01 İyun 2025 08:00
2061
İQTİSADİYYAT
A- A+
Prezident İlham ƏLİYEV: "Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"

Prezident İlham ƏLİYEV: "Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"


Azərbaycan neftinin və qazının dünyaya yolu Türkiyədən keçir. İki ölkə arasında enerji əməkdaşlığının bünövrəsi 1990-cı illərin ikinci yarısında Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyuldu. Məhz o zaman Bakı-Tbilisi-Ceyhan (BTC) neft, Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərlərinin yaranması ideyaları ortaya çıxdı və bu möhtəşəm layihələrin gerçəyə çevrilməsi istiqamətində inamlı və uğurlu addımlar atıldı.

Bu layihələr Prezident İlham Əliyev tərəfindən davam etdirildi və sonrakı qlobal layihələrə yol açdı. Bu gün Azərbaycan-Türkiyə enerji əməkdaşlığının, həm təkcə enerji əməkdaşlığının deyil, iqtisadiyyatın bir çox digər sahəsində qurulan uğurlu əlaqələrin bütün regiona fayda gətirməsi iki ölkənin prezidentlərinin zəkasının, uzaqgörənliyinin, təşəbbüskarlığının və əlbəttə, bir-birinə etibarlı qardaş münasibətinin nəticəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Laçında dediyi kimi, enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər hər sahədə güclü əməkdaşlıqlar qurulub.

Yaxın keçmişin tarixini vərəqləsək, şahid olarıq ki, bir sıra iri enerji layihələrinə aid sənədlərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ ölkəsinin Baş naziri olarkən dövlətimizin başçısı İlham Əliyevlə birgə imza atıblar. Bir sözlə, son illər, hətta onilliklər geniş bir coğrafi məkanın eneji xəritəsini dəyişdirən layihələrin gerçəkləşməsi yollarında Azərbaycan və Türkiyə birgə addımlayır.

Təsadüfi deyil ki, bu günlərdə Laçındakı görüşlərdə də həmin məsələ bir daha vurğulandı. Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş nazirinin Zirvə görüşündə dövlətimizin başçısı dedi: "Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib".

Əməkdaşlığın bir neçə səhifəsini vərəqləyək. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin qət etdiyi 1768 kilometrlik yolun ən böyük hissəsi - 1076 kilometri Türkiyədən keçir (Xəttin Azərbaycanda marşrutu 443, Gürcüstanda 249 kilometrdir). Kəmərin 8 nasos stansiyasının 4-ü Türkiyədədir. 

BTC 19 ildir Azərbaycan neftini Türkiyənin ərazisindən keçirərək dünya bazarlarına çatdırır. Belə ki, 2006-cı ilin yayında tam sistem kimi istismara veriləndən bu ilin birinci rübünün sonunadək kəmərlə ümumilikdə təqribən 598 milyon ton (4,5 milyard barel) xam neft nəql edilib. Bu neft həcmi Ceyhanda 5862 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

BTC-dən bir il sonra isə BTƏ istifadəyə verilib. Xatırladaq ki, BTƏ-nin ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ümumi uzunluğu 691 kilometrdir. O, Azərbaycanda 443 , Gürcüstanda 248 kilometr məsafə qət edir. Gürcüstan-Türkiyə sərhədində CQBK-yə 280 kilometrlik boru kəməri birləşir ki, bununla Azərbaycan qazı Ərzuruma çatdırılır. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. 

"Cənub qaz dəhlizi"nin təməlini də, əslində, elə BTƏ yaradıb. Azərbaycandan İtaliya torpağınadək 3500 kilometrlik məsafə boyu uzanan bu dəhlizin də ən böyük hissəsi qardaş Türkiyənin ərazisindən keçir. Bu, Azərbaycanla Türkiyənin birgə layihəsi olan TANAP - Trans-Anadolu Qaz Boru Kəməridir. 

Hazırda Azərbaycan 12 ölkəyə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyaya qaz ixrac edir. Məlum olduğu kimi, bunların 10-u Avropa ölkəsi, o cümlədən 8-i Avropa İttifaqının üzvüdür. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq, çünki Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə çoxalır. Başqa sözlə, qaz daha uzaq məsafələrə TANAP-dan keçərək ötürülür. 

TANAP Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi ərazisində "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşur.

TANAP ilk qazı Türkiyədəki alıcılara 2018-ci ilin yayında çatdırıb. TAP isə TANAP-dan qəbul etdiyi qazı 2020-ci ilin son günündən nəql edir. Hazırda "Cənub qaz dəhlizi" ilə Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının qazı daşınır. Qeyd edək ki, TANAP-ı dərhal dəstəkləyənlərdən biri də məhz Azərbaycanda ən iri neft-qaz və ixrac layihələrinin, o cümlədən "Şahdəniz"in operatoru BP şirkəti olub. Şirkətin yaydığı açıqlamaların birində deyilir: "TANAP dünyada ən mühüm strateji kəmərlərdən biridir. Onun şərq ucunda dünyanın ən iri qaz yataqları var - Azərbaycan və Yaxın Şərq, onun qərb ucunda isə dünyanın ən iri bazarlarından biri var - Avropa. TANAP bu ikisini birləşdirən mühüm bir layihədir və ona görə də BP və digər şirkətlər bu layihəni dəstəkləyirlər".

Azərbaycanın və Türkiyənin enerji əməkdaşlığı yeni layihələrlə zənginləşəcək və həm özümüzə, həm də uzaq məkanlarda yaşayan insanlara fayda gətirəcək. Axı indi enerji keçidi dövrüdür və Azərbaycanın "yaşıl gündəliy"i artıq hamıya bəllidir.

Yaxın illərdə Azərbaycan həm də "yaşıl enerji" ixracatçısı olacaq. İxrac yollarının biri də Naxçıvandan Türkiyəyə və daha uzaqlara istiqamət alacaq. Məhz bütün bunlara görə də Prezident İlham Əliyev Laçında vurguladı ki, enerji təhlükəsizliyi, bərpaolunan enerji sahələrindəki imkanlar da birlikdə dəyərləndiriləcək. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!