18 Avqust 2019 00:59
753
İQTİSADİYYAT
A- A+
Neft Daşlarından “Şahdəniz”ədək…

Neft Daşlarından “Şahdəniz”ədək…


Neft Daşlarından "Şahdəniz”ədək dedikdə təkcə Azərbaycanın bu iki zəngin karbohidrogen mənbəyi arasındakı məsafəni nəzərdə tutmuruq. Bununla belə, qeyd edək ki, Neft Daşları Xəzərin qoynunda, Bakı şəhərindən 110 kilometr şərqdə yerləşir. "Şahdəniz” isə sahildən təxminən 75 kilometr cənubdadır.

70 il əvvəl Azərbaycan neftçiləri açıq dənizdə (Neft Daşlarında) böyük çətinliklərlə ilk quyunu qazırdı. Bu gün isə Azərbaycan əsas resurs bazası "Şahdəniz” yatağı olan, dünyaya səs salan "Cənub qaz dəhlizi” kimi nəhəng bir layihənin təşəbbüsçüsü, lideridir və tərəfdaşları ilə birlikdə onu müvəffəqiyyətlə sona çatdırmaqdadır.

70 il tarix üçün böyük zaman kəsiyi deyil. Lakin Azərbaycanın neft-qaz sənayesinin bu illər ərzində keçdiyi şərəfli yolun təkcə xalqımızın deyil, bütün dünyanın tarixində əhəmiyyəti böyükdür.

1949-cu ilin isti yay günlərində Azərbaycan neftçiləri əvvəllər "Qara daşlar” kimi tanınan, sonra həmişəlik Neft Daşları adını alan ərazidə ilk quyunun qazılmasını davam etdirirdilər. Bu işə başlamaq üçün xeyli hazırlıq görülmüşdü. İlk dəfə açıq dənizdə daş silsiləsi üzərinə xüsusi geoloji kəşfiyyat desantı enmişdi. Bu desantın tərkibinə böyük neft təşkilatçısı Sabit Orucov, tanınmış geoloq Ağaqurban Əliyev, istedadlı qazma mühəndisi Yusif Səfərov və başqaları daxil idi. Onlar hələ 1948-ci ilin noyabrında kiçik "Pobeda” barkasında Neft Daşları rayonuna yaxınlaşmışdılar. Lakin barka suda çıxıntı yaradan qayalara yaxınlaşa bilməmişdi. Mütəxəssislər Bakıya qayıdaraq belə qərara gəlmişdilər ki, daş adanın bir hissəsində qazma qurğusu quraşdırsınlar. Bu, adanın sınaq üçün qoyulmuş sementin quru qalmış hissəsində mümkün ola bilərdi…

Beləliklə, 1949-cu il iyulun 24-də ilk quyunun qazılmasına başlandı. Briqadaya əfsanəvi qazma ustası Mixail Kaveroçkin rəhbərlik edirdi.

Özülün inşası və quyunun qazılması işi çox çətin hidrometeoroloji şəraitdə gedirdi. Külək və qasırğalar vacib tikinti materiallarının, iş alətlərinin vaxtında çatdırılmasına mane olurdu. Bununla belə, fədakar neftçilər ikinci quyu üçün özülün və buruğun tikintisini də aparırdılar.

Dünyada dəniz neftinin erası belə başlanırdı... 1949-cu il noyabrın 7-də Neft Daşlarında ilk quyunun fontan vurması Azərbaycanın dənizdə neftin və qazın çıxarılması sahəsində cığıraçan olduğunu təsdiqlədi.

Daha sonra Xəzərdə yeni yataqlar kəşf olundu və istismara daxil edildi. Ulu Öndər Heydər Əliyevin neft sənayesinə xüsusi qayğı və diqqəti sayəsində bu yataqların siyahısına yeni adlar əlavə olundu. Qocaman neftçilərdən biri maraqlı xatirə danışır. Söyləyir ki, Ümummilli Lider 1970-ci illərdə dəniz şəhərinə səfərlərinin birində estakadada dayanıb Neft Daşlarında tikinti işlərinə rəhbərlik edən Sosialist Əməyi Qəhrəmanı Xanoğlan Bayramovla söhbət edirdi və biz də orada idik. Ulu Öndər görülən işləri bəyəndiyini bildirdi. Sonra birdən əlini irəliyə tərəf uzatdı və dedi ki, indi bax, o əraziləri öyrənmək, kəşf etmək, işləmək lazımdır. Bu, həmin ərazi idi ki, orada artıq uzun illərdir "Günəşli” yatağı istismar olunur...

İndi "Bahar”, "Azəri”, "Çıraq”, "Günəşli”nin dayaz və dərin hissələri, "Şahdəniz”, daha neçə-neçə yataq Azərbaycanın neft-qaz sənayesinin "sütun”unu təşkil edərək ölkəmizə, xalqımıza şöhrət və gəlir gətirməkdədir.

