03 Fevral 2026 08:20
183
SİYASƏT
A- A+
Ölkəmizin parlaq gələcəyinin təmsilçiləri

Ölkəmizin parlaq gələcəyinin təmsilçiləri


Dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan gəncliyi cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Gənclərin potensialının üzə çıxarılması, onların intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, dövlətçilik prinsiplərinə sadiq, vətənpərvər və rəqabətqabiliyyətli kadrlar kimi formalaşdırılması ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Uzun illərdir həyata keçirilən bu siyasət gənclərin yalnız bugünkü deyil, eyni zamanda gələcək inkişaf proseslərində də aparıcı rol oynamasına yol açır.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti müasir Azərbaycan gəncliyinin formalaşmasında mühüm rol oynayıb. Ulu Öndər gəncləri cəmiyyətin strateji resursu kimi qiymətləndirərək, onların bilik və bacarıqlarının ölkənin inkişafı naminə səfərbər edilməsini əsas vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Məhz bu yanaşma nəticəsində gənclərin azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlər, dövlətçilik və vətənpərvərlik prinsipləri əsasında formalaşması üçün mühüm addımlar atıldı.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasəti dövrün çağırışlarına uyğunlaşdırılaraq uğurla davam etdirilir. Gənclərlə bağlı dövlət proqramlarının qəbulu, institusional mexanizmlərin yaradılması, sosial, təhsil və məşğulluq sahələrində məqsədyönlü təşəbbüslərin həyata keçirilməsi gənclərin cəmiyyət həyatında fəallığını əhəmiyyətli dərəcədə artırıb. Bu siyasət gənclərin müasir biliklərə yiyələnməsinə, innovativ düşüncə tərzinin formalaşmasına və qlobal rəqabət mühitinə uğurla inteqrasiya olunmasına geniş imkanlar yaradıb.

Azərbaycan gəncliyinin Vətən müharibəsində göstərdiyi yüksək vətənpərvərliyi və qəhrəmanlıqları xüsusi qeyd etmək istərdim. Bu, dövlət gənclər siyasətinin real və praktik nəticələrini nümayiş etdirdi. Qürurla deyə bilərik ki, dövlətimizin başçısı cənab İlham Əliyevin hakimiyyəti illərində formalaşmış gənclərimiz ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizədə milli birliyimizin əsas dayaqlarından birinə çevrildilər. 

Eyni zamanda gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına şərait yaradan dövlət proqramları, könüllülük hərəkatının genişlənməsi, liderlik və idarəçilik bacarıqlarını inkişaf etdirən təşəbbüslər onların şəxsi və peşəkar inkişafına mühüm töhfələr verir. Bu uğurlu mexanizmlər gənclərin ictimai məsuliyyət hissini gücləndirir, onların təşəbbüskarlığını və sosial fəallığını artırır.

Gənclərimiz üçün ölkəmizin müxtəlif bölgələrində yaradılan müasir infrastruktur, intellektual və yaradıcı mühit onların asudə vaxtlarının daha səmərəli təşkilinə, inkişaflarına mühüm təkan verir. Bu, həmçinin regionlarda yaşayan gənclərin potensialının üzə çıxarılmasına xidmət edir və onların cəmiyyətin fəal üzvləri kimi formalaşmasına, sosial və mədəni proseslərdə yaxından iştiraklarına imkan yaradır.

Gənclərimizin əldə etdiyi uğurlardan danışarkən təbii ki, idman sahəsini xüsusi vurğulamaq lazımdır. Bu istiqamətdə yaradılan geniş imkanlar, müasir idman infrastrukturları, sağlam həyat tərzinin təşviqi istiqamətində görülən işlər gənclərin idmana olan marağını daha da artırıb. Bu gün gənclərimiz müxtəlif idman yarışlarında ölkəmizi uğurla təmsil edir, böyük qələbələrə imza atırlar. 

Bütövlükdə, dövlətin ardıcıl, məqsədyönlü və sistemli siyasəti nəticəsində Azərbaycan gəncliyi cəmiyyətin aparıcı qüvvələrindən birinə çevrilib. Azərbaycan dövlətinin uğurlu gənclər siyasəti nəticəsində formalaşan, yüksək bilik və bacarıqlara,  güclü vətənpərvərlik ruhuna malik, milli-mənəvi dəyərlərə bağlı gənc nəsil ölkəmizin parlaq gələcəyinin təzahürüdür.


Şahin İSMAYILOV,

Milli Məclisin Gənclər və idman komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında təhsil sahəsində əməkdaşlıq genişləndirilir  

09:51
03 Fevral

Süni intellekt həkimi əvəz edə bilərmi?

09:35
03 Fevral

Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan vətəndaşları məsuliyyətə cəlb olunublar  

09:31
03 Fevral

Azərbaycan nefti ucuzlaşıb

09:31
03 Fevral

ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar təxirə salındı

09:30
03 Fevral

ABŞ Prezidenti: İranla danışıqlar aparırıq, prosesi zaman göstərəcək  

09:28
03 Fevral

Media: Trampın idarəetmə tərzi dolların məzənnəsinə mənfi təsir göstərir  

09:27
03 Fevral

Kiyevə çoxkombinasiyalı hava hücumu edilir

09:26
03 Fevral

Belə getsə, yerli mal-qara "Qırmızı kitab"a düşəcək

09:25
03 Fevral

Ərdoğan: Türk dünyası Türkiyənin xarici siyasətində xüsusi yer tutur  

09:24
03 Fevral

Tovuzlular ötənilki nəticələri son hədd saymırlar

09:20
03 Fevral

Keçən il Ağstafada orta aylıq əməkhaqqı 8,7 faiz artıb

09:15
03 Fevral

Xızılı gənclərin sorağı rayon sərhədini çoxdan aşıb

09:10
03 Fevral

Ağsaqqallar Gənclər Gününü Gəncədə qeyd etdilər

09:05
03 Fevral

Terminologiya: ideoloji mübarizənin əsas cəbhələrindən biri

09:00
03 Fevral

Azərbaycan və Gürcüstanın dəniz limanları arasında əməkdaşlıq dərinləşir

08:55
03 Fevral

Bir fərmanın tarixi

08:50
03 Fevral

Dünya ölkələrində şöhrət qazanmış görkəmli memar

08:45
03 Fevral

Bərpaolunan abidələr, yaşayan tarix

08:40
03 Fevral

Ulu Öndərin dəstəyi ilə böyüyən Naftalan

08:35
03 Fevral

Sumqayıt: inkişafın və uğurların ünvanı

08:30
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!