20 Oktyabr 2026 18:34
186
DÜNYA
A- A+
 Yeni ağıllı tərəzi təqdim edilib

 Yeni ağıllı tərəzi təqdim edilib


“Wyze” şirkəti yeni nəsil ağıllı tərəzisi olan “Wyze Scale Ultra BodyScan Plus” modelini təqdim edib. Cihazın diqqətçəkən xüsusiyyəti nəticələri göstərən ekranın tərəzinin gövdəsindən ayrılaraq açılıb-yığılan sensorlu dəstəyə yerləşdirilməsidir. 4,3 düymlük rəngli ekran məlumatları istifadəçi üçün daha rahat hündürlükdə nümayiş etdirir. Ekranın görünüşünü fərdiləşdirmək də mümkündür. Sensorlu dəstək yığılmış vəziyyətdə olduqda çəki göstəricisi birbaşa tərəzinin üzərində əks olunur. Qiyməti 149 dollar olar cihaz qara və ağ rəng seçimləri ilə təqdim olunub.

Yeni cihazın əsas üstünlüklərindən biri ölçülə bilən parametrlərin sayının əhəmiyyətli dərəcədə artırılmasıdır. Əvvəlki versiya 13 göstərici təqdim etdiyi halda, “Scale Ultra BodyScan Plus” 50-dən çox bədən göstəricisini təhlil edə bilir. Bunlara bədən çəkisi, bədən kütləsi indeksi (BKİ), piy faizi, əzələ və sümük kütləsi, su miqdarı, visseral yağ səviyyəsi, zülal göstəricisi və bazal metabolizm daxildir. Bazal metabolizm orqanizmin tənəffüs, qan dövranı və digər həyati funksiyalarını istirahət vəziyyətində qorumaq üçün sərf etdiyi enerji miqdarını ifadə edir. Cihaz bədən tərkibini qiymətləndirmək üçün bioelektrik impedans analizi (BIA) texnologiyasından istifadə edir. Bu üsul zəif elektrik siqnalları vasitəsilə bədəndəki müxtəlif toxumaların xüsusiyyətlərini qiymətləndirməyə imkan verir. Yeni tərəzi əldə etdiyi nəticələri qollar, ayaqlar və gövdə üzrə ayrıca təhlil edərək daha ətraflı hesabat hazırlayır.

Tərəzi ölçmə nəticələrini “Bluetooth” vasitəsilə yaxınlıqdakı smartfona ötürə, yaxud daxili “Wi-Fi” bağlantısından istifadə edərək məlumatları birbaşa bulud sisteminə göndərə bilir. Bütün nəticələr “Wyze” mobil tətbiqində toplanır. Bundan əlavə, məlumatları “Apple Health”, “Google Health” və “Android Health Connect” platformaları ilə sinxronlaşdırmaq mümkündür. Wi-Fi üzərindən ötürülmə funksiyası sayəsində ölçmə zamanı smartfonun Bluetooth bağlantısının daim aktiv saxlanmasına ehtiyac qalmır.

“Wyze Scale Ultra BodyScan Plus” eyni cihazdan səkkizədək qeydiyyatdan keçmiş şəxsin istifadə etməsinə imkan verir. Tərəzi istifadəçiləri avtomatik tanıyaraq hər birinin ölçmə tarixçəsini ayrı profildə saxlayır. Qonaq rejimi isə əvvəlcədən qeydiyyatdan keçməyən şəxslərin də tərəzidən istifadə etməsinə şərait yaradır. Bununla belə, həmin ölçmələr daimi istifadəçi profillərinə əlavə edilmir. Cihazda uşaqların, ev heyvanlarının və ya baqajın çəkisini müəyyənləşdirmək üçün ayrıca ölçmə rejimi də mövcuddur. Bu funksiya əşyanı və ya uşağı qucaqda saxlayaraq ümumi çəkidəki fərqi hesablamağa imkan verir. Lakin həmin rejimdə yalnız çəki ölçülür, bədən tərkibinə aid əlavə parametrlər hesablanmır.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya hərbi təlimlərə başlayıb

19:11
20 Oktyabr

Pekində yaşlı əhali sürətlə artır  

18:54
20 Oktyabr

Xorvat iş adamları Qarabağın bərpası istiqamətində reallaşdırılan layihələrdə iştiraka dəvət olunub  

18:37
20 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb  

18:36
20 Oktyabr

 Yeni ağıllı tərəzi təqdim edilib

18:34
20 Oktyabr

Avropa süni intellekt yarışında ABŞ və Çindən geridə qalır

18:26
20 Oktyabr

BMT: Əfqanıstanda 19 milyondan çox insan qış mövsümündə aclıq təhlükəsi ilə üzləşə bilər  

18:15
20 Oktyabr

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

18:09
20 Oktyabr

Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb  

18:05
20 Oktyabr

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

18:03
20 Oktyabr

Kaliforniyada təhlükəli virus yayılır

18:03
20 Oktyabr

Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər xəsarət alıb  

17:53
20 Oktyabr

ABŞ Korporasiyası ilə Azərbaycanda süni intellekt məlumat mərkəzlərinin yaradılması müzakirə edilib  

17:52
20 Oktyabr

Sirkənin qaraciyəri qorumaq qabiliyyətinin olduğu ortaya çıxıb  

17:46
20 Oktyabr

İngiltərənin şərqində 2 min il yaşı olan kiçik ev itinin skeleti aşkar edilib  

17:21
20 Oktyabr

“Google Cloud”da problem yaranıb

17:17
20 Oktyabr

Cavanlaşmağın sirri “ölümsüz meduza”da ola bilər? 

17:16
20 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək  

17:15
20 Oktyabr

Bakıda “Rəqəmsal Maliyyə Ekosistemi” mövzusunda konfrans keçiriləcək  

17:14
20 Oktyabr

Alberta Kanadanın tərkibində qalacaq  

17:11
20 Oktyabr

Yaponiya ABŞ-dən bu məsələ ilə bağlı kömək istəyib  

17:09
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!