24 İyun 2015 02:06
529
Mədəniyyət
A- A+
Nəşriyyat tarixi və kitabçılığa dair sanballı tədqiqat işi

Nəşriyyat tarixi və kitabçılığa dair sanballı tədqiqat işi

 

Kitab-nəşriyyat işi ilə ünsiyyətin əsas vahidi təcrübi-praktik təzahürlərdir. Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Adil Abdullayevin və filologiya üzrə fəlsəfə doktoru, dosent İslam Sadığın birgə müəlliflikləri ilə bu il “Gənclik” nəşriyyatında işıq üzü görmüş “Azərbaycanda nəşriyyat tarixi” adlı dərslik-kitabda nəşriyyat-kitab işini tam əhatə edən, kitabçılıqda redaktə və mətn sistemləri ilə xarakterizə olunan struktur quruluş, mövzu-mətn vizuallığı və nəşriyyat tarixində semantik xüsusiyyətlər və s. özünü geniş şəkildə ifadə edə bilib. 

Nəşriyyat tarixi və redaktə-mətn prosesləri üçün sistemli zəmin yaradan bu dərslikdə ümumilikdə kitab haqqında bilgilər önə çəkilib, qədim kitablar, o cümlədən əlyazma kitabları haqqında hərtərəfli fikirlər əks olunub, Azərbaycanda kitab nəşrinin tarixi geniş öyrənilib, kitab mədəniyyəti barədə dolğun təsəvvür yaradılıb. Əsərdə həmçinin mətnin təşkili, fikrin qurulma texnikası özünün semantik forması ilə diqqət çəkir. Müəlliflər hər bir prosesin funksional əhəmiyyətini daha qabarıq göstərmək üçün dəqiq qrammatik təsirlərə üstünlük verib, nəşriyyat tarixi, nəşriyyat-kitab işi və nəşriyyatların meydanagəlmə zəminləri, ictimai kitab anlayışı, yazı və əlifba mədəniyyəti, əlyazma kitabları və ilk mətbəələrin yaranma prosesləri, kitabın (mətbuatın) inkişafı, kitab nəşrində yeni mərhələ, poliqrafiya materialları və s. barədə əhəmiyyətli nəticələr əldə edib, nəşriyyat işinin sintaksis vəzifəsini ətraflı şərh ediblər.
Nəşrdə mövzu xarakterlərinə elmi yanaşma sistemli şəkildədir. Buradakı mətn sintaksisi, mövzu və kitabçılıqda aktual üzvlənmə, nəşriyyat tarixi aspektləri və qrammatik seyrçilik, əlyazma kitab tədqiqatına aid bir çox məsələlər, fikrin qurulma texnikası, elmi hissin kommunikativ funksiyası faktik olaraq müəlliflərin nəşriyyat-kitab işinə yaxından bələd olmalarını isbatlayır. “Azərbaycanda nəşriyyat tarixi” kitabında fikirlər ictimai-fəlsəfi normativ əsasında forma tapır və burada sxematik hissi təbəddülatlardan peşəkarcasına istifadə olunması mövzuların əsas həddə oxucuya çatmasını təmin edir. Kitabdakı əksər fikirlərin struktur-semantik zərurəti mövzudan şərhə keçidi qaydalara uyğun təsbitləyir və müəlliflərin elmi dərketməsində bu proses əhəmiyyətli rol oynayır. Kitabda fikirlərin açılışı ictimai-elmi istiqamətlidir. Bu fikirlər kitabın müstəqil və əsas cəhətləridir, ümumi məzmun isə təkcə bir sintaktik bütövdə açılmır.
Uzaq və yaxın keçmişimizdəki kitab-nəşriyyat kodeksləri, bu sistemin prosedur qaydaları kitabda önəmli yer tutur. Müəlliflər üzərində ehtiyatla işlədikləri mövzuların mahiyyətinə, struktur quruluşuna və tarixi-ictimai önəminə xüsusi diqqət yetirib, mətnin (mövzunun) işlənmə yerini dürüst məntiqə kökləyiblər. Burada hər mövzu öz dəyər və elmi xarakterinə görə fərqli müstəvilidir. Ona görə də kitab bütün poliqrafiya-nəşriyyat sistemləri üçün dəyərli vasitə hesab edilə bilər.
Kitab özündə elmi və bir qədər də ictimai məğzi ehtiva edən məntiqə xas fikirlərlə zəngindir. Müəlliflər tədqiq zamanı əlavə şərh üçün zəmin qoymayıblar. Buna görə də oradakı fikirlərin forma sintaktikliyi standart forma kimi deyil, inkişafda olan elmə uyğun şəkildə əhatələnir.
Kitabın tədqiq mərhələsini üç əsas tempdə aparmaq mümkündür: 1. Artan inkişaf zəminliyi; 2. Orta-hissəvi təsiretmə dəqiqliyi; 3. Sürətli inkişaf şərhi.
