06 Mart 2026 08:55
863
İQTİSADİYYAT
A- A+
Orta dəhlizdə rəqəmsallaşma və süni intellektin tətbiqi zamanın tələbidir

Orta dəhlizdə rəqəmsallaşma və süni intellektin tətbiqi zamanın tələbidir


"Azərbaycan artıq Orta dəhlizin geoiqtisadi inteqratoruna çevrilib"


Bu gün qlobal səviyyədə baş verən gərgin geosiyasi proseslər Orta dəhlizə olan marağı daha da artırıb. Ancaq Asiya ilə Avropa arasındakı ticarətdə ən sərfəli və təhlükəsiz marşrutun texnoloji cəhətdən təkmilləşdirilməsinə ehtiyac var. O üzdən dünyada ən çox investisiya qoyulmasına maraq göstərilən və rəqəmsallaşdırılması istiqamətində önəmli addımlar atılan qlobal ticarət marşrutu Orta dəhlizdir.

Azərbaycan bu dəhlizin qlobal ticarət üçün ən sərfəli marşrut olmasına çalışır və bu istiqamətdə atdığımız addımlar digər ölkələr və beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın Orta dəhlizinin işlək marşruta çevrilməsindəki fəaliyyətini yüksək dəyərləndirənlərdən biri də Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norovdur. O, dəhlizdə ölkəmizin gördüyü işləri yüksək qiymətləndirərək demişdir: "Azərbaycan artıq Orta dəhlizin geoiqtisadi inteqratoruna çevrilib və regional süni intellekt habının yaradılması növbəti məntiqi addımdır". V.Norov Azərbaycanın digər tranzit ölkələrindən fərqli olaraq müasir yanaşmalara daha çox üstünlük verdiyini deyir. Haqlı olaraq vurğulayır ki, ölkəmiz təkcə yeni dəmir yollarının və limanlarının tikintisi ilə maraqlanmır, eyni zamanda marşrutun ölkədən keçən hissəsində dövrün tələblərinə uyğun rəqəmsallaşma və süni intellektin tətbiqinə xüsusi diqqət göstərir.

Sabiq nazir ölkəmizin gördüyü işləri yüksək qiymətləndirir: "Məhz rəqəmsallaşma və süni intellekt əsaslı logistika dəhlizinin qlobal miqyasda rəqabətə davamlı olub-olmayacağını müəyyən edəcək. Azərbaycan Ələt limanının intellektual sistemlərinə, rəqəmsal gömrük xidmətlərinə və Bakı-Tbilisi-Qars dəmir yolunda süni intellekt dəstəkli planlaşdırma alətlərinə, eləcə də genişlənən multimodal şəbəkəsinə investisiya yatırmaqla bu transformasiyaya rəhbərlik edir". Eks nazir həmçinin qeyd edir ki, Azərbaycan artıq rəqəmsal transformasiyanın praktiki nəticələrini nümayiş etdirir: "Xüsusilə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Ələt) konteyner daşımalarının həcmi 2025-ci ildə rəqəmsal iş proseslərinin tətbiqi sayəsində 40 faiz artıb. Öz növbəsində, "Azərbaycan Dəmir Yolları" intellektual planlaşdırma alətlərinin tətbiqi hesabına Çin-Avropa marşrutu üzrə konteyner qatarlarının hərəkətini 34 faiz artırıb".

Dünya logistikasında "dar boğazlar" termini işlədilir. Bu marşrut üzrə yüklərin tranzitində tıxac yaranan yerə deyilir. Xəzər dənizi də Orta dəhlizin həssas nöqtəsi olduğundan "dar boğazı"na çevrilə bilər. Bugünədək ölkəmiz və onun regional partnyorları bunun baş verməməsi üçün müəyyən işlər görüblər. Ancaq risk qalır. Özbəkistanın sabiq xarici işlər naziri bunun qarşısının alınması üçün dəhlizin keçdiyi bütün ölkələr arasında rəqəmsal logistikanın əlaqələndirilməsi məqsədilə birgə süni intellekt mexanizminin yaradılmasını təklif edir: "Mexanizmin aşağıdakı funksiyaları yerinə yetirəcəyi ehtimal olunur: gəmilərin gəlişinin, qatarların hərəkətinin, Xəzərdəki hava şəraitinin və limanların yüklənməsinin birgə proqnozlaşdırılması üçün süni intellekt əsaslı prediktiv logistika platformasının yaradılması; risklərin süni intellektlə qiymətləndirilməsi, ilkin məlumat mübadiləsi və bütün dəhliz boyu yüklərin avtomatlaşdırılmış rəsmiləşdirilməsi ilə vahid rəqəmsal gömrük sisteminin tətbiqi; güclərin planlaşdırılması və müxtəlif ssenarilərin modelləşdirilməsi üçün əsas liman və terminalların - Ələt, Aktau, Kurık və Potinin qarşılıqlı fəaliyyət göstərən "rəqəmsal əkizləri"nin işlənib hazırlanması; vahid kibertəhlükəsizlik standartları və yüklərin rəqəmsal identifikasiyası ilə transsərhəd məlumat idarəetmə sisteminin formalaşdırılması, pilot layihələrin həyata keçirilməsi, eləcə də gömrük və logistika idarələrinin mütəxəssislərinin ixtisasının artırılması üçün Bakıda süni intellekt sahəsində İnnovasiya və Təlim Mərkəzinin yaradılması".

V.Norovun sözlərinə görə, mexanizmin ehtimal olunan mənzil-qərargahı qismində Azərbaycanın seçilməsi Ələt limanında müasir rəqəmsal logistika zonasının mövcudluğu və ölkənin Avrasiya nəqliyyat marşrutunun əlaqələndiricisi rolu ilə əsaslandırılır.

Bu arada Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili də deyib ki, hazırkı geosiyasi reallıq, xüsusilə Rusiya-Ukrayna münaqişəsi və Yaxın Şərqdə davam edən son hadisələr qlobal təchizat zəncirlərinin dəyişməsinə və bu fonda Orta dəhlizin əhəmiyyətinin daha da artmasına səbəb olub. Nazir eyni zamanda bildirib ki, regionda sülh və sabitliyin möhkəmlənməsi, eləcə də Gürcüstan-Ermənistan, Gürcüstan-Azərbaycan və Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı Orta dəhlizin gələcək taleyində həlledici rol oynayacaq. M.Boçorişvilinin sözlərinə görə, regionun həm tranzit, həm də iqtisadi baxımdan əsas geosiyasi mərkəzə çevrilməsi üçün real tarixi şans formalaşıb, iqtisadi layihələrin arxasında mühüm siyasi faktorlar dayanır və onların həyata keçirilməsi məhz siyasi sabitlik və qarşılıqlı etimaddan asılıdır.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi haqqında

02:25
30 Aprel

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 

02:24
30 Aprel

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 249-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:23
30 Aprel

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

02:22
30 Aprel

Ukrayna dronları Rusiyanın bir neçə “Mi-28” və “Mi-17” helikopterlərinə zərbə endirib  

23:55
29 Aprel

Tramp Putinlə telefon danışığının detallarını açıqlayıb

23:18
29 Aprel

Putin Trampa II Dünya müharibəsində Qələbənin ildönümü ilə bağlı atəşkəsə hazır olduğunu deyib  

21:57
29 Aprel

Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı baş tutub  

21:56
29 Aprel

Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələr aparılıb

21:45
29 Aprel

Ukrayna Rusiya ilə yeni əsir mübadilələrinə hazırlaşır

21:29
29 Aprel

Danimarka şirkəti ilə “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində külək enerjisinin ixracı nəzərdən keçirilib  

21:03
29 Aprel

Amerikalı ekspert: Qarabağda texnoloji şəhər mühiti üçün unikal imkan var  

20:52
29 Aprel

Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunub  

20:48
29 Aprel

Hörmüz boğazı hamı üçün bağlı deyil

20:28
29 Aprel

Yaxın Şərqdəki münaqişə və Hörmüz böhranı fonunda “Brent” 50, “Light” isə 40 faizdən çox bahalaşıb  

20:23
29 Aprel

Sensor ekranlı “mouse” təqdim edilib  

20:18
29 Aprel

Azərbaycan və Kolumbiya siyasi dialoqu gücləndirir

20:15
29 Aprel

“DJI”nin yeni cihazı nümayiş olunub  

20:13
29 Aprel

Pirat və kontrafakt mallar dövlətin xeyrinə müsadirə oluna biləcək  

20:09
29 Aprel

2026-cı ilin ilk rübündə qlobal qızıl tələbatı rekord qırıb

20:03
29 Aprel

Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasına etiraz məktubu ünvanlayıb  

20:01
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!