 634; 2019, № 11, maddə 1689; 2021, № 5, maddə 429, № 7, maddə 701; 2022, № 4, maddə 292, № 7, maddə 696; 2023, № 2, maddə 198) 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilsin:
"10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.". 
Maddə 2. Bu Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 may 2023-cü il 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında qarşılıqlı hücumlar baş verib

19:41
08 May

ABB beynəlxalq istiqraz buraxılışını nəzərdən keçirir

19:36
08 May

Belarus birjası Azərbaycanın pambıq lifinə marağını bildirib

19:28
08 May

Rəqəmsal xidmət şirkətləri DVX-də uçota alınıb

19:18
08 May

Azərbaycan BDT-nin 84-cü sessiyasında təmsil olunub

19:07
08 May

“Apple”dan yubiley sürprizi

19:01
08 May

Robot rahib təqdim olunub

18:53
08 May

Cənub-Şərqi Asiya üçün 70 milyard dollarlıq yeni inkişaf planı

18:51
08 May

ABŞ texnologiya sektorunda yeni mərhələ

18:45
08 May

McDonald’s Çində fəaliyyətini genişləndirir

18:34
08 May

 Ekransız “Fitbit Air” cihazı təqdim edilib

18:29
08 May

Trampdan Avropa İttifaqına ticarət ultimatumu

18:19
08 May

2100-cü ilə qədər on minlərlə bitki növü yox ola bilər  

18:15
08 May

Yaponiya milli kəşfiyyatı mərkəzləşdirir

18:07
08 May

Yuxu və yemək arasında gizli əlaqə aşkarlandı

17:59
08 May

İsveçdə uşaq cinayətkarlığına qarşı elektron nəzarət   

17:51
08 May

ABŞ-də alimentlə bağlı yeni qayda

17:46
08 May

 Sahibkarlığın inkişafına dəstək 

17:40
08 May

Rusiya 9 may paradı üçün xarici jurnalistlərin akkreditasiyalarını ləğv edib

17:39
08 May

Türkiyə Prezidenti: “SAHA Expo 2026”-da 8 milyard dollarlıq ticarət həcminə nail olunub  

17:33
08 May

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

17:22
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!