14 Avqust 2026 14:19
440
İQTİSADİYYAT
A- A+
Potensialın yüksək olması və bundan səmərəli istifadə yaxın illərdə Naxçıvanı enerji ixracatçısına çevirəcək 

Potensialın yüksək olması və bundan səmərəli istifadə yaxın illərdə Naxçıvanı enerji ixracatçısına çevirəcək 


Naxçıvan Günəş, hidro və külək enerjisi baxımından əhəmiyyətli potensiala malikdir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 258 milyon manat vəsaitin ayrılması regionda alternativ enerji istehsalının da artmasına imkan yaradacaq. Həmin vəsait hesabına ilk növbədə Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan “Tivi” su elektrik stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulub. AZƏRTAC Naxçıvanın alternativ enerji potensialına və ixrac imkanlarına nəzər salır.


Günəş və hidroenerji əsas resurslar kimi


Azərbaycan Energetika Nazirliyinin qiymətləndirməsinə görə, muxtar respublikanın bərpaolunan enerji potensialı təxminən 5000 meqavat (MVt) təşkil edir. Bu imkanlar Naxçıvanın yalnız enerji tələbatını ödəməsi deyil, gələcəkdə regional yaşıl enerji ixracatçısına çevrilməsi üçün əlverişli zəmin yaradır. Bu məqsədlə Naxçıvanın “Yaşıl Enerji Zonası” kimi inkişaf etdirilməsi istiqamətində layihələr həyata keçirilir.

Naxçıvanın alternativ enerji potensialında Günəş enerjisi xüsusi yer tutur. Günəş radiasiyasının əlverişli olması iri fotovoltaik stansiyaların yaradılmasına imkan verir. Dövlət siyasəti çərçivəsində 1500 MVt həcmində Günəş və külək enerjisi güclərinin yaradılması, bunun 1000 MVt hissəsinin Türkiyə və Avropa istiqamətində ixrac edilməsi hədəfi müəyyənləşdirilib.

MR-də hidroenerji də artıq enerji balansının mühüm komponentidir. 2024-cü ildə Naxçıvanda 490,4 milyon kilovat-saat (kVt/st) elektrik enerjisi istehsal olunub. Bunun 176,2 milyon kVt/st-ı su elektrik, 60,8 milyon kVt/st-ı isə Günəş elektrik stansiyalarının payına düşüb. Yeni Günəş enerjisi layihələri və perspektivdə külək enerjisinin inkişafı bu göstəricilərin əhəmiyyətli dərəcədə artırılmasına imkan verə bilər.


Türkiyə bazarına çıxış və yaşıl enerji ixracı


Naxçıvanın əsas strateji üstünlüklərindən biri Türkiyə ilə birbaşa sərhədə malik olmasıdır. Bu coğrafi mövqe gələcəkdə istehsal ediləcək yaşıl elektrik enerjisinin Türkiyə bazarına çıxarılmasını asanlaşdırar. Azərbaycan və Türkiyə arasında Naxçıvan üzərindən 1 giqavat (QVt) bərpaolunan enerjinin ixracını nəzərdə tutan enerji dəhlizinin yaradılması istiqamətində iş aparılır.

Bu məqsədlə Naxçıvanın enerji sisteminin Azərbaycanla əlaqələndirilməsi, yeni yarımstansiyaların və yüksəkgərginlikli ötürmə xətlərinin yaradılması mühüm əhəmiyyət daşıyır. Uzunmüddətli perspektivdə Naxçıvan–Türkiyə bağlantısının Azərbaycan–Türkiyə–Avropa yaşıl enerji dəhlizinin bir hissəsinə çevrilməsi mümkündür. Belə bir model Naxçıvanın enerji ixracı ilə yanaşı, regional enerji ticarətində strateji rolunu da gücləndirə bilər.


Potensialın reallaşdırılması üçün əsas şərtlər


Naxçıvanın böyük alternativ enerji potensialının real ixrac imkanına çevrilməsi üçün yalnız yeni elektrik stansiyalarının tikilməsi kifayət deyil. Əsas məsələlərdən biri generasiya güclərinin ötürmə şəbəkəsi ilə paralel inkişaf etdirilməsidir. Günəş və külək enerjisinin dəyişkən xarakteri isə enerji saxlanc sistemlərinin və çevik enerji mənbələrinin yaradılmasını zəruri edir.

