12 May 2025 18:38
726
İQTİSADİYYAT
A- A+
MTM: Bank kartları ilə aparılan nağdlaşdırma əməliyyatlarının həcmi ümumi kart əməliyyatlarının 33 faizini təşkil edib

MTM: Bank kartları ilə aparılan nağdlaşdırma əməliyyatlarının həcmi ümumi kart əməliyyatlarının 33 faizini təşkil edib

Son 4 ildə Azərbaycanda bank kartlarının sayı 2021-ci ilin I rübünün sonu (10 milyon 126 min 70 kart) ilə müqayisədə 2 dəfədən çox, daha dəqiq desək, 10 milyon 333 min 840 ədəd artıb.

MTM-dən AZƏRTAC-a bildirilib ki, bu da o deməkdir ki, ölkədə adambaşına düşən aktiv bank kartlarının sayı təxminən 2-yə bərabərdir.

Qeyd edək ki, 2025-ci ilin I rübünün sonuna olan məlumata görə, ölkədə aktiv olan bank kartlarının sayı son bir ildə 17,4 faiz və ya 3 milyon 38 min 782 ədəd artaraq 20 milyon 459 min 910-a çatıb. Ötən ilin I rübündə isə bu göstərici 17 milyon 421 min 128-ə bərabər idi.

Rəsmi rəqəmlərə əsasən, hazırda Azərbaycanda aktiv olan bank kartlarının böyük hissəsini debet kartlar təşkil edir. Ölkədəki aktiv bank kartlarının 88,87 faizi və ya 18 milyon 181 min 786 ədədi məhz debet kartlardır. Kredit kartlarının sayı 2 milyon 278 min 124-ə bərabərdir ki, bu da ümumi kart sayının 11,13 faizi deməkdir. Əhalinin istifadəsində olan çoxsaylı debet kartların 18,63 faizini və ya 3 milyon 387 min 683 ədədini sosial kartlar (pensiya, müavinət və s.), 15,99 faizini və ya 2 milyon 906 min 633 ədədini isə əməkhaqqı kartları təşkil edir. Qalan 11 milyon 884 min 470 debet kart isə əhalinin əlavə istifadə üçün banklardan aldığı debet kartlardır. Bu kartlar ümumi debet kartların 65,38 faizinə bərabərdir.

Hər ötən il ərzində bank kartları ilə edilən nağdsız ödəmələrin həcmində sürətli artım qeydə alınır. Belə ki, cari ilin yanvar-mart aylarında ölkədaxili aparılan nağdsız əməliyyatların həcmi 20,6 milyard manat (20 milyard 595 milyon 819 min 549 manat) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz və ya 4,4 milyard manat (4 milyard 398 milyon 861 min 769 manat) çoxdur.

Xatırladaq ki, 2021-ci ilin I rübündə ölkədə qeydə alınan nağdsız ödənişlərin həcmi cəmi 2,08 milyard dollar təşkil edirdi. Bu o deməkdir ki, cari ilin I rübündə qeydə alınan göstərici 4 il əvvəlki illə müqayisədə 9,9 dəfə və ya 18,52 milyard manat (18 milyard 518 milyon 958 min 591 manat) artıb.

Digər maraqlı göstərici əhalinin bank kartlarındakı vəsaitini nağdlaşdırması ilə bağlı olub. 2021-ci ilin I rübündə əhali bank kartlarındakı vəsaitin cəmi 26,98 faizini nağdsız ödənişlərdə istifadə edirdisə, 2025-ci ilin I rübündə bu göstərici 67,04 faizə bərabər olub. Cari ilin I rübündə ölkədə bank kartları vasitəsilə aparılan nağdlaşdırma əməliyyatlarının həcmi isə ümumi kart əməliyyatları həcminin 32,96 faizini təşkil edib.

Cənubi Qafqaz ölkələrinin Mərkəzi Banklarının açıqladığı rəqəmlərin müqayisəsi göstərir ki, Azərbaycan aktiv bank kartı sayına görə digər ölkələri geridə qoyub. 2025-ci ilin I rübünün sonuna olan məlumata əsasən, Azərbaycandakı aktiv bank kartlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz və ya 3 milyon 38 min 782 ədəd artaraq 20 milyon 459 min 910-a çatıb. Gürcüstanda son bir ildə bank kartlarının sayı 11,4 faiz və ya 1 milyon 21 min 537 ədəd artaraq 9 milyon 980 min 643-ə bərabər olub. Ermənistan Mərkəzi Bankının son məlumatına əsasən, ötən ilin sonunda bu ölkədəki bank kartlarının sayı 4 milyon 327 min 728 ədəd təşkil edib. Bu say son bir ildə 16,3 faiz və ya 605 min 676 ədəd artıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

15:41
10 İyun

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

15:40
10 İyun

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

15:37
10 İyun

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

15:36
10 İyun

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

15:14
10 İyun

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

14:48
10 İyun

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir  

14:38
10 İyun

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

14:31
10 İyun

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

14:20
10 İyun

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub  

14:18
10 İyun

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

14:14
10 İyun

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

14:07
10 İyun

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

13:57
10 İyun

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

13:47
10 İyun

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

13:41
10 İyun

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

13:39
10 İyun

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

13:35
10 İyun

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər  

13:23
10 İyun

Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1170 manatı ötüb

13:17
10 İyun

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

13:07
10 İyun

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub  

12:57
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!