19 Fevral 2026 15:31
189
CƏMİYYƏT
A- A+
Nazirlik: Xarici ölkələrə səyahət edərkən üzərlik bitkisini üzərinizdə götürməyin  

Nazirlik: Xarici ölkələrə səyahət edərkən üzərlik bitkisini üzərinizdə götürməyin  


Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində üzərlik bitkisinin (xalq arasında "üzərlik", "qarmala" kimi tanınır) istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır.

Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığının qorunması və maarifləndirilməsi məqsədilə üzərlik bitkisinin tərkibi, onun insan orqanizminə təsiri və bu sahədə mövcud olan risklər barədə bir sıra vacib məlumatları diqqətə çatdırır.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol və tetrahidroharmin kimi alkaloidlər mövcuddur. Onlar elmi ədəbiyyatda "harmala alkaloidləri" və ya "beta-karbolin alkaloidləri" adlanır. Həmin qrup alkaloidlər mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv birləşmələrdir.

Məlumatda qeyd edilir ki, harmin və harmalin monoaminoksidaz inhibitorları (MAOİ) qrupuna aiddir. Həmin maddələr beynin müəyyən funksiyalarına təsir edərək sinir impulslarının ötürülməsini dəyişdirir. Onlar orqanizmdə serotonin, dopamin və adrenalin kimi neyrotransmitterlərin parçalanmasını ləngidir, nəticədə bu maddələrin sinir sistemindəki konsentrasiyası artır.

Ölkəmizdə üzərlik bitkisinin yandırılması (tüstülənməsi) qədim ənənə kimi qəbul olunur və konkret formada ondan istifadə ilə bağlı birbaşa qadağa mövcud deyil. Lakin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Qanuna əsasən, tərkibində narkotik və ya psixotrop təsirli maddələr olan bitkilərin kultivasiyası, idxalı, satışı və istifadəsi məhdudlaşdırıla bilər.

Tərkibindəki psixoaktiv alkaloidlərə görə üzərlik bitkisi və onun ekstraktları bir çox ölkələrdə nəzarətə alınan maddələr siyahısına daxil edilib. Rusiya Federasiyası Hökumətinin müvafiq qərarı ilə üzərlik (qarmala) bitkisi rəsmən "narkotik vasitələr olan bitkilər" siyahısına salınıb. Bu o deməkdir ki, Rusiya ərazisində həmin bitkinin idxalı, daşınması, saxlanılması və satışı qanunsuz hesab edilir və cinayət məsuliyyətinə səbəb olur.

“Xarici ölkələrə səyahət edərkən üzərlik bitkisini, onun toxumlarını, hissəciklərini və ya törəmələrini üzərinizdə götürməyin. Bəzi ölkələrdə bu bitkinin hətta kiçik miqdarda aşkarlanması ağır hüquqi nəticələrə səbəb ola bilər. Səhiyyə Nazirliyi vətəndaşlarımızın sağlamlığının qorunması və onların hüquqi risklərdən qorunması məqsədilə maarifləndirmə işlərini davam etdirəcək. Hər hansı bir bitkinin dərman məqsədli istifadəsindən əvvəl mütləq həkimə müraciət edilməsi tövsiyə olunur”, - deyə məlumatda bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göyçay, Ucar və İsmayıllıda Birinci Qarabağ müharibəsinin itkin şəhidləri dəfn edilib

15:39
19 Fevral

Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi: Biz xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət tələb edirik  

15:38
19 Fevral

Böyük Britaniya polisi Kral Çarlzın saxlanılan qardaşı ilə bağlı açıqlama yayıb – YENİLƏNİB  

15:37
19 Fevral

İtkin şəhid Nail Dənziyevlə Lerikdə vida mərasimi keçirilib  

15:36
19 Fevral

Media: Yaxın Şərqdəki ABŞ bazaları İranın potensial cavabından zəif qorunur  

15:35
19 Fevral

"Nazione" müstəqillik hərəkatının üzvü: Adanın işğalından sonra korsikalıların yüksək vəzifələrə çıxışı məhdudlaşdırıldı  

15:34
19 Fevral

ABŞ və İsrail İrana qarşı “sərt zərbələr”ə hazırlaşır: SEPAH qərargahı hədəfdədir

15:34
19 Fevral

Nazirlik: Xarici ölkələrə səyahət edərkən üzərlik bitkisini üzərinizdə götürməyin  

15:31
19 Fevral

Azərbaycanın kənd təsərrüfatı məhsullarının Qətər və Səudiyyə Ərəbistanı bazarlarına ixracı müzakirə olunub  

15:29
19 Fevral

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Ağayev Sabirabadda torpağa tapşırılıb  

15:16
19 Fevral

Ombudsman: “Amnesty International”ın Ruben Vardanyan barədə bəyanatı yanlış, qeyri-obyektiv və qərəzlidir  

15:16
19 Fevral

Qış Olimpiya Oyunlarında xizək yarışı təxirə salınıb

15:12
19 Fevral

Avropada enerji şəbəkələrinə mümkün kiberhücumlarla bağlı narahatlıq artır  

15:08
19 Fevral

Şimali Koreya 600 millimetrlik çoxsaylı raket buraxılış qurğularını təqdim edib  

15:01
19 Fevral

Bakı-Laçın avtobus reysi fəaliyyətə başlayır  

14:56
19 Fevral

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mahir Quliyev Cəlilabadda dəfn edilib  

14:43
19 Fevral

SOCAR ilə “Gran Tierra Energy Inc.” arasında Quba-Xəzəryanı regionu üzrə saziş imzalanıb

14:32
19 Fevral

Xocalının Xanabad kəndinə ilk köç olub

14:18
19 Fevral

Bəzi rayonlarda yağıntılı və küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA

13:51
19 Fevral

NATO-nun mobil təlim qrupunun heyəti ilə görüş keçirilib  

13:39
19 Fevral

Bu gecə bəzi yerlərdə yağış və qar yağacaq, yağıntılar sabah səhər tədricən kəsiləcək 

13:23
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!