Bundan başqa, layihələrin maliyyələşdirilməsi, özəl və xarici investisiyaların cəlbi, uzunmüddətli elektrik alqı-satqısı müqavilələrinin bağlanması və transsərhəd enerji ticarəti mexanizmlərinin formalaşdırılması vacibdir. Naxçıvan üçün ən perspektivli model yalnız elektrik enerjisinin ixracı deyil, ucuz və təmiz enerjidən istifadə etməklə yaşıl hidrogen, enerji tutumlu sənaye və digər yüksək əlavə dəyərli məhsulların istehsalının inkişaf etdirilməsidir.

Nəticə etibarilə, Naxçıvanın üstünlüyü yalnız zəngin bərpaolunan enerji resurslarında deyil, həm də onun coğrafi mövqeyi, Türkiyə bazarına çıxışı və Azərbaycanın vahid enerji sisteminə inteqrasiya perspektivindədir. Bu imkanların düzgün koordinasiyası Naxçıvanı gələcəkdə Azərbaycanın mühüm yaşıl enerji istehsal və ixrac mərkəzlərindən birinə çevirə bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri onu deməyə əsas verir ki, bu məsələlər dövlət başçısının diqqət mərkəzindədir. Səfər çərçivəsində Prezidentin Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olması bu sahədə böyük işlərin görüldüyünü göstərir.

25 MVt-lıq “Şəms 1” layihəsi müəyyən edilmiş bərpaolunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir. “CEİ Naxçıvan” MMC tərəfindən artıq 10 MVt gücündə Günəş panellərinin quraşdırılması başa çatdırılıb. Tikinti-quraşdırma işlərinin bu ilin noyabrında yekunlaşdırılması planlaşdırılır. Şəbəkə infrastrukturunun inşası yekunlaşdıqdan sonra stansiya istismara veriləcək və illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacaq. Potensialın yüksək səviyyədə olması və ondan səmərəli istifadə yaxın illərdə Naxçıvanı enerji ixracatçısına çevirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Çempionlar Kubokunun ikiqat qalibi vəfat edib

16:15
14 Avqust

MKİ İsrailin Trampa qarşı "İranın sui-qəsdi" iddiasına şübhə ilə yanaşır

16:12
14 Avqust

Nigeriyada mədəndə faciə baş verib

16:10
14 Avqust

Pakistanda 3 polis əməkdaşı həlak olub

16:08
14 Avqust

İtaliyada silah zavodunda partlayış olub

16:06
14 Avqust

Azərbaycan və Ermənistan elektrik enerjisinin ixracı və idxalı sahəsində də əməkdaşlıq edə bilər

16:00
14 Avqust

Bioloji yaşı azaltmağın yolu tapılıb

15:54
14 Avqust

Süni intellekt Sinqapurun iqtisadiyyatını Yaxın Şərq böhranından qoruyub

15:52
14 Avqust

Aİ-də kömür dövrü başa çatır

15:52
14 Avqust

Böyük Britaniyada ilin ən yüksək temperaturu qeydə alınıb

15:50
14 Avqust

Yeni üsul sement zavodlarını karbon təmizləyən maşınlara çevirəcək

15:49
14 Avqust

ABŞ məlumat mərkəzləri öz elektrik stansiyalarını qurur

15:47
14 Avqust

Qlobal enerji bazarının dəyəri 1,1 trilyon dolları keçib

15:45
14 Avqust

Rumıniya yeganə nüvə stansiyasını bağlamağa məcbur olub 

15:42
14 Avqust

Hindistanın kosmik aparatı Günəşin sirrini açdı

15:40
14 Avqust

Böyük Qayıdış: Vaxtilə uzaqlarda qurulan arzular indi Ballıcada gerçəkləşir 

14:27
14 Avqust

Paytaxtın Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil olunub 

14:25
14 Avqust

Fransada Vergilər Baş İdarəsinin sisteminə qanunsuz giriş və məlumatların çıxarılması təsdiqlənib

14:21
14 Avqust

Potensialın yüksək olması və bundan səmərəli istifadə yaxın illərdə Naxçıvanı enerji ixracatçısına çevirəcək 

14:19
14 Avqust

Naxçıvan həqiqətən “nəqşi cahan”a çevriləcək

14:08
14 Avqust

Yeni inkişaf erası və strateji hədəflər

13:50
14 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!