06 Aprel 2026 13:03
145
DÜNYA
A- A+
Paris ətrafında minlərlə sakin irqi ayrı-seçkiliyə qarşı etiraz aksiyasına çıxıb  

Paris ətrafında minlərlə sakin irqi ayrı-seçkiliyə qarşı etiraz aksiyasına çıxıb  


Parisin şimalında yerləşən Saint-Denis şəhərinin yeni meri, sosialist Balli Bagayoko irqi ayrı-seçkiliyə qarşı çağırış edib.

AZƏRTAC xəbər verir ki, Paris ətrafındakı ikinci böyük şəhər olan Saint-Denisdə minlərlə insan yeni merin çağırışı ilə irqi ayrı-seçkiliyə qarşı toplanıb.

Mer bu aksiyanı CNews kanalında ona qarşı edilən irqi təhqirlərdən sonra təşviq edib. “Bu gün biz çoxsaylıyıq… Biz sağçı ekstremizmdən qorxuruq. İrqi ayrı-seçkiliyə qarşı mübarizə mütləq qələbə ilə nəticələnəcək. Biz Fransayıq!”, - deyə Bagayoko tribunadan bildirib.

Şəhərin mərkəzindəki bələdiyyə binasının önündə keçirilən aksiyada bir sıra solçu siyasi xadimlər, eləcə də sosialistlərin nümayəndə heyəti, bir neçə həmkarlar ittifaqı və təşkilatlar iştirak edib.

Bagayoko mətbuata bildirib ki, bu mübarizə irqi ayrı-seçkiliyə, antisemitizmə, islamofobiya və bütün diskriminasiya formalarına qarşıdır.

Mer, həmçinin Prezident Emmanuel Makronun mövzu ilə bağlı susqunluğunu tənqid edib.

Paris prokurorluğu “xalqın etnik, milli, irq və ya dini mənşəyinə görə ictimai təhqir” maddəsi üzrə istintaqa başladığını elan edib. Bagayoko isə hökumətin bu dəstəyini vaxtında atılmayan addım kimi qiymətləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Əminəm ki, səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək  

14:37
06 Aprel

Baş nazir: Bu gün Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur  

14:36
06 Aprel

İrakli Kobaxidze: Prezident İlham Əliyev Gürcüstanın dəyərli dostudur  

14:36
06 Aprel

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub  

14:35
06 Aprel

Avropa Azərbaycan Mərkəzi mina ilə çirkləndirilmiş ərazilərlə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib 

14:33
06 Aprel

“AzerGold”un ixrac gəlirləri 42 faizədək artıb

14:32
06 Aprel

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub 

14:31
06 Aprel

Müharibənin Səudiyyə Ərəbistanına vurduğu zərər 10 milyard dolları ötüb

14:31
06 Aprel

Geoloji Kəşfiyyat Agentliyi: Bəzi sürüşmə sahələrində aktivlik qeydə alınıb

14:30
06 Aprel

Qızıl növbəti dəfə Azərbaycandan ixrac edilən malların siyahısında birinci olub  

14:23
06 Aprel

Astarada Milli Qəhrəman Pəncəli Teymurovun büstü qoyulub  

14:22
06 Aprel

Aprel şəhidinin məzarı ziyarət olunub  

14:20
06 Aprel

Bilal Dündar: TDT çərçivəsində artan əməkdaşlıq ortaq gələcəyə doğru strateji baxış və yeni imkanlar yaradır  

14:18
06 Aprel

“Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 3 milyon dollar olub

14:13
06 Aprel

Fransa sualtı dronu sınaqdan keçirib

14:09
06 Aprel

Abşeronda yağışın fəsadları aradan qaldırılır  

13:47
06 Aprel

Sabah Bakıda hava əsasən yağmursuz olacaq, bölgələrdə yağıntılar tədricən kəsiləcək  

13:39
06 Aprel

Yaxın Şərqdə növbəti qaz emalı zavodu fəaliyyətini dayandırıb

13:31
06 Aprel

Tailandın Baş naziri əhalini enerjiyə qənaət etməyə çağırıb

13:16
06 Aprel

Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb, hərəkət qismən məhdudlaşdırılıb – Birgə məlumat 

13:13
06 Aprel

Agentlik IX sinif şagirdlərinə müraciət edib

13:05
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!