26 İyun 2026 15:41
178
CƏMİYYƏT
A- A+
Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub


İyunun 26-da Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru – Həştərxan vilayəti Hökumətinin sədri Denis Afanasyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qubadlı rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin müşayiəti ilə nümayəndə heyəti Qubadlı rayonunun Mahruzlu kəndində Həştərxan vilayəti Hökumətinin tərəfindən inşa olunan məktəbəqədər təhsil müəssisəsində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Qonaqları Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb. O, Denis Afanasyevin rəhbərlik etdiyi nümayəndə heyətinə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə, eləcə də sosial infrastruktur layihələrinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nümayəndə heyətinə məktəbəqədər təhsil müəssisəsində aparılan tikinti işləri, binanın texniki göstəriciləri və görülən işlərin cari vəziyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Mahruzlu kəndində inşa edilən 80 yerlik məktəbəqədər təhsil müəssisəsinin təməli 2024-cü ilin dekabr ayında qoyulub. İkimərtəbəli, zirzəmili olmaqla üç korpusdan ibarət olan bağça 0,65 hektar ərazini əhatə edir. Tikilinin oturum sahəsi 1 906 kvadratmetr, ümumi tikinti sahəsi isə 2 370 kvadratmetr təşkil edir.

Hazırda binada əsas tikinti işləri başa çatdırılıb, daxili təmir və abadlıq işləri davam etdirilir. Bildirilib ki, tikinti işlərinin tam yekunlaşdırılması və binanın istifadəyə tam təhvil verilməsi cari ilin avqust ayında nəzərdə tutulur.

Qeyd olunub ki, uşaq bağçası Həştərxan vilayətinin Azərbaycana hədiyyəsi kimi inşa edilir. Hələ 2024-cü ildə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin işğaldan azad olunmuş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikiləcəyini bəyan etmişdi.

Uşaq bağçasına rus yazıçısı Pyotr Yerşovun adı veriləcək, binanın fasadı isə yazıçının nağıllarının motivləri əsasında hazırlanmış təsvirlərlə bəzədiləcək.

Vurğulanıb ki, Həştərxan vilayəti son illər Azərbaycanın Rusiya regionları arasında ən fəal tərəfdaşlarından biri kimi çıxış edir və Qarabağda infrastrukturun bərpasına dəstək təşəbbüsü ilə çıxış edən ilk Rusiya regionu olduğunu bildirir.

Layihə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində doğma torpaqlarına qayıdan ailələr üçün müasir sosial infrastrukturun formalaşdırılmasına mühüm töhfə kimi qiymətləndirilir.

Qeyd edək ki, son illərdə Azərbaycan ilə Həştərxan vilayəti arasında ticarət-iqtisadi, nəqliyyat-logistika, təhsil, mədəniyyət və gənclər siyasəti sahələrində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Əməkdaşlığın əsas istiqamətlərindən biri də