18 Fevral 2026 17:49
611
İQTİSADİYYAT
A- A+
Nazir: Büdcə vəsaitlərinin istifadəsində maliyyə intizamı əsas prioritetdir  

Nazir: Büdcə vəsaitlərinin istifadəsində maliyyə intizamı əsas prioritetdir  


Maliyyə naziri Sahil Babayev nazirlik yanında yaradılmış İctimai şuranın üzvləri ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə çıxış edən nazir Sahil Babayev qeyd edib ki, dövlət qurumlarının fəaliyyətində ictimai iştirakçılığın genişlənməsi ölkəmizdə uğurlu hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunun mühüm təzahürlərindən biridir.

Bildirilib ki, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq Maliyyə Nazirliyi yanında yaradılan İctimai şura da hüquqi aktların qəbulu, Nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkili və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsinə öz töhfəsini verəcək.

Dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlardan bəhs edən nazir Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli Fərmanına əsasən rəqəmsallaşma və müasir idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edilib ki, Rəqəmsal Maliyyə Mərkəzi və Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb, 13 əsas altsistemdən ibarət olan “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib. Nazir vurğulayıb ki, büdcə vəsaitlərinin istifadəsində maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılması və xərclərin optimallaşdırılması əsas prioritetlərdəndir. Bu çərçivədə dövlət maliyyəsinə vahid və sistemli yanaşma tətbiq olunacaq, aidiyyəti qurumlar arasında effektiv koordinasiya gücləndiriləcək.

Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin tərtibi, müzakirə mərhələləri və icrası ilə bağlı ictimaiyyətin məlumatlandırılması, habelə büdcə məlumatlarına əlçatanlığın təmin edilməsi məqsədilə sistemli iş aparıldığını qeyd edən S.Babayev bildirib ki, bu çərçivədə əsas büdcə sənədləri və məlumatları beynəlxalq standartlara uyğun olaraq dərc olunur, “Vətəndaşın büdcə bələdçisi”, habelə dövlət və icmal büdcələrin icrasına dair rüblük və illik təqdimatlar hazırlanaraq ictimaiyyətə təqdim edilir.

Nazir əmin olduğunu bildirib ki, İctimai şura “İctimai iştirakçılıq haqqında” qanundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirəcək və bu əməkdaşlıq Maliyyə Nazirliyinin fəaliyyətində şəffaflığın və hesabatlılığın daha da gücləndirilməsinə xidmət edəcək.

Görüşdə çıxış edən İctimai şuranın sədri İnqilab Əhmədov bildirib ki, Maliyyə Nazirliyi yanında İctimai Şura öz fəaliyyəti ilə ictimaiyyətlə effektiv dialoqun qurulmasına, maliyyə sahəsində aparılan islahatların dəstəklənməsinə, eləcə də ictimai iştirakçılıq indeksinin artırılmasına və ölkənin maliyyə siyasəti ətrafında müzakirələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəkdir.

İctimai Şuranın üzvləri – Nuriyyə Novruzova, Anar Əzizov, Elşad Məmmədov, Mehdi Babayev, Əyyub Kərimli və Elman Sadıqov çıxış edərək şuranın fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.

Sonda Maliyyə Nazirliyi yanında İctimai şuranın üzvlərinə vəsiqələr təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BVF qlobal iqtisadi artım proqnozunu 3,1 faizə endirib

10:58
15 Aprel

Fərdi sahibkarların sayı 1 milyon 472 mini keçib

10:57
15 Aprel

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

10:57
15 Aprel

İqtisadi fəal əhalinin sayı açıqlanıb

10:51
15 Aprel

Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli kömək göstərib  

10:46
15 Aprel

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

10:41
15 Aprel

“Azəristiliktəchizat”: Payız-qış mövsümü başa çatıb

10:33
15 Aprel

I rübdə Azərbaycanın nəql etdiyi qazın 51 faizi Bakı-Tbilisi-Ərzurum kəmərinin payına düşüb  

10:26
15 Aprel

Dünya birjalarında neft bahalaşıb 

10:17
15 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:13
15 Aprel

Azərbaycan nefti 118 dollara satılır

10:01
15 Aprel

Azərbaycanın tibb tarixində böyük xidmətləri olan görkəmli alim 

09:44
15 Aprel

ABŞ Prezidenti: NATO bizimlə olmayıb və gələcəkdə də olmayacaq  

09:35
15 Aprel

Xəzər dənizində zəlzələ olub

09:35
15 Aprel

Tramp: İrandakı müharibə hələ bitməyib, amma sona yaxınlaşır

09:34
15 Aprel

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi: Vaşinqton Tehranla razılığa gələ biləcək

09:33
15 Aprel

Hörmüz boğazında vəziyyət düzəlməsə...

09:10
15 Aprel

Dünya Bankı: Neft qiymətləri baxımından aprel ayı daha gərgin olacaq

09:09
15 Aprel

"Mesenat" Hacıya xalq ehtiramının bədii ifadəsidir

09:05
15 Aprel

Keçmişə ehtiramla, gələcəyə məsuliyyətlə

09:00
15 Aprel

Təbiəti qoruyaq, gələcəyimizi xilas edək

08:55
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!