14 Avqust 2026 16:06
143
DÜNYA
A- A+
İtaliyada silah zavodunda partlayış olub

İtaliyada silah zavodunda partlayış olub


Roma yaxınlığındakı Kolleferro şəhərində  "KNDS Ammo Italy" şirkətinin quru və hərbi-dəniz qüvvələri üçün silah-sursat istehsal edən  zavodunda güclü partlayış baş verib. 

İlkin məlumatlara görə, partlayış barıt presləmə sexində baş verib. Zavodda qısa müddət əvvəl yanğın baş verib və yanğınsöndürənlər polisin müşayiəti ilə alovun qarşısını alıblar. "Corriere della Sera" qəzetinin yazdığına görə, xəsarət alanlar və itkin düşənlər barədə məlumat daxil olmayıb. Şəhər meri Culio Kalamita jurnalistlərə bildirib ki, hadisə zamanı zavod demək olar ki, tamamilə boş olub.

"KNDS Ammo Italy" Fransa-Almaniya müdafiə konserninin bir hissəsidir. Digər ölkələrlə yanaşı, Ukraynaya da silah tədarük edən şirkətin 100-dən çox döyüş sistemi hazırda Ukrayna Silahlı Qüvvələrinin  xidmətindədir. Konqlomeratın törəmə şirkəti olan "KNDS Ukraine" Ukraynada fəaliyyət göstərir - avadanlıqlarını təmir edir və servis xidməti göstərir, ehtiyat hissələri və artilleriya mərmiləri istehsal edir.

Bu, son bir həftə ərzində baş verən ikinci analoji hadisədir. Avqustun 10-da Bolqarıstanın Belitsa kəndi yaxınlığındakı EMCO müəssisəsində də yanğın baş verib. Yük maşını alovlandıqdan sonra yanğın sursat anbarına yayılıb və daha sonra partlayış olub. Şirkət 2014-cü ildən bəri Ukraynaya mərmi və silah tədarük edir. Xəsarət alan olmayıb. 

EMCO sahibi Emilian Gebrev iddia edir ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin agentləri onu 2015-ci ilin yazında zəhərləməyə cəhd ediblər. O dövr aparılan araşdırma nəticəsində sui-qəsd cəhdində zəhərli "Noviçok"  maddəsindən istifadə edildiyi müəyyən olunub. İş adamı özü hadisəni Ukraynaya silah təchizatı və Rusiyanın onun silah biznesinə ehtimal olunan marağı ilə əlaqələndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan dünya əhəmiyyətli logistik mərkəzə və strateji plasdarma çevriləcək

16:50
14 Avqust

Azərbaycan dilində vikipediya üçün ilk dəfə süni intellektəsaslı alət hazırlanıb 

16:49
14 Avqust

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub

16:44
14 Avqust

Naxçıvanın inkişafına yönəlmiş genişmiqyaslı layihələr regionun gələcəyinə verilən önəmin bariz ifadəsidir 

16:17
14 Avqust

Avropa Çempionlar Kubokunun ikiqat qalibi vəfat edib

16:15
14 Avqust

MKİ İsrailin Trampa qarşı "İranın sui-qəsdi" iddiasına şübhə ilə yanaşır

16:12
14 Avqust

Nigeriyada mədəndə faciə baş verib

16:10
14 Avqust

Pakistanda 3 polis əməkdaşı həlak olub

16:08
14 Avqust

İtaliyada silah zavodunda partlayış olub

16:06
14 Avqust

Azərbaycan və Ermənistan elektrik enerjisinin ixracı və idxalı sahəsində də əməkdaşlıq edə bilər

16:00
14 Avqust

Bioloji yaşı azaltmağın yolu tapılıb

15:54
14 Avqust

Süni intellekt Sinqapurun iqtisadiyyatını Yaxın Şərq böhranından qoruyub

15:52
14 Avqust

Aİ-də kömür dövrü başa çatır

15:52
14 Avqust

Böyük Britaniyada ilin ən yüksək temperaturu qeydə alınıb

15:50
14 Avqust

Yeni üsul sement zavodlarını karbon təmizləyən maşınlara çevirəcək

15:49
14 Avqust

ABŞ məlumat mərkəzləri öz elektrik stansiyalarını qurur

15:47
14 Avqust

Qlobal enerji bazarının dəyəri 1,1 trilyon dolları keçib

15:45
14 Avqust

Rumıniya yeganə nüvə stansiyasını bağlamağa məcbur olub 

15:42
14 Avqust

Hindistanın kosmik aparatı Günəşin sirrini açdı

15:40
14 Avqust

Böyük Qayıdış: Vaxtilə uzaqlarda qurulan arzular indi Ballıcada gerçəkləşir 

14:27
14 Avqust

Paytaxtın Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil olunub 

14:25
14 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!