11 İyul 2026 08:14
484
SİYASƏT
A- A+
Paşinyan ali sənədə dəyişiklikdənsə yeni konstitusiya layihəsinə üstünlük verir

Paşinyan ali sənədə dəyişiklikdənsə yeni konstitusiya layihəsinə üstünlük verir


Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Ermənistanın yeni konstitusiyası haqqında danışır. 2020-ci ilədək Paşinyan və ətrafı tərəfindən Ermənistan konstitusiyasının ölkənin unitar və sekulyar dövlət quruluşuna uyğun gəlmədiyini, əsas qanunda Erməni Apostol Kilsəsi və diasporu üçün xüsusi status müəyyənləşdirən 18 və 19-cu maddələrinin "dinin dövlətdən ayrı olduğu"nu ifadə edən 17-ci maddə və dövlət idarəçilik sistemi ilə bağlı digər müddəalarla ziddiyyət təşkil etdiyini vurğulayırdılar.

Belə ki, Ermənistan konstitusiyasının 18-ci maddəsi "Müqəddəs Erməni Apostol Kilsəsi" adlanır. Həmin maddədə qeyd olunur ki, Ermənistan Respublikası Erməni Apostol Kilsəsini milli kilsə kimi erməni xalqının mənəvi həyatında onun (erməni xalqının) milli mədəniyyətinin inkişafında və milli özünəməxsusluğunun qorunmasında müstəsna missiyasını tanıyır. Göründüyü kimi, 17-ci maddədə dinin dövlətdən ayrı olduğu vurğulandığı halda, 18-ci maddədə Erməni Apostol Kilsəsi "milli kilsə" kimi təqdim olunur və onun müstəsna missiyasının Ermənistan tərəfindən tanındığı qeyd olunur. Bu da dünyəvi, demokratik dövlətçilik anlayışının mahiyyəti ilə tamamilə ziddiyyət təşkil edir. 

Milli Məclisin deputatı Elçin MİRZƏBƏYLİ qəzetimizə açıqlamasında deyib ki, eyni yanaşma dolayısıyla diasporla bağlı müddəanı da əhatə edir. Onun sözlərinə görə, Paşinyan hakimiyyəti ilə kilsə və diaspor təşkilatları arasında yaranan ziddiyyətlərin təməlində dayanan məqamlardan biri də məhz Ermənistan Baş nazirinin bu təsisatlarla bağlı mövqeyindən qaynaqlanır: "Ermənistan rəhbərliyinin bundan öncəki açıqlamalarında konstitusiyaya əlavə və dəyişikliklərdən deyil, yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyindən söz açıldı. Çox güman ki, Nikol Paşinyan ayrı-ayrı və konkret təsisatlarla bağlı müddəalara əlavə və dəyişikliklərin edilməsindən daha çox yeni konstitusiya layihəsinin hazırlanmasına üstünlük verəcək. Əks təqdirdə bütün bu prosesin kilsə, diaspor və erməni cəmiyyətinin bir hissəsinin hələ də hüquqi müstəvidə dəyərləndirə bilmədiyi, qarşıdurmalara rəvac verən amillərlə bağlı olduğu göz önünə çıxacaq. Bu da Ermənistan hakimiyyətinə qarşı revanşı, qüvvələrin ideoloji informasiya təxribatlarını gücləndirə bilər". 

Deputat qeyd edib ki, bu baxımdan, ilin sonunadək yeni konstitusiya layihəsinin ictimai rəyə təqdim ediləcəyi daha inandırıcı görünür. Amma burada nəzərə alınması zəruri olan mühüm bir məqam var. Ermənistan konstitusiyasının tamamilə yenilənməsindən, yaxud sənədə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı prosedurun başladılmasından asılı olmayaraq, layihənin parlamentdə 2/3 səs çoxluğu ilə qəbul edilməsinin zəruriliyi dəyişməz qalır.  "Eyni zamanda Ermənistan konstitusiyasının 202-ci maddəsi konstitusiya dəyişikliklərinin hüquqi mexanizmini kifayət qədər aydın şəkildə müəyyən edir. Həmin maddəyə əsasən, konstitusiyanın əsas bölmələri, o cümlədən dövlət quruluşunun əsaslarını müəyyən edən birinci, ikinci və üçüncü fəsillər, habelə digər fundamental müddəalar yalnız referendum yolu ilə dəyişdirilə bilər. Sözügedən müddəaların dəyişdirilməsini nəzərdə tutan konstitusiya layihəsi, yaxud bu müddəaların yer almadığı yeni konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilməsi üçün isə parlamentin 2/3-nin dəstəyi labüddür. Konstitusiyada referendumun elan edilməsinin dəstəklənməsi ilə bağlı nəzərdə tutulan digər hallar, yəni 3/5 səs çoxluğu ilə bağlı qəbul proseduru birinci, ikinci və üçüncü fəsillərə şamil edilmir. Bu isə o deməkdir ki, istər Ermənistanın mövcud konstitusiyasına əlavə və dəyişikliklər edilsin, istərsə də yeni konstitusiyanın qəbulu nəzərdə tutulsun, bütün hallarda ölkənin müstəqillik bəyannaməsinə istinadən Ermənistan konstitusiyasının birinci fəslində yer alan ərazi iddialarının aradan qaldırılması üçün parlamentin 2/3 səs çoxluğuna ehtiyac duyulacaq", - deyə o əlavə edib.

E.Mirzəbəyli vurğulayıb ki, bu, Ermənistanın siyasi hakimiyyətinin, bütövlükdə bu ölkənin vətəndaşlarının problemidir. Çünki Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinadən Azərbaycana qarşı ərazi iddiaları qaldıqca, yekun sülh sazişinin imzalanması mümkün olmayacaq. Ermənistan konstitusiyasında başqa dövlətə qarşı ərazi iddialarının yer alması BMT Nizamnaməsinə, beynəlxalq müqavilələr hüququ ilə bağlı Vyana Konvensiyasının tələblərinə, bütövlükdə dövlətlərin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suveren hüquqları ilə bağlı bütün hüquqi normalara və presidentlərə ziddir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!