31 May 2023 15:06
402
DÜNYA
A- A+

Mümkün atom qəzası ilə bağlı XƏBƏRDARLIQ 

 

Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) prezidenti Rafael Mariano Grossi Ukrayna və Rusiya arasında davam edən münaqişədə nüvə və ya radioloji qəza təhlükəsi ilə bağlı açıqlama verib. O, qəza baş verəcəyi halda təkcə Ukrayna və Rusiya xalqları deyil, qonşu ölkələrin də böyük fəlakət yaşayacağını bildirib.
Rusiyanın Ukraynaya hücumunun başlamasından 15 ay keçdiyini qeyd edən Qrossi, "tarixdə ilk dəfə olaraq böyük nüvə enerjisi proqramının obyektləri ətrafında müharibə gedir" deyib. Qrossi, Ukraynaya hər gün dəstək verdiyini ifadə edərək Zaporojye Atom Elektrik Stansiyasında vəziyyətin çox kövrək və təhlükəli olduğunu qeyd edib. "Hazırda heç bir nüvə qəzası olmadığı üçün şanslıyıq. Amma əvvəllər dediyim kimi, biz indi zər atırıq və bir gün şanslı olmaya da bilərik", - Qrossi deyib.
Qrossi "Ukrayna ilə Rusiya arasında davam edən münaqişədə nüvə və ya radioloji qəzanın təkcə Ukrayna və Rusiya xalqlarına deyil, həm də qonşu ölkələr də daxil olmaqla daha geniş əraziyə təsir edəcəyi" xəbərdarlığını edib və bunun qarşısını almağın vacib olduğunu bildirib.


Səbuhi Bayramov,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video