Bəhs olunan dərslikdə mövzunun tarixi ardıcıllıq üzrə dinamikliyi - ktab anlayışı, ilk yazının kəşfi, yazıdan kitaba keçid, əlyazma-kitab mədəniyyəti, kitabın cəmiyyətdə rolu, Azərbaycanda nəşriyyat tarixi, ilk çap üsulları, ilk mətbəələrin yaradılma prosesləri, çap maşınının kəşfi, kitabın texniki göstəriciləri, nəşriyyatda redaktə işi, redaktorluq sənəti, hətta kitab ticarətinin təşkili və s. digər məsələlər həm mövzunun qoyuluşu, həm də fikrin məntiqəxas tədqiqi diqqət çəkir. Bütün bunlara əsaslanaraq deyə bilərik ki, kitabda mətndaxili semantik-struktur əlaqələr, tematik proqressiya aparıcı xətdir. Bu da fikrin kommunikativ funksiyaçılığında başlıca rol oynayır. Bu kitab istər nəşriyyat işçiləri, istər poliqrafiya mütəxəssisləri, istərsə də kitab-redaksiya, redaktor, korrektor və hətta adi çapçı üçün mühüm əyani vəsaitdir.
Yeni kitab nəşriyyat tarixində özünün ifadə imkanlarının genişliyi ilə də diqqət çəkir. Burada nəşriyyat-kitab zəminləri yüksək mərhələ adlayıb, proseslərin ifadə imkanlarından düzgün şəkildə istifadə edilib. Başqa sözlə, kitabda nitqin, redaktəçiliyin, əlyazma prosedurlarının düzgünlüyünə - nəşriyyat-tarix mərhələsində yenilikçi ruha əməl olunub. Məsələn, kitabın “Nəşriyyatda redaktə işi” - redaktor sənəti fəslini oxuyan müvafiq peşə sahibləri redaktorluğun təkcə nəzəri tərəfi ilə tanış olmur, həm də bu prosesin praktik mahiyyətini tam mənada başa düşmək imkanı əldə edirlər.
Müəlliflərin öhdəsindən gəldikləri bir tutarlı iş də ondan ibarətdir ki, onlar mövzunu təkcə nəzəri cəhətdən tədqiqə cəlb etməyiblər, həm də onun praktik tərəfini anlaşılan, başa düşülən tərzdə qabardıblar.
Maraqlı bir məqam da odur ki, müəlliflər nəşriyyat işini təkcə yaradıcılıq işi kimi göstərmirlər. Bununla bağlı kitabda deyilir: “Nəşriyyat yaradıcılıq təşkilatı olsa da, eyni zamanda konkret bir istehsalat müəssisəsidir. Onun istehsal etdiyi məhsul kitab və kitabçalardır... Oxucusu olmayan, yaxud vaxtında öz oxucusuna çatdırılmayan kitab dəyərini itirmiş pul kimidir...” Buradan da bir nəticə hasil etmək olar ki, “Azərbaycanda nəşriyyat tarixi” kitabı təkcə kitab-nəşriyyat işinin kökündən öyrənilməsi metodları ilə təzahür etmir, həm də ticarət önəmi daşıyır; onun iqtisadi səmərəsi də çoxdur.
Kitabda kitab nəşri və nəşriyyat işi ilə bağlı hüquqi sənədlərə, nəşriyyat və KİV haqqında qanuna, mətbu nəşr və istehsalın hüquqi əsaslarına, televiziya və radionun hüquqi fəaliyyətinə, müəlliflik hüququna, nəşriyyat-maliyyə resurslarına, nəşriyyat işinin, müəlliflik hüququnun beynəlxalq aspektlərdə təzahürünə və s. geniş yer ayırılıb, bu prosedurlara sistemli-əhatəli yanaşılıb.
Kitabın nəşriyyat tarixi fonunda ən diqqətçəkən statuslarında ilk əlyazma, kitab-çap prosesləri, nəşriyyat işi və kitabçılıqda redaktə işi və s. təxmini vizuallıqdan çıxır, dürüst məntiqə keçir. Demək olar ki, bütün bu proseslər boyu müəlliflər oxucuya ehtimal xarakterli fikirlər deyil, əksinə, cəmiyyət dərketməsinə sığa biləcək həqiqətlər aşılayırlar. Necə ki, kitaba yazdığı ön sözdə filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mahmud Mahmudov deyir: “Azərbaycanda nəşriyyat tarixi” adlı dərsliyə böyük ehtiyac vardır. Uzun illərdir ki, ali məktəblərdə bu fənn tədris olunsa da, tələbələr dərslik sarıdan xeyli çətinlik çəkirlər. Nəhayət, Adil Abdullayev və İslam Sadığın “Azərbaycanda nəşriyyat tarixi” adlı dərsliyi bu sahədəki boşluğu doldurmaq baxımından olduqca əhəmiyyətlidir”. Biz də bu qənaətdəyik.

