17 Aprel 2024 19:17
1227
PARLAMENT
A- A+

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

 

Aprelin 17-də Milli Məclisdə parlamentin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə təşkilatçılığı ilə “Sağlam ailə modelinin hüquqi aspektləri – Yaşıl dünya müstəvisində” mövzusunda ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında Prezident İlham Əliyevin Hacıqabulda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışına toxunaraq dünyada baş verən hadisələrin, ətraf mühit və iqlim dəyişikliklərinin bütövlükdə bəşəriyyəti düşündürdüyünü deyib. Qeyd edib ki, insanların gələcəyinin, bütövlükdə planetimizin varlığının ekoloji problemlərin həllindən asılı olması artıq təsdiqlənib.

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladan komitə sədri ölkəmizin işğaldan azad olunmuş ərazilərinin “Yaşıl enerji” zonası elan olunmasının əhəmiyyətindən söz açıb.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu il Azərbaycanda keçiriləcək COP29 çərçivəsində görüləcək işlərə toxunub, ölkəmizdə ekoloji sağlamlığın təmin olunması, gələcək nəsillərə təmiz ekoloji mühitin ötürülməsi məqsədilə müvafiq addımların atıldığını söyləyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında deyib ki, Prezident İlham Əliyevin 2010-cu ili Azərbaycanda “Ekologiya ili” elan etməsi dövlətimizin ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə böyük diqqətinin və qayğısının təzahürüdür. Ölkəmizdə texnoloji sıçrayışlara əsaslanan dördüncü sənaye inqilabı çərçivəsində ekoloji təmizliyin təmin olunmasında texnoloji yeniliklərin tətbiqinin əhəmiyyətini vurğulayan komitə sədri bu istiqamətdə atılan addımlardan danışıb.

Səhiyyə nazirinin müavini İlqar Qasımov mövzu ilə bağlı bu sahədə görülən işlər barədə ətraflı məlumat verib, Azərbaycanda ana və uşaq sağlamlığına göstərilən dövlət qayğısı barədə danışıb.

Dinləmədə Azərbaycanın 30 il ərzində məruz qaldığı ekosidin nəticələrindən danışan ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərdən bəhs edib, COP29 çərçivəsində qadınların qərarvermə prosesində fəal iştirakının əhəmiyyətini vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxışında kənd təsərrüfatının ətraf mühit və iqlim dəyişikliklərindən ən çox təsirlənən sahə olduğunu və bu təsirin dünyada ərzağa olan tələbatın durmadan artması ilə daha da dərinləşdiyini bildirib. O, torpağın dayanıqlı istifadəsi, pestisid və gübrə istifadəsinin normaları, həmçinin su ehtiyatlarının müasir suvarma texnologiyalarının tətbiqi ilə səmərəli istifadəsinin təmin olunması barədə fikirləri ilə bölüşüb.

Dinləmədə çıxış edən Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, deputatlar Jalə Əliyeva, Asim Mollazadə, Naqif Həmzəyev, Nəsib Məhəməliyev, İltizam Yusifov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, QHT nümayəndələri Nigar Məmmədova, Qədir Xəlilov və Məryəm Məcidova dinləmənin əhəmiyyətini vurğulayıblar. Sağlam ailə modelinin hüquqi aspektlərinə toxunan çıxışçılar əhalinin sağlamlığının müdafiəsinin vacibliyini şərtləndirən amillərdən söz açıb, ətraf mühitin mühafizəsinin gücləndirilməsinin və ekoloji maarifləndirmənin əhəmiyyətini vurğulayıblar.

Sonra müvafiq komitələrin sədrləri, həmçinin dövlət qurumlarının nümayəndələri deputatların qaldırdığı bir sıra məsələlərə aydınlıq gətiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video