23 Aprel 2021 13:05
2021
İQTİSADİYYAT
A- A+
Qarabağ xanlığının pul, çəki və ölçü vahidləri

Qarabağ xanlığının pul, çəki və ölçü vahidləri

 

Hər bir dövlətin müstəqillik atributlarından biri də onun pul vahididir. XVIII əsrin ortalarında paytaxtı Şuşa qalasına köçən Qarabağ xanlığı da öz pulunu dövriyyəyə buraxıb. Xanlıq qalaya köçəndən sonra Pənahəli xanın göstərişi ilə yaradılan zərbxanada pul kəsilməyə başlanılıb. Qarabağ xanlığının təkcə pul yox, çəki və ölçü vahidləri də olub.

Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyev bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbət edərkən deyib: “Qarabağ xanlığının pul vahidi və dövlət atributlarından biri olan “pənahabadi” Pənahabbadda (Şuşada) kəsilir və şəhərin adı ilə adlandırılırdı, xalq arasında “pənabad”, yaxud “pənavat” da deyilirdi. Pənahabadi bir misqal vəzində, çar Rusiyasının köhnə gümüş pulu ilə 5 qəpik dəyərində və İran pulu ilə yarım qran olan gümüş pul idi. Sikkənin bir üzündə “pənahabadi”, o biri üzündə isə “La ilahə illəllah və Məhəmmədun rusullüllah” sözləri yazılmışdı.

“Pənahabadi”nin 6-sı bir manat, 8-i isə “Qarabağ tüməni” adlanırdı. Eyni zamanda, bu pul “təklik” və “cütlük” ilə 30 qəpik hesab olunurdu. “Pənahabadi” demək olar ki, bütün Azərbaycan xanlıqlarında və Yaxın Şərq ölkələrində dövriyyə vasitəsi kimi işlənirdi, iqtisadi əlaqələr və ticarətin inkişafında əsas vasitəyə çevrilmişdi. Məsələn, Naxçıvanda bir nəfər qoyununu satırdısa, hər baş qoyun üçün bir “pənahabadi”, yaxud 20 qəpik gümüş pul verməli idi. XVIII əsrin ortalarından dövriyyə buraxılamağa başlayan “pənahabadi” XX əsrin 30-cu illərinə qədər Yaxın Şərq ölkələrində və Orta Asiyada pul vahidi kimi işlənirdi.

Qarabağda pul vahidi olan “sahibqran” Şuşada da kəsilirdi. İran hökmdarı Ağa Məhəmməd şah Qacarın Şuşada qətlindən sonra İbrahimxəlil xan Cavanşir ədəb qaydasında və İranla münasibətləri yoluna qoymaq üçün “sahibqran” -35,5 qəpik dəyərində gümüş pul kəsdirməyə başladı. “Sahibqıran” bəzi hökmdarların, o cümlədən də, Əmir Teymurun titulu idi. Qarabağ xanlığında həmin pul İran hökmdarı Fətəli xan Qacarın şərəfinə “Fətəlişahi” də adlandırılırdı. Həmin pullar Qarabağın Rusiya tərkibinə daxil olmasına qədər dövriyyədə olub”.

Tədqiqatçı-jurnalist daha sonra bildirib: “İstil-xanlıqlar dövründə Qarabağda çəki vahidi idi, təxminən 800 qram, bəzən isə 1 kiloqram hesab edilirdi. Bəzi yerlərdə onun ağırlığı 600 qram, bəzi yerlərdə isə 1 kiloqram hesab olunurdu. İstil yarım Rusiyada qədim çəki daşı olmaq etibarı ilə üç girvənkə (funt) miqdarında, yəni, min iki yüz qrama bərabər idi. Xanlıq dövründə Qarabağda “xan arşını” ölçü vahidi kimi işlənirdi və hazırkı metrdən beş-on santimetr artıq idi.

“Arşınmalçı” sözü Şuşada yaranıb və bilavasitə bu şəhərin həyatı ilə sıx bağlıdır, müxtəlif parça növlərini məhəllə-məhəllə, küçəbəküçə, evbəev gəzərək satan adama deyirdilər. Uzunluq ölçü vahidi kimi işlədilən arşın yetmiş santimetrlik metal, ya da taxta çubuqdur. “Mal” Azərbaycanda müxtəlif parça məmulatlarına deyilir. “Çı” şəkilçisi Azərbaycan dilində yeni sözdüzəldici şəkilçilər növünə aiddir və əlavə olunduğu sözlə məşğuliyyəti müəyyən edir. “Arşın mal alan” anlayışı isə Azərbaycan dilində arşınla ölçülən mal-parça təklif etmək mənasını daşıyır.

Yalnız Şuşaya məxsus bir özəllik olan arşınmalçılıq XIX əsrin ortalarından tədricən məşğuliyyətə çevrilərək sənət növü kimi formalaşıb. Bu sənətlə məşğul olanlar tacir olmaslar da, xırda alverlə məşğul olurdular. Tacirlərdən fərqli olaraq arşınmalçılar, hətta qadın məclislərinə də sərbəst buraxılırdılar və onların istənilən evə girişləri azad idi.

Arşınmalçıların hamısının demək olar ki, gözəl və məlahətli səsi olub. Onlar məhəllələri gəzərkən ənənəvi şərq melodiyalarından istifadə edirdilər. Bütün bunlar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasında da təsvir olunub”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə jandarmeriyası C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişatı barədə  

15:49
03 Aprel

Azərbaycan və Türkiyə süni intellekt sahəsində əməkdaşlığı nəzərdən keçirib

15:32
03 Aprel

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər? – Ali Məhkəmə izah edib  

15:27
03 Aprel

Peskov Ukraynada döyüş əməliyyatlarının dayandırılması şərtini açıqlayıb  

15:21
03 Aprel

Bakı metrosunun pik vaxtlarında qatarlar arasında interval azaldılıb

15:13
03 Aprel

Rusiya banklarının işində genişmiqyaslı sistem nasazlığı  

15:09
03 Aprel

Fransaya məxsus təyyarədaşıyan gəmi Aralıq dənizinə yerləşdirilib

15:01
03 Aprel

“Freelander”in təqdimatı  

14:57
03 Aprel

“iPhone” smartfonlarının rəng strategiyası  

14:47
03 Aprel

Azərbaycan Beynəlxalq Bankı 8 nominasiyada mükafat qazandı

14:38
03 Aprel

Ev təsərrüfatları və biznes üçün kreditlər: mart ayındakı artım davam edir   

14:33
03 Aprel

ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

14:16
03 Aprel

Türk şəhid övladları Diasporla İş üzrə Dövlət Komitəsində olublar  

13:53
03 Aprel

Sabah hava yağıntılı olacaq

13:41
03 Aprel

AFFA prezidenti: Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb  

13:35
03 Aprel

Qırğızıstan İrana 129 tonluq humanitar yardım göndərir

13:26
03 Aprel

Azərbaycan Ordusunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub  

13:19
03 Aprel

Dövlət ehtiyatlarının idarə olunmasında rəqəmsal monitorinq sistemlərinin tətbiqi hansı mərhələdədir?  

13:12
03 Aprel

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!