10 Yanvar 2013 02:01
992
CƏMİYYƏT
A- A+
Polietnik cəmiyyətlərdə dövlət dilinin birləşdirici funksiyası

Polietnik cəmiyyətlərdə dövlət dilinin birləşdirici funksiyası

 

Dil millətin formalaşmasında ənənəvi, çox mühüm rol oynayır və geniş mənada kütləvi şüurun özünəməxsus rəmzi hesab edilir. Bu mənada polietnik əhaliyə malik olan dövlətlərdə dil siyasəti olduqca vacib bir rola malikdir. Bu siyasət dil, demoqrafıq və siyasi vəziyyəti nəzərə alaraq ölkədə fəaliyyət göstərən müxtəlif dillər, eləcə də rəsmi dil və ya dillərin qarşılıqlı təsiri və inkişaf etdirilməsi üçün müvafiq şərtləri özündə ehtiva edir.

Polietnik əhalisi olan dövlətlərdə dil siyasəti ilə bağlı müxtəlif yanaşmaları ümumilikdə monolinqvizm (təkdillilik) və ya poli-multilinqvizm ideyalarına əsaslanan  iki qrupa bölmək mümkündür.

İstənilən cəmiyyətdə dilin istifadəsi adətən həmin ölkədəki dil vəziyyəti ilə ölçülür və bu proses müxtəlif dil və ya qeyri-dil (sosial, siyasi, iqtisadi, psixoloji, tarixi, coğrafi və s.) amilləri ilə şərtlənir. Cəmiyyətin şüurlu şəkildə bu prosesə müdaxilə etməsi şəxsiyyətdən tutmuş dövlətə qədər mümkündür. Lakin polietnik cəmiyyətlərdə dil prosesləri ilə bağlı şərhlər siyasətçilər, sosioloqlar, hüquqşünaslar və dilçilər tərəfindən edilməlidir, çünki səmərəli dil siyasətini müəyyənləşdirmək üçün real dil vəziyyətinin adekvat qiymətləndirilməsi olduqca vacibdir.

Məsələn, çox zaman rəsmi dilin deklarativ şəkildə elan edilməsinə baxmayaraq, onun tam mənada istifadə edilməsi və öyrənilməsi üçün müvafiq mexanizmlər yaradılmır. Məsələn, kargüzarlıq rəsmi dildə tam mənada aparılmır, müvafiq vahid hüquqi qanunvericilik bazasının olmaması dillərin inkişaf etdirilməsinə cavabdeh olan dövlət orqanlarının işinin əlaqələndirilməsini çətinləşdirir. Ölkənin müxtəlif regionlarında dil proseslərinin ardıcıl və elmi şəkildə öyrənilməməsi, buradakı dillərin istifadə edilməsi haqqında müvafiq məlumatların olmaması ölkədə mövcud dil vəziyyətinin obyektiv şəkildə qiymətləndirilməsinə imkan vermir.

İstənilən polietnik cəmiyyətlərdə dillər öz funksional təyinatı, yayılma dərəcəsi, bu dildə danışan insanların sayı və s. parametrlər ilə ölçülür. Ölkədə optimal dil məkanı yaratmaq və rəsmi dilin burada layiqli yerini tutması üçün dillərin funksional nisbətinin dəqiqləşdirilməsi olduqca zəruridir.

Adətən rəsmi dil dövlət və ictimai həyatda ən vacib funksiyaları yerinə yetirir. Bu, ilk növbədə, dövlətin qanunvericilik aktlarının yazıldığı və qəbul edildiyi, rəsmi görüşlərin və tədbirlərin, rəsmi kargüzarlığın həyata keçirildiyi bir dildir. Rəsmi dil bütün dövlət orqanlarında, təşkilatlarda, hərbi qüvvələrdə, məhkəmələrdə və s. istifadə edilir. Bir sıra dövlətlərdə rəsmi dil eləcə də millətlərarası ünsiyyət vasitəsi rolunu oynayır.

