06 Noyabr 2011 12:11
800
İQTİSADİYYAT
A- A+
Neft Daşları - şəhər və mədən

Neft Daşları - şəhər və mədən

 

62 il əvvəl dəniz neftinin erası burada başlandı

 

"Neft Daşlarında işləyən hər kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz". Bu sözləri neçə illər əvvəl ulu öndər Heydər Əliyev deyib. Bəli, Neft Daşlarını gərək gözlərinlə görəsən.

Onu təsəvvürdə canlandırmaq, təxəyyüldə yaratmaq mümkün deyil. Çünki bənzərsizdir, analoqu yoxdur.

"Neft Daşları" karbohidrogenlərlə zəngin dəniz yatağıdır. Tarix onun "doğuluş"unu öz yaddaşında belə qoruyub saxlayır:  "...1948-ci ildə 23 nəfərdən ibarət ilk dəniz neftçiləri dəstəsi birinci quyunun kəşfiyyatına başladı. Böyük neft təşkilatçısı Sabit Orucovun, geoloq Ağaqurban Əliyevin və qazma sahəsində zəngin təcrübəyə malik mühəndis Yusif Səfərovun təklifi ilə əlavə xərclərə yol verməmək və işçi qüvvəsinə qənaət etmək üçün Bakı gəmi təmiri zavodlarından istifadədən silinmiş 7 iritonnajlı gəmi gətirilərək "Qara daşlar"ın yanında basdırıldı. Süni buxta yaradıldı. Qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi "7 gəmi adası" Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi... Usta Mixail Kaveroçkinin başçılıq etdiyi qazmaçılar briqadasının 1 saylı quyudan götürdüyü nümunə 100 tona yaxın ilk neft fontanının yaxınlaşmasından xəbər verirdi. 1949-cu il noyabrın 7-də quyu fontan vurdu".

Bununla da dünyada dəniz neftinin erası başlandı. Sonrakı illərdə Neft Daşlarında tikinti işləri geniş vüsət aldı. 1951-ci ildən estakada və meydançaların tikintisinə, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, istehsal və yaşayış təyinatlı obyektlərin inşasına başlandı. Bu isə dünyada analoqu olmayan Neft Daşları adlı şəhərin qurulmasının başlanğıcı idi.

Neft Daşlarını "möcüzələr adası" adlandırıblar. Lakin Neft Daşları reallıqdır, əfsanəyə bənzəsə də, əsl həqiqətdir. O, işləyən, yaşayan, qurub-yaradan şəhərdir.

Burada beş və doqquzmərtəbəli yataqxanalar, vertolyot meydançası, tibbi-sanitar hissə, mağazalar var. Bu şəhərin sakinləri yalnız neftçilərdir. Neftçilər dedikdə yalnız dənizin dərin qatlarından nefti çıxaranlar deyil, böyük neftçi "ailə"sinin bütün üzvləri - geoloqlar, kəşfiyyatçılar, qazmaçılar, inşaatçılar, rabitəçilər, energetiklər, nəqliyyatçılar və xidmət sahələrində çalışanlar nəzərdə tutulur. Onlar təkcə "Neft Daşları" Neft və Qazçıxarma  İdarəsinin deyil, neçə-neçə digər müəssisə və təşkilatın nümayəndələridir. Növbələşərək işləyirlər - hər ayın yarısını dənizdə olurlar. Sonrakı yarım ayı isə quruda, ev-eşiklərində keçirirlər.

Onların birgə əməyi ilə Xəzərin dərinliklərindəki neft və qaz çıxarılıb xalqın istifadəsinə verilir. Bu dəniz yatağı 62 il istismar olunsa da, ehtiyatları hələ boldur. Burada təzə quyular qazılır, lazım gəldikdə yeni özüllər quraşdırılır. Ölkə Prezidenti İlham Əliyev əfsanəvi şəhərin gələcəyinə ümid və inam ifadə edərək demişdir: "Neft Daşları hələ uzun illər Azərbaycana çox ləyaqətlə xidmət edəcəkdir".

Neft Daşları yaşı artdıqca cavanlaşan bir şəhərdir. Onun siması son dövrlərdə xüsusilə dəyişib. Sanki bu şəhər "möcüzə" sözünü öz taleyinə əbədi həkk edib. Onun sakinləri bu gün də hamını öz işləri və əməlləri ilə heyrətə gətirirlər. Polad estakadalar üstündə yaşıl ağaclar əkiblər (bunun üçün qurudan torpaq gətiriblər), Xəzərin fırtınalı qoynunda park salıblar, "Çay evi" tikiblər...

Ümummilli liderin həmişə neftçilərin qayğısına qalması, dəniz neftinin gələcəyi üçün qlobal işlər görməsi burada bir an belə unudulmur. Xəzər neftçiləri ulu öndərə məhəbbət və ehtiram əlaməti olaraq öz şəhərlərinin mərkəzində "Heydər Əliyev muzeyi" yaradıblar.

Neft Daşları həm də ona görə əhəmiyyətlidir ki, Xəzərdəki yeni-yeni yataqların kəşfinə yol açıb. Neft Daşları olmasaydı, bu gün nə "Çıraq" olardı, nə "Günəşli", nə də "Şahdəniz"...

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!