14 İyun 2025 18:01
736
İQTİSADİYYAT
A- A+
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib

Pekin Xarici Dillər Universitetində (PXDU) “Birinci Çin-Azərbaycan Gənclər Forumu: Yüksəksəviyyəli tərcümə və mədəniyyətlərarası ünsiyyət seminarı” keçirilib.

AZƏRTAC xəbər verir ki, PXDU-nun Asiya fakültəsinin təşkilatçılığı və Azərbaycan dili kafedrasının icraçılığı ilə keçirilən forumda iki ölkənin 20-dən çox ali təhsil ocağından 60 alim, tələbə, gənc tədqiqatçı, tərcümə eksperti iştirak edib.

Forumun sədri, PXDU Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev bildirib ki, qədim mədəni əlaqələrə malik Azərbaycan ilə Çin arasında hərtərəfli münasibətlər hazırda ölkə rəhbərlərinin müəyyən etdiyi strateji yolla sürətlə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Çinə dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da təhsil və elmi əlaqələrə, eləcə də Azərbaycan və Çin dillərinin tədrisinə xüsusi yer ayrılır. Sənədin ruhuna uyğun olaraq keçirilən Azərbaycan-Çin Gənclər Forumu iki dost ölkənin gəncləri arasında dialoqa töhfə verməklə bərabər, ümumilikdə mədəniyyətlərarası dialoqun intensivləşməsinə yardım etməyi hədəfləyib.

Pekin Xarici Dillər Universiteti Asiya fakültəsinin dekanı xanım Su Yinqyinq forumun Çin-Azərbaycan gəncləri arasında mübadiləni gücləndirmək, iki xalq arasında qarşılıqlı anlaşma və dostluğu dərinləşdirmək, “Kəmər və Yol” təşəbbüsü çərçivəsində mədəni və təhsil əlaqələrinə təkan vermək məqsədi daşıdığını diqqətə çatdırıb. O, xalqlarımızın mədəniyyət, adət-ənənə, milli düşüncə və dəyərlər baxımından bir-birinə çox yaxın olduğunu, təmsil etdiyi universitetdə 10 ilə yaxındır fəaliyyət göstərən Azərbaycan dili kafedrasının iki xalq arasında mədəni və təhsil mübadiləsinə önəmli töhfələr verdiyini deyib. PXDU-nun Azərbaycan dili kafedrası Azərbaycan dilinin tədrisindən başqa Çin-Azərbaycan mədəni münasibətləri yönündə fəaliyyət göstərir, lüğətlər tərtib edir, iki ölkənin elm və təhsil əlaqələrinin inkişafına təkan verir.

“Çin və Azərbaycan arasında münasibətlər günü-gündən dərinləşir, çinli alimlərin Azərbaycanla bağlı tədqiqatları və Azərbaycan haqqında bilikləri günü-gündən çoxalır, Çində Azərbaycan üzrə tədqiqatlar artıq zəngin potensiala malik bir elmi-tədqiqat obyektinə çevrilib”, - deyən Su Yinqyinq əlavə edib ki, PXDU iki ölkənin elm və təhsil əlaqələrinin inkişafı üçün Azərbaycanın müxtəlif qurumları, o cümlədən Heydər Əliyev Fondu, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Universiteti ilə sıx əməkdaşlıq edir.

Azərbaycanın Çindəki səfirliyinin müşaviri İbrahim İbrahimov iki xalq arasında dostluq münasibətlərinin qədim tarixə və zəngin mədəni irsə əsaslandığını, hazırda ölkələrimiz arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək yeni inkişaf mərhələsini yaşadığını diqqətə çatdırıb.

Forumun Azərbaycan və Çin gəncləri arasında dostluğun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm bir platforma olduğunu vurğulayan diplomat tədbirin əsas mövzusu olan yüksəksəviyyəli tərcümə və mədəniyyətlərarası ünsiyyətin qloballaşan dünyada olduqca aktual və vacib məsələ olduğunu deyib: “Dillər yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqların tarixini, mədəniyyətini və dünyagörüşünü daşıyan körpülərdir. Tərcüməçilər və dil mütəxəssisləri bu körpüləri quraraq, xalqlar arasında anlaşmaya və əməkdaşlığın təmin olunmasına töhfə verirlər”.

Sonra əsas məruzəçi qismində PXDU-nun Yüksək tərcümə fakültəsinin dekan müavinləri Yao Bin və Li Çanqşuan müvafiq olaraq “Süni intellekt dövründə şifahi tərcümə praktikası - insan tərcüməsinin unikal dəyəri haqqında” və “Tərcümə prosesində anlama, ifadə və çeviklik”, universitetin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev “Mədəniyyətlərarası ünsiyyət prizmasından Çin dilində mədəni yüklü sözlərin Azərbaycan dilinə tərcüməsi - klassik əsərlər nümunəsində” mövzularında çıxış ediblər. Forumun tematik panel iclaslarında Çin Sosial Elmlər Akademiyasının alimləri, Çinin və Azərbaycanın ali təhsil ocaqlarının ekspertləri, bakalavr, magistr və doktorant tələbələri müxtəlif mövzularda məruzələri dinlənilib.

Sonda forum iştirakçılarına sertifikatlar təqdim olunub. Bundan başqa, PXDU-nun Asiya fakültəsinin keçirdiyi tədbirlərə müntəzəm media dəstəyinə görə AZƏRTAC-ın və AzTV-nin Çin üzrə müxbirlərinə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, Çinin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində 2016-cı ildə Azərbaycan dili kafedrası yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildən ali təhsil ocağında Azərbaycan dili ixtisas kimi tədris edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!