Dil siyasətinin ən vacib istiqamətlərindən biri də vətəndaşların rəsmi dildən istifadə etməsi üçün müvafiq şəraitin yaradılmasıdır. Bunun üçün rəsmi dilin öyrənilməsi məqsədilə müvafiq mərkəzlərin yaradılmasına və pulsuz olaraq ölkə vətəndaşlarının biliklərinin artırılmasına diqqət verilməlidir. Eyni zamanda kütləvi informasiya vasitələri, televiziya və radionun imkanlarından istifadə edərək rəsmi dilin öyrənilməsinə dair dərslərin və proqramların həyata keçirilməsi olduqca əhəmiyyətlidir. Rəsmi dildə internet resurslarının, elektron və interaktiv dərsliklərin və keyfiyyətli tədris vəsaitlərinin və lüğətlərin yaradılması olduqca aktualdır.

Rəsmi dilin nüfuzunun artırılması istiqamətində müvafiq iş aparılmalıdır. Ölkənin vətəndaşlarının bu dildə danışması üçün şərait yaradılmalıdır. Eyni zamanda qloballaşan dünyada xarici dillərin öyrənilməsinə də dövlət tərəfindən daim dəstək verilməlidir.

Bir neçə misallar əsasında polietnik cəmiyyətlərdə dövlət dilinin roluna diqqət çəkək. Məsələn, İsraildə ivrit dilinin intibahı prosesi olduqca maraqlıdır. Məlum olduğu kimi, eramızın 70-ci ilində İkinci məbədin dağıdılmasından sonra ölü dilə çevrilmiş ivrit sonrakı illər yalnız dini funksiya daşıyırdı. XX əsrin əvvəllərində Fələstində yaşayan yəhudilər ivrit dilinin ana dili funksiyası daşıması üçün uşaqlarını bu dildə tərbiyə etməyə başladılar. Bu uşaqlar gələcək ailələrində də yalnız bu dildən istifadə etməyə üstünlük vermişlər. Britaniya mandatının ilk dövründə Fələstindəki yəhudilərin 40 faizi (34000) bir-biri ilə ivrit, 36 faizi idiş, 18 faizi ərəb və 4 faizi ladino dillərində danışmışdır. O dövrdə ivrit dili Fələstində ingilis və ərəb dilləri ilə birgə rəsmi dil statusuna malik idi. XX əsrin əvvəllərində o, özünün güclü rəqibləri olan alman və ingilis dillərinə qələbə çala bilmişdir. Beləliklə, demək olar ki, sırf dini funksiya daşıyan bu dil hazırda İsrail dövlətinin rəsmi dilidir. O, dünyanın müxtəlif yerlərindən gəlmiş və fərqli dillərdə danışan ölkə əhalisi üçün böyük rəmzi əhəmiyyət daşıyır və onların birləşməsi üçün olduqca zəruri bir amil rolunu oynamaqdadır. İsraildə xarici dil kimi ingilis dili də geniş şəkildə yayılmışdır.

ABŞ-da ingilis dili bu ölkənin mövcud tarixi boyu əsas dil kimi vətəndaşlarını birləşdirir. Buradakı dil siyasətini ingilis dili əsasında formalaşan ingilis monolinqvizmi təşkil edir. Eyni dərəcədə ispan dilinin Argentina və Çilidə, portuqal dilinin Braziliyada rəsmi dil olaraq dominant rolunu göstərmək olar.

 Lakin irland dilinin İrlandiya Respublikasının milli və statusuna görə birinci rəsmi elan edilməsinə baxmayaraq, o, ölkənin ikinci rəsmi dili olan ingilis dilinə münasibətdə uduzur. Bu dildə İrlandiya əhalisinin az bir qismi danışır və eləcə də Şimali İrlandiyada azlıq dili istifadə edilir.

Bu gün dövlət müstəqilliyimizin ayrılmaz bir atributu olan Azərbaycan dilini, onun tarixi inkişafını, bugünkü rolunu tədqiq etmək olduqca böyük əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman çoxdilli əhalisi ilə seçilən bir ölkə olmuşdur. Onun ərazisində millətlər, mədəniyyətlər və dillər daim fəal təmasda olmuşdur. Azərbaycanın maddi-mənəvi dəyərlərinin yaranması prosesində bu ölkədə yaşayan bütün xalqlar iştirak etdikləri üçün dəyərlərin qorunmasında hamılıqla səy göstərilir.

Dünya təcrübəsi göstərir ki, dildə və dil məsələlərində olan problemlər heç də hər zaman siyasi və hüquqi mexanizmlərin köməyi ilə həll olunmur. Dil siyasətinin həyata keçirilməsi zamanı müxtəlif sosial və etnik qrupların münasibətlərini nəzərə almaq vacibdir, çünki insan şüurunda dil fərdi azadlıq və sosial ədalətlə, mənəvi və maddi üstünlüklərlə və mədəni irslə sıx bağlıdır. Bununla belə müasir dövrdə dillərin əlaqəsi və qarşılıqlı təsiri təkcə daxili siyasət məsələləri ilə bitmir. Vəziyyət ancaq onda deyil ki, dil azlıqlarının hüquqları hamılıqla qəbul olunan fundamental insan hüquqlarının vacib bir hissəsi kimi artıq heç bir dövlətin daxili işi deyil.

Bir çox tədqiqatçılar təsdiqləyirlər ki, dil siyasəti beynəlxalq münasibətlərin mühüm faktoruna çevrilib. Onlar bu faktoru qeyd etmək üçün hətta xüsusi bir termin - qlottosiyasət (yunanca qlotta - dil deməkdir) terminindən istifadə edirlər. Bu termin ötən əsrin 50-ci illərində yaranıb və öncə, 2 və daha artıq mədəniyyətlərin sıx əlaqəli olduğu mühitdə bilinqvizmin yaradılması prosesinə aid idi. Bu gün geosiyasət anlayışı ilə analoji olaraq bu termin dildən özlərinin dövlət və milli maraqlarını müdafiə etmək məqsədi ilə müxtəlif aktorlar arasında regional və qlobal əlaqələrin xarakterizə edilməsi üçün istifadə olunur.

Regionumuzdakı çətin etnosiyasi və etnolinqvistik vəziyyəti nəzərə aldıqda, milli təhlükəsizliyimizə qarşı yönələn risk və təhdidlər prizmasından yanaşdıqda aydın olur ki, dil məsələləri xarici siyasətin ən mühüm istiqamətlərindən biri olmalıdır.

Ümumilikdə dil məsələlərinin yetərincə qiymətləndirilməməsi ölkədə daxili stabilliyə, milli maraqların effektiv müdafiəsinə və Azərbaycanın regionda güclənən nüfuzuna ciddi zərbə vura bilər.

Bu gün Vətənimiz öz inkişafının ən vacib mərhələsindədir. Bu mərhələnin ideoloji əsasları barədə danışarkən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik, Ramiz Mehdiyevin qeyd etdiyi kimi, azərbaycançılıq "çoxəsrlik tarixə malik milli həyatın harmoniyası, qardaşlıq tarixi, ölkəmizdə yaşayan bütün xalq və etnik qrupların əməkdaşlığı və onların müstəqil Azərbaycanın bütövlüyü uğrunda mübarizəsidir".

Müasir dil siyasəti məhz bu bazada qurulmalıdır. Bu siyasət ölkəmizdə yaşayan bütün xalqları birliyə səsləməli, onların milli mədəniyyətlərini, adət-ənənələrini, dillərini qorumalı və müasir Azərbaycan quruculuğunda iştirakına şərait yaratmalıdır.

 

Gülşən PAŞAYEVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!