10 İyun 2026 08:25
435
SİYASƏT
A- A+
Ölkəmizə qarşı media manipulyasiyaları qəbuledilməzdir

Ölkəmizə qarşı media manipulyasiyaları qəbuledilməzdir


Azərbaycan sülh, sabitlik və mehriban qonşuluq münasibətlərinə hər zaman sadiqdir 


Beynəlxalq informasiya platformalarında Azərbaycanın müstəqil xarici siyasətini və qlobal sülh missiyasını hədəfə alan və regionumuzla bağlı reallıqları təhrif etməyə yönəlmiş bəzi qərəzli kampaniyaların şahidi oluruq. 

Bu günlərdə "CNN World" xəbər kanalının internet səhifəsində dərc olunmuş və Azərbaycanı hədəfə alan məqalə də bunun bariz nümunələrindən biridir. Sözügedən yazıda Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, habelə İsrail qüvvələrinin ölkəmizdə yerləşdirilməsi barədə tamamilə uydurma və əsassız iddialar irəli sürülüb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin bu məsələyə dair rəsmi şərhində qeyd olunduğu kimi, iddialar heç bir tutarlı sübut ortaya qoyulmadan, yalnız anonim mənbələrə əsaslanır. Ən qəribəsi isə budur ki, rəsmi Bakının bu mövzu ilə bağlı qəti təkzib mövqeyi CNN redaksiyasına sorğuya cavab olaraq əvvəlcədən rəsmi qaydada təqdim edilsə də, telekanal tərəfindən tamamilə görməzdən gəlinib. Azərbaycanın rəsmi mövqeyini nəzərə almayan belə birtərəfli yanaşma jurnalistikanın obyektivlik, qərəzsizlik və peşəkar etika prinsiplərinə tamamilə ziddir və növbəti dezinformasiya cəhdindən başqa bir şey deyil.


Prinsipial mövqe 


Azərbaycanın xarici siyasət kursunda sarsılmaz və dəyişməz bir prinsip var. Ölkəmizin ərazisindən və ya hava məkanından hər hansı üçüncü bir dövlətə qarşı istifadə edilməsinə qətiyyən icazə verilmir. XİN-in sözügedən şərhində də bu barədə deyilir: "Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların heç bir əsası yoxdur. Ölkəmiz bu kimi fəaliyyətlərə heç vaxt icazə verməyib və verməyəcək.

Azərbaycan regionda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin təşviqinə sadiqdir. Bu kimi əsassız və heç bir sübuta əsaslanmayan iddialar növbəti dezinformasiya cəhdidir". 

İyunun 5-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası da CNN-in məqsədyönlü informasiya təxribatına dair bəyanat yayıb. Bəyanatda qeyd edilib ki, mühüm diplomatik və siyasi hadisələr, qlobal beynəlxalq tədbirlər və ya proseslərin astanasında CNN və oxşar media quruluşları tərəfindən Azərbaycana qarşı hədəflənmiş informasiya kampaniyasının aparılması artıq birinci hal deyil.

Bildirilib ki, komissiyanın apardığı monitorinq zamanı müəyyən edilib ki, adıçəkilən məqalə paylaşıldıqdan dərhal sonra "fürsətçi amplifikasiya" taktikası və prosesi nəticəsində bu anti-Azərbaycan narrativ dünya üzrə əksər nüfuzlu media orqanlarında, habelə "X", "Threads", "Facebook" və "Teleqram" kimi sosial media platformalarında sürətlə yayılaraq kampaniya halını alıb: "Məqalə müəlliflərinin sonda daim Azərbaycanın əleyhinə olan mövqeyi ilə seçilən və vaxtilə "Soros Fondu"nun maliyyələşdirdiyi media layihələrində fəaliyyət göstərən şəxsə müraciət etməsi isə məsələnin haradan qaynaqlandığını ehtimal etməyə əsas verir".

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya CNN-i bu məqalənin əsassızlığı barədə açıqlama verməyə və ya iddialarını sübut edəcək faktları ictimaiyyətə təqdim etməyə çağırıb.

"Əks halda CNN doğru olmayan və anonim mənbələrə söykənərək geniş beynəlxalq əhatə dairəsinə malik materiallar yaymaqla hibrid təhdidlərin vacib komponentləri sayılan informasiya əməliyyatları, saxta narrativlər və dezinformasiya kampaniyalarında alət rolunu oynadığını bir daha təsdiq etmiş olacaq", - deyə Milli Məclisin komissiyasının bəyanatında vurğulanıb.

Rəsmi Bakı bu barədə prinsipial mövqeyini dəfələrlə nümayiş etdirib, yalnız bəyanatlarda deyil, yüksəksəviyyəli diplomatik təmaslarda da qarşı tərəfə çatdırılıb. Məsələn, cari il yanvarın 29-da xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığı zamanı bu məsələ yenidən qətiyyətlə vurğulanıb. Bakının mövqeyini ifadə edən XİN rəhbəri bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onun ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib. Nazir bildirib ki, Azərbaycan öz hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya digər ölkələrə qarşı hərbi əməliyyat aparılması üçün istifadəsinə heç vaxt imkan verməyəcək.


Bölgədə gərginliyin aradan qaldırılmasına töhfələr


Azərbaycan regional sabitliyin qarantını qarşıdurmada deyil, dinc yanaşı yaşama və qarşılıqlı hörmət prinsiplərində görür. Regionda yaradılmış yeni reallıqlar da məhz bu sülh gündəminə xidmət edir. Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təsis etdiyi Sülh Şurasının təsisçi üzvlərindən biri olması ölkəmizin qlobal barışa verdiyi dəyərin beynəlxalq miqyasda qəbul olunmasının göstəricisidir.

Rəsmi Bakı qonşu İranda cərəyan edən mürəkkəb hadisələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu təkcə sözdə deyil, əməli addımlarla da sübut edib. Bu il yanvarın 31-də Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edərək Azərbaycanın bölgədə gərginliyin aradan qaldırılmasına hər cür töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

Həmçinin martın 1-də Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkiana ünvanladığı məktubda dost İran xalqının üzüntüsü dərindən paylaşılır. Ölkəmizin rəhbəri vurğulayıb ki, bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq. 

Eyni zamanda həmin dövrdə dövlət başçısı İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib. Halbuki Azərbaycan Prezidentindən başqa heç bir dövlət başçısı İranın hansısa bir səfirliyinə getməyib.

Bütün bu addımlar xüsusi çəkiyə malikdir və məktub ölkəmizin regionda gərginliyin deyil, rifahın tərəfdarı olduğunun növbəti təsdiqidir.

Eyni zamanda İranda baş verən böhranlar zamanı humanitar dəstək göstərməyi özünə mənəvi borc bilən Azərbaycan qonşu ölkəyə yardım əlini uzadan ilk dövlətlərdən biri olub.

Azərbaycanın xarici siyasətinin humanizm prinsiplərinə əsaslanmasının ən böyük sübutu İranda yaranmış mürəkkəb vəziyyətlə bağlı xarici ölkə vətəndaşlarının təxliyə prosesində yaşandı. Əcnəbi vətəndaşların təxliyə üçün məhz Azərbaycanı seçməsi təsadüfi deyildi. Çünki beynəlxalq ictimaiyyət ölkəmizin regionda əsl "təhlükəsizlik adası" olduğuna tam əmin idi. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təhlükəsiz və rahat şəkildə ölkələrinə qayıtmaları üçün hər cür şərait yaratdı və bu həssas diqqətə görə əksər dövlətlər Azərbaycana rəsmi minnətdarlıqlarını bildirdilər.

Reallıq ondan ibarətdir ki, rəsmi Bakı gərginliyin, qarşıdurmanın deyil, rifahın, dialoqun tərəfdarı olub.

Buna görə də "CNN World" kimi qlobal media platformalarında yayılan qərəzli məqalələr Azərbaycanın regionda formalaşdırdığı etibarlı tərəfdaş və sülh carçısı imicinə kölgə sala bilməz. Azərbaycan öz suverenliyinə hörmət olunmasını tələb etdiyi kimi, qonşularının da daxili işlərinə qarışmama prinsiplərinə hər zaman sadiqlik nümayiş etdirir. 

CNN isə peşəkar jurnalistika etikasına hörmət əlaməti olaraq, bu əsassız iddialarla dolu məqaləyə dair rəsmi təkzib yayımlamalıdır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!