03 Fevral 2026 08:15
181
SİYASƏT
A- A+
Azərbaycan regionda sabitliyin təmin edilməsi naminə uğurlu vasitəçi ola bilər

Azərbaycan regionda sabitliyin təmin edilməsi naminə uğurlu vasitəçi ola bilər


Azərbaycan bütün dünya dövlətləri ilə normal və bərabərhüquqlu əlaqələrin qurulmasının tərəfdarıdır. Bu istiqamətdə xarici siyasətimiz uğurla davam etdirilir. 

Azərbaycanın hər zaman mehriban qonşuluq siyasətinə sadiq olduğunu qeyd edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında bildirib ki, məhz buna görə ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu mənada, İranla da mehriban qonşuluq siyasətinin qarşılıqlı olaraq davam etdirilməsi həm hər iki dövlətin maraqlarına cavab verir, həm də bütövlükdə regionumuz üçün faydalıdır. 

"Hazırda dünyada, o cümlədən yaxın regionumuzda mürəkkəb proseslər baş verir. Bu gün Yaxın Şərq bölgəsində artan gərginlik region xalqları və dövlətləri üçün ciddi narahatlıq doğurur. Xüsusilə, ABŞ-nin qonşu İrana qarşı hərbi əməliyyatlara başlayacağına dair xarici mediada informasiyalar yayılmaqdadır. İranın yaxın qonşusu olaraq Azərbaycan bu proseslərdən narahatdır, çünki hərbi toqquşmalar bölgəyə yalnız fəlakətlər gətirə bilər",- deyə o əlavə edib.

Deputatın sözlərinə görə, dövlətimiz regionda sabitliyin təmin olunmasında maraqlıdır. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir.

S.Fətəliyeva qeyd edib ki, İran Azərbaycanın yaxın qonşusu, ABŞ isə fəal tərəfdaşımızdır: "Əlbəttə ki, bu ölkələr arasında hərbi toqquşmanın olmasını istəmirik. Ölkəmiz gərginliyin aradan qaldırılması məqsədilə tərəflər arasında vasitəçi rolunu oynaya bilər. Yanvarın 31-də Azərbaycan Prezidenti İlham Əliyevlə İranın Prezidenti Məsud Pezeşkianın telefon söhbətində də bu məsələ diqqət mərkəzində olub. Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb. İki ölkənin XİN başçılarının telefon danışığında isə Azərbaycanın hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya digər hansısa bir ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb".

Deputatın fikrincə, dövlətimizin mövqeyi  mövcud problemlərin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dialoq və diplomatik yollarla həll edilməsidir. Azərbaycanın bəzi ölkələr arasında yaranmış problemlərin həllində uğurlu vasitəçilik təcrübəsi mövcuddur. Məsələn, hələ 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən gərginliyin aradan qaldırılmasında da ölkəmiz fəal vasitəçi rolunu oynamışdı. İsrail ilə Türkiyə arasında yaranmış problemin həllində də ölkəmiz vasitəçilik edib. Bakı həmin ölkələrin nümayəndələrinin görüşünə evsahibliyi edib. Eləcə də, İsrail və Suriya rəsmilərinin bəzi görüşləri də Bakıda baş tutub. "Bundan əlavə, ölkəmiz  fərqli siyasi-hərbi qütblər arasında dialoqun baş tutması üçün ən uyğun məkanlardan biri kimi özünü təsdiqləyib. Məsələn, Bakıda Rusiya və 

NATO-nun ali hərbi rəhbərlərinin görüşlər keçirməsi ölkəmizin strateji dialoq platforması kimi çıxış etdiyini göstərir. Ölkəmiz NATO-Rusiya və ABŞ-Rusiya arasında yüksək vəzifəli hərbçilərin bir çox görüşünə evsahibliyi edib. Belə mötəbər görüşlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi beynəlxalq səviyyədə ölkəmizə olan böyük inamın ifadəsidir", -deyə deputat vurğulayıb.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında təhsil sahəsində əməkdaşlıq genişləndirilir  

09:51
03 Fevral

Süni intellekt həkimi əvəz edə bilərmi?

09:35
03 Fevral

Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan vətəndaşları məsuliyyətə cəlb olunublar  

09:31
03 Fevral

Azərbaycan nefti ucuzlaşıb

09:31
03 Fevral

ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar təxirə salındı

09:30
03 Fevral

ABŞ Prezidenti: İranla danışıqlar aparırıq, prosesi zaman göstərəcək  

09:28
03 Fevral

Media: Trampın idarəetmə tərzi dolların məzənnəsinə mənfi təsir göstərir  

09:27
03 Fevral

Kiyevə çoxkombinasiyalı hava hücumu edilir

09:26
03 Fevral

Belə getsə, yerli mal-qara "Qırmızı kitab"a düşəcək

09:25
03 Fevral

Ərdoğan: Türk dünyası Türkiyənin xarici siyasətində xüsusi yer tutur  

09:24
03 Fevral

Tovuzlular ötənilki nəticələri son hədd saymırlar

09:20
03 Fevral

Keçən il Ağstafada orta aylıq əməkhaqqı 8,7 faiz artıb

09:15
03 Fevral

Xızılı gənclərin sorağı rayon sərhədini çoxdan aşıb

09:10
03 Fevral

Ağsaqqallar Gənclər Gününü Gəncədə qeyd etdilər

09:05
03 Fevral

Terminologiya: ideoloji mübarizənin əsas cəbhələrindən biri

09:00
03 Fevral

Azərbaycan və Gürcüstanın dəniz limanları arasında əməkdaşlıq dərinləşir

08:55
03 Fevral

Bir fərmanın tarixi

08:50
03 Fevral

Dünya ölkələrində şöhrət qazanmış görkəmli memar

08:45
03 Fevral

Bərpaolunan abidələr, yaşayan tarix

08:40
03 Fevral

Ulu Öndərin dəstəyi ilə böyüyən Naftalan

08:35
03 Fevral

Sumqayıt: inkişafın və uğurların ünvanı

08:30
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!