Azərbaycanın dəniz neftinin Neft Daşlarından başlanan yolu uğurlu oldu. Ulu Öndər Heydər Əliyev "Neft Daşları olmasaydı, nə "Azəri” olardı, nə "Çıraq”, nə də Bakı-Tbilisi-Ceyhan...” deyib. Belə ki, 1994-cü ilin sentyabrında Azərbaycan daha bir ilkə imza atdı. Xəzər regionunda birinci olaraq dəniz yataqlarının tanınmış xarici şirkətlərlə birgə işlənməsi üçün saziş imzaladı, konsorsium yaratdı. "Azəri-Çıraq-Günəşli” layihəsi gerçəkləşdi, "Üç dənizin əfsanəsi” adlandırılan Bakı-Tbilisi-Ceyhan kəməri çəkildi. Çəkilən yollar indi artıq böyük dəhlizlərə qovuşur.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bu barədə demişdir: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi iqtisadiyyata böyük valyuta axını təmin edir. Bu kəmərlər olmasaydı, biz neft-qaz resurslarını haraya ixrac edəcəkdik? Daxili bazarımız isə bizdə olan yataqlarla müqayisədə kiçikdir. Bakı-Tbilisi-Ceyhanı əngəlləmək üçün anti-Azərbaycan qüvvələr nə qədər səy göstərdilər, alınmadı. Biz möhkəm dayanmışdıq, güclü iradə göstərmişdik və bu layihələri qonşu dövlətlərlə birlikdə icra etdik. Bakı-Tbilisi-Ceyhan on ildən çoxdur ki, fəaliyyət göstərir. On ildən çoxdur ki, qaz kəmərimiz qazımızı Ərzuruma qədər nəql edir. Əgər bu layihələr olmasaydı, Bakı-Tbilisi-Qars da olmazdı. Əgər bu olmasaydı, "Şahdəniz-2” də olmazdı. "Cənub qaz dəhlizi” - dəyəri 40 milyard dollardan çox olan layihə də olmazdı. Bütün bu layihələr xalq qarşısında tarixi xidmətlərdir. Bu layihələr, eyni zamanda, uzunmüddətli inkişafımıza şərait yaradır. Biz indi 42 milyard dollar valyuta ehtiyatlarımıza malikik. Bunları nəyin hesabına qazanmışıq? Enerji resurslarının ixracı nəticəsində”.

2006-cı ilin sonundan Gürcüstana və növbəti ildən Türkiyəyə mavi yanacaq çatdırılmasına imkan verən "Şahdəniz” Azərbaycanı dünyaya həm də qaz ixrac edən ölkə kimi tanıtdı. Artıq 13 ildir "Şahdəniz-1”dən qaz hasilatı ahəngdar davam edir. Bir ildən çoxdur "Şahdəniz-2” də istismara daxil olub. TANAP (Transanadolu Qaz Boru Kəməri) genişləndirilmiş CQBK-dan (Cənubi Qafqaz Boru Kəməri) qəbul etdiyi mavi yanacağı Türkiyəyə nəql edir. TANAP Azərbaycan qazını TAP-a (Transadriatik Qaz Boru Kəməri) ötürmək üçün tam hazırdır. TAP-ın çəkilişi isə gələn il tamamlanacaq və bu kəmər qazı Avropadakı istehlakçılara çatdıracaq.

70 il əvvəl neftçilərinin Xəzərdə fırtınalara sinə gərərək sularla əhatə olunmuş qayalar üstündə buruq quraşdırıb ilk quyu qazdığı bir ölkənin həmin vaxtdan indiyədək sözügedən sahədə qazandığı qələbələrin şərhə ehtiyacı yoxdur. Bir zamanlar dünyanı "möcüzələr adası”, "mədən-şəhər”i, "polad dirəklər üstündə şəhər”i ilə heyrətə gətirən Azərbaycan bu gün Xəzərdə ən müasir hasilat platformaları quraşdırıb. Salnaməsi uğurla davam edən "Azəri-Çıraq-Günəşli” platformalarından sonra dənizdə "Şahdəniz Alfa”, "Şahdəniz Bravo” ucalıb.

Azərbaycanın dəniz neftinin Neft Daşlarından başlanan uğurlu yolu artıq "Şahdəniz” "zirvə”sinə çatıb.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

Mədəniyyət naziri Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib  

11:10
15 Dekabr

ADA Universitetinin tələbələri ilə görüş keçirilib  

11:01
15 Dekabr

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib  

10:40
15 Dekabr

Dünya Türk Dili Ailəsi Günü: ortaq dil, ortaq irs  

10:22
15 Dekabr

Qazaxıstan Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə neft nəqlinin həcmlərini qoruyub saxlayacaq  

10:18
15 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

09:52
15 Dekabr

Sidneydəki silahlı hücumda ölənlərin sayı 16-ya çatıb  

09:36
15 Dekabr

Keçmiş məcburi köçkün: İnanırıq ki, hər şey çox gözəl olacaq  

09:35
15 Dekabr

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb  

09:12
15 Dekabr

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!