Gülşən ƏLİYEVA,
filologiya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

00:57
09 Aprel

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

00:57
09 Aprel

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında

00:57
09 Aprel

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" 1999-cu il 4 avqust tarixli 176 nömrəli, "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" 2000-ci il 6 mart tarixli 291 nömrəli, "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında" 2020-ci il 27 mart tarixli 975 nömrəli, "İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında" 2021-ci il 18 mart tarixli 1304 nömrəli və "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:56
09 Aprel

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 20 dekabr tarixli 418 nömrəli və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" 2023-cü il 1 may tarixli 2130 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:55
09 Aprel

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

00:55
09 Aprel

Türkiyə Prezidenti Donald Trampa İranla bağlı sülh səylərinə töhfə verməyə hazır olduğunu bildirib  

22:41
08 Aprel

Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub

21:47
08 Aprel

Litvanın Baş naziri Azərbaycana səfərə gəlib  

20:46
08 Aprel

Abbas Əraqçi: İsrail İran və Livanda atəşkəsi pozub  

20:43
08 Aprel

Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə telefon danışığında atəşkəsi alqışlayıb  

20:01
08 Aprel

ƏDL: ABŞ-İran sazişləri Körfəz ölkələrinin maraqlarını nəzərə almalıdır

19:47
08 Aprel

“Reuters”: İran Hörmüz boğazını qismən aça bilər  

19:45
08 Aprel

Media: İranın icazəsi ilə Hörmüz boğazından ilk gəmi keçib  

19:40
08 Aprel

Xəzər dənizində 3,5 bal gücündə zəlzələ olub

19:39
08 Aprel

ABŞ-İran danışıqları aprelin 10-da Pakistanda keçirilə bilər

19:36
08 Aprel

ABŞ Prezidenti NATO-nun Baş katibi ilə görüşür

19:30
08 Aprel

Rəcəb Tayyib Ərdoğan ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasını alqışlayıb  

19:28
08 Aprel

Braziliyada torpaq hüquqları səbəbindən etiraz aksiyası keçirilib

19:28
08 Aprel

Çin təbii qaz ehtiyatlarını necə yaradıb? 

19:20
08 Aprel

Şərqi Asiyada 29 min yeni genetik işarə tapıldı

19:12
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!