15 May 2025 08:20
1439
SİYASƏT
A- A+
Ölkəmizlə hesablaşmayanlara regionda yer yoxdur

Ölkəmizlə hesablaşmayanlara regionda yer yoxdur


Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı "Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur" deməklə həm də Azərbaycanın regionda hansı mövqeyə sahib olduğunu dəqiq ifadə etdi. Bəli, Azərbaycan regionun aparıcı və söz sahibi olan dövlətidir. Bakı ilə hesablaşmaq istəməyənlərə burada yer yoxdur.

Nəzər yetirsək görərik ki, Cənubi Qafqazı əhatə etməklə, qitələri birləşdirən bütün aparıcı kommunikasiyaların reallaşmasının mərkəzində dayanan məhz Azərbaycandır. Başqa cür desək, bu kommunikasiyalar respublikamızın təşəbbüsləri və Bakının moderatorluğu ilə həyata vəsiqə alıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, "Cənub qaz dəhlizi" kimi nəhəng infrastrukturların ərsəyə gətirilməsinin əsas səbəbi Azərbaycan dövlətinin iradəsi və qətiyyətidir. 

Bunlardan yararlananlar isə yalnız Azərbaycan deyil, həm də Gürcüstandır, Türkiyədir, Avropa və Orta Asiya dövlətləridir. Respublikamızdan keçən nəqliyyat dəhlizləri Şərqlə Qərbi, Şimalla Cənubu bir-birinə daha yaxın edir, dövlətlərarası iqtisadi əməkdaşlığı dərinləşdirir. Azərbaycanın enerji siyasəti isə dost dövlətlərin, habelə Avropa İttifaqına üzv ölkələrin milli maraqlarını da qoruyur.

 Azərbaycanın təşəbbüsləri ilə ərsəyə gələn bu infrastrukturlardan yararlana bilməyən isə Ermənistandır. Çünki həyata keçirdiyi işğal siyasətinə görə Azərbaycan bu dövləti bütün layihələrdən kənarda saxlayıb,  regional və transkontinental inteqrasiyalardan təcrid edib. Azərbaycanla hesablaşmaq istəməyən və bunun ağır nəticələrini yaşayan Ermənistan bu gün də dalanda qalıb. Azərbaycanın iradəsi xaricində Ermənistanın bu vəziyyətdən çıxması mümkün deyil.

Yaxud götürək Ermənistanın böyük bacısı Fransanı. Vətən müharibəsi günlərindən özünü tam ifşa edən və maskası yırtılan Parisə də Cənubi Qafqazda yer yoxdur. Fransanın regiondan uzaqlaşdırılması həm də bu ölkənin regionla bağlı qeyri-sağlam və qeyri-səmimi niyyətlərindən irəli gəlir. Tarixi müstəmləkəçilik cinayətləri ilə zəngin olan bu dövlətin regionla bağlı bir sıra maraqları sağlam və sivil prinsiplərə söykənmir.  Ən yaxşı halda Fransa öz lövbərini Ermənistana sala bilər ki, bu da geosiyasi və  geostrateji baxımdan heç bir əhəmiyyət kəsb etmir. Beləliklə, Afrikadan qovulan Fransanın Cənubi Qafqazla bağlı maraqları da Azərbaycan tərəfindən iflasa uğradılıb. Amma Azərbaycan Fransanı yalnız Cənubi Qafqazda deyil, həm də qlobal səviyyədə sözün bütün mənalarında peşman edir.

Regionda Azərbaycanla hesablaşmayan həqiqətən də peşman olur. Bunu Avropa İttifaqının davranışlarından da görmək mümkündür. Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçi missiyası saxlamaqla həyata keçirdiyi təxribatçı fəaliyyətin münasibətlərə xələl gətirməsi faktdır. Adı mülki olsa da bu, kəşfiyyat missiyasıdır. Çünki bu missiyanın əməkdaşları "binokl diplomatiyası" yolu ilə Azərbaycan hərbçilərinin mövqeləri, bölmələrimizin dislokasiya yerləri haqqında kəşfiyyat məlumatları toplayırlar.

Lakin dəyişən dünya nizamı, siyasi qütblər arasındakı gərginliklər Avropa İttifaqını da yürütdüyü yanlış siyasətdən imtinaya vadar edir. Bu baxımdan indi özünün iqtisadi təhlükəsizliyi ətrafında daha çox düşünməyə məcbur olan Avropa İttifaqı anlayır ki, Azərbaycanla tərəfdaşlıq olduqca mühümdür. Aprel ayında Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri də bu məqsədlərdən irəli gəlirdi. 

Azərbaycan müstəqil, qətiyyətli və beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasəti olan dövlətdir. Respublikamıza regionda və dünyada hörmət və nüfuz qazandıran əsas amillərdən biri məhz budur. Azərbaycana ehtiram gətirən digər mühüm amil torpaqlarını döyüş yolu ilə işğaldan azad etməsidir. Belə bir dövlətlə isə, əlbəttə ki, hesablaşmaq vacibdir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!