21 Avqust 2025 21:11
3286
Səfərlər
A- A+
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər YENİLƏNİB 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər YENİLƏNİB 

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kənd sakini Vəkil Mamedovun evinə baş çəkiblər.

AZƏRTAC xəbər verir ki, sonra dövlətimizin başçısı və birinci xanım Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüb söhbət ediblər.

Prezident İlham Əliyev: Salam, xoş gəlmisiniz.

Sakinlər: Cənab Prezident, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Mən bilirəm ki, Kolatağ və Vəngli kəndlərinə keçmiş köçkünlər artıq 5-6 gün bundan əvvəl gəliblər. Xoş gəlmisiniz.

Sakinlər: Çox sağ olun. Siz də xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Burada sizin üçün çox gözəl şərait yaradılıb. Mənzillər hamısı təmirli, şərait, həyətyanı sahələr, su, bütün infrastruktur, hər şey var. Ən önəmlisi də gözəl təbiət və Vətən torpağı. Bu münasibətlə sizi təbrik edirəm.

Sakinlər: Bəli, cənab Prezident, var olun.

Prezident İlham Əliyev: Bu gün Mehriban xanımla Kolatağ kəndində də olduq, indi burada - Vəngli kəndindəyik. Biz burada əvvəllər də olmuşuq. Keçən dəfə gələndə bu kənd bərbad vəziyyətdə idi. İndi buranı belə gözəl bərpa etdik, təmir etdik. Burada rahat yaşamaq üçün bütün şərait var.

Sakinlər: Allah Sizi qorusun, Azərbaycanın uzunömürlü Prezidenti, Sizi öpürük. Sizə cansağlığı, uzun ömür arzulayırıq. Allah Sizi qorusun! Başına dönüm. Gələn ayaqlarınıza qurban. Sizə gələn azar bizə gəlsin. Bu günə görə Allahımızdan çox razıyıq. Şükür bu günü bizə yaşatdınız, arzumuza çatdıq. Allah daim köməyiniz olsun!

Kişi sakin: Ulu Öndərimizin dediyi kimi, ata-baba torpaqlarımıza qayıtdıq.

Prezident İlham Əliyev: Allaha şükür, təbriklər.

Qadın sakin: Allah Sizi qorusun, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun. Burada, doğma torpaqda rahat, salamat yaşayın.

Sakinlər: Allah Sizə uzun ömür versin, bu xalqın, bu camaatın üstündən əskik eləməsin. Şükür bu günümüzə, dünya durduqca durasınız.

Prezident İlham Əliyev: Siz də sağ olun. Xoş gəlmisiniz.

Kişi sakin: Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Burada elə gözəl hava var ki, heç Bakıda belə hava yoxdur.

Sakinlər: Allah Sizi Azərbaycanın üstündən əskik eləməsin. Allah Sizə uzun ömür, cansağlığı versin. Dünya durduqca balalarınla birlikdə var olasınız.

Prezident İlham Əliyev: Köçkünlük dövrü bitdi, getdi.

Sakinlər: Çox sağ olun, Allah Sizə uzun ömür versin. Allah köməyiniz olsun, Siz bizim alnımızdan ləkəni götürdünüz, şükür bu günümüzə.

Prezident İlham Əliyev: Uzun illər köçkünlük həyatı yaşamaq böyük əzabdır.

Kişi sakin: Çox zülmdür, zülm çəkmişik.

Prezident İlham Əliyev: Həm fiziki, həm mənəvi əzab. Torpaqları da biz döyüşərək aldıq. Heç kim onları bizə qaytarmadı.

Sakinlər: Allah o yumruğunuzu çox möhkəm eləsin. Allah Sizi Azərbaycanın üstündən əskik etməsin, amin. Uzun ömür, cansağlığı arzulayırıq.

Prezident İlham Əliyev: Sağ olun. Gəlin, birlikdə şəkil çəkdirək.

Sakinlər: Şükür bu günümüzə. Arzumuz idi, arzumuza çatdıq. İmişlidə, Kürdəmirdə yaşadıq.

Prezident İlham Əliyev: Orada da qaçqın düşərgəsində?

Sakinlər: Şəhərcikdə. Bizi dolandırmısınız. Başqa ölkələrdə köçkünlərə baxırıq, Sizə minnətdarıq. Siz bizə yaxşı baxmısınız, Sizdən hərtərəfli razıyıq. Uzunömürlü Prezidentimiz ol! Allahdan arzu edirəm “Dəmir yumruğ”unuz var olsun. Qarabağ Azərbaycandır! Yaşasın Prezidentimiz! Yaşasın Azərbaycan! Millətimiz sağ olsun! Yaşasın bizim Prezidentimiz!

Prezident İlham Əliyev: Sağ olun. Görünür, bu cavan qızlar işğal dövründə dünyaya gəliblər.

Sakinlər: Bəli, bəli.

Gənc qız: Bəli, cavan olsaq da, həmişə ürəyimiz Vətənlə döyünüb.

Qadın sakin: 1992-ci ildə buradan piyada getmişəm, nə zülmlə, nə zillətlə. İndi Allaha şükür, arzumuza çatdıq. Allah, Prezidentimiz İlham Əliyevi var elə, bizi bu günə çatdırdı. Tanrı, Mehriban xanımı var elə, dövlətimizi uca elə. Öpürəm Sizi. Allah ömrümdən kəsib Sizin ömrünüzə calasın.

Prezident İlham Əliyev: Birlikdə deyəkmi Qarabağ Azərbaycandır!?

Sakinlər: Qarabağ Azərbaycandır! Yaşasın bizim Lider! Allah köməyiniz olsun!

Prezident İlham Əliyev: Salamat qalın.

Sakinlər: Yaxşı yol.

x x x

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev 2023-cü il noyabrın 7-də Vəngli kəndində olublar.

Xaçın çayının sahilində yerləşən kənd Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.

Kənddəki 391 fərdi evdən 52-si yararsız, 339-u isə qismən yararlı olub. 60 fərdi ev artıq əsaslı bərpa edilib, sentyabrın 1-dək daha 60 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 219 fərdi ev təmir və bərpa olunacaq.

Bu il avqustun 15-də 22 ailə, ümumilikdə 83 nəfər doğma Vəngli kəndinə qayıdıb. Avqust ayının sonunadək isə daha 38 ailə (143 nəfər) bu kəndə köçürüləcək.

Hazırda Vəngli kəndində müasir sosial infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Belə ki, 4 transformator və 3 kilometr uzunluğunda mövcud elektrik xətti təmir edilib, əlavə olaraq 1,5 kilometr uzunluğunda xəttin çəkilməsi işləri görülür. Kənddə 60 ev su ilə təmin olunub, sentyabr ayının sonlarınadək kəndin içməli su ilə təminatı tam başa çatdırılacaq. Mövcud qaz xətti bərpa olunub, 3 min 500 poqonometr xəttin isə bərpası nəzərdə tutulub. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və əlavə olaraq yeni hissənin çəkilişi planlaşdırılır.

Kənddə istirahət parkı salınıb. Sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün parkda hər cür şərait yaradılıb. Ərazidə bayraq meydanı, idman və uşaq oyun meydançaları, rekreasiya zonası və yaşıllıq zolağı salınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Hindistanlı səyyah: Azərbaycanda çox yaxşı dostlar qazanmışam 

20:33
25 Mart

Şimali makedoniyalı səyyah: Qarabağa səfər mənim üçün həyəcanlı və yaddaqalan olacaq 

20:21
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!