11 Oktyabr 2025 08:25
943
SİYASƏT
A- A+
Prezidentlərin görüşü münasibətlərin normallaşdığını göstərir

Prezidentlərin görüşü münasibətlərin normallaşdığını göstərir


"Bu gün region dediyimiz zaman, bunun artıq Cənubi Qafqazın sərhədlərindən kənara çıxdığını müşahidə edirik. Azərbaycanın əldə etdiyi Zəfər regionun siyasi və iqtisadi xəritəsini dəyişdiyi üçün biz bu genişlənmənin şahidiyik. Prezident İlham Əliyev məhz bu cür yanaşma ortaya qoymuşdu ki, region təkcə Cənubi Qafqazı deyil, daha geniş coğrafiyanı əhatə edir. Əsas məsələ odur ki, burada mərkəzi nöqtə məhz Azərbaycandır". 

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev reallıqları hər zaman olduğu kimi qəbul edir, məhz dəyişməz amillər üzərindən hesablamalar aparır, bu reallıqların müsbət tərəflərindən tutmağı bacarır: "Dəyişməz coğrafi mövqe amilinin müsbət tərəfi qədər, mənfi yanları da var. Bəzən istənməsə belə bu amil tərəfləri uğur qədər, uğursuzluqlara da məruz qoyur. Lakin coğrafiyadan xoş niyyətlər üçün istifadə olunmalıdır. Rusiya-Azərbaycan münasibətləri məhz bu reallıq üzərində qurulub. Zaman-zaman mənfi təcrübə yaşansa da, hər iki tərəf çalışır ki, vəziyyətdən çıxış yolları tapılsın. Çünki əvvəl-axır gəlinəcək tək yoldan daha çox yaşanacaq bir müştərək regionumuz var". 

Azərbaycan cəmiyyətini dərindən sarsıdan təyyarə qəzasını xatırladan deputat buna görə hər kəsin ilkin olaraq qarşı tərəfdən üzr gözlədiyini bildirib. Digər tərəfdən, hadisə ilə bağlı Rusiyanın məsuliyyəti üstlənməsi gözlənilirdi. Kompensasiya və günahkarların cəzalandırılması kimi sonuncu şərtlərdə də Rusiya qətiyyət, hətta təkid göstərməli idi.

Uzun sürən neqativ ab-havadan sonra nəhayət ki, Prezident İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında Düşənbədə çoxdan gözlənilən görüş keçirildi. Görüş hər şeydən öncə sübut etdi ki, Azərbaycan liderinin və xalqının yanaşmasına da, duruşuna da hörmət var. Məhz bunu əyani sübut edən amil  Rusiya liderinin bu məsələyə yanaşması idi. Bu onu deməyə əsas yaradır ki, Azərbaycanın şərtləri mahiyyət etibarilə artıq qəbul olunub. "Rusiya lideri vurğuladı ki, ilkin telefon danışığında təyyarə qəzasının Rusiya səmasında baş verdiyinə görə üzr istənildi və həyatını itirən şəxslərin ailələrinə ən səmimi başsağlığını bildirdi. İstintaqın obyektiv yekunlaşması üçün bütün zəruri köməyin ediləcəyini bildirən Rusiya lideri bu məsələnin üzərində bir neçə dəfə dayandı. Putinin mövcud açıqlamaları təyyarə qəzası ilə əlaqədar məsələlərin aydınlıq qazandığı mənasına gəlir", - deyə deputat əlavə edib.

A.Badamov deyib ki, liderlər arasında keçirilən görüş və təmaslar ikitərəfli münasibətlərin normallaşdığını göstərir. Nəticə etibarilə münasibətlərə mənfi istiqamət verən meyillərdən uzaq durmaq ən məqbul variantdır. Putinin açıqlamaları Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan, mənfi ab-havanın davam etdirilməsində maraqlı olan, dəridən-qabıqdan çıxan Simonyanın, Solovyovun, Zatulinin və başqa  ermənipərəstlərin çirkin məqsədlərinə nail ola bilmədiklərini də göstərdi. 

Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaratmış dövlət olduğunu vurğulayan deputat deyib ki, məsələ həm də ondan ibarətdir ki, dövlət və xalq olaraq nə müharibələrdə maraqlı olmuşuq, nə də xarakterimizdə düşmənçilik var. Xalqımız qürurlu xalqdır, göstərdiyi münasibətə adekvat münasibət gözləyir. Digər yandan Rusiya ilə Azərbaycanı mədəni, tarixi amillər birləşdirir, cəmiyyətlərimiz bir-birinə inteqrasiya olunub. Bu reallıq heç bir halda müsbət münasibətlərdən yayınmağa imkan vermir. 

Deputat qeyd edib ki, son 10 ayda Azərbaycanla Rusiya arasındakı siyasi münasibətlərdə müəyyən gərginlik yaşansa da, ticari-iqtisadi münasibətlərdə hansısa bir ləngimə baş verməyib: "Belə ki, cari ildə ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlıq nəinki azalmayıb, hətta keçən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artım baş verib. Bu, yaxın qonşu, dost və çox inteqrasiya olunmuş iki ölkə arasındakı münasibətlərə heç bir qüvvənin təsir etmək gücündə olmadığını bir daha təsdiq edir. Yaşanmış bu gərginlik də bir sınaq idi. Dövlət başçılarının qətiyyətli siyasi iradəsi bu imtahanı da yaxşı keçməyimizə yol açdı".

A.Badamov bildirib ki, regionun iqtisadi baxımdan dirçəldilməsi son dərəcə vacibdir. Azərbaycan "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir. Mərkəzi Asiya dövlətləri Rusiyanın xarici siyasətində önəmli yerdə dayanır. Məhz bu region vasitəsilə qurulan əlaqələrdə Azərbaycan əsas halqalardan biridir. Rusiya Azərbaycanla ticarət dövriyyəsinin artırılmasında maraqlıdır. Görüşdə Rusiya Prezidenti bildirdi ki, Azərbaycanla əməkdaşlığın müttəfiqlik ruhunda "nəinki bərpa ediləcəyinə, əksinə, davam edəcəyinə" ümid edir. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Skandinaviyada qədim evlərdə insan qalıqları və zorakılıq izləri aşkarlanıb  

18:15
09 Oktyabr

Britaniya dənizçilərinin qeyri-adi müdafiə üsulu - nüvə sualtı qayıqlarına qarşı yanğınsöndürmə şlanqları

17:52
09 Oktyabr

Vətən müharibəsi şəhidi Alışanlı Amalın xatirəsi anılıb

17:36
09 Oktyabr

Bakıda qatarların yolu insanlarla doludur

17:21
09 Oktyabr

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik  

17:13
09 Oktyabr

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir  

16:52
09 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

16:50
09 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB 

16:49
09 Oktyabr

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib  

16:48
09 Oktyabr

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb  

16:47
09 Oktyabr

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər  

16:46
09 Oktyabr

Qlobal bağlantıların mərkəzi   

16:41
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir  

16:38
09 Oktyabr

Maaşlarımız artır- orta əməkhaqqı 1 173 manata çatıb 

16:34
09 Oktyabr

Məqsəd “Altı iqtisadiyyat – bir “məhsul”dur  

16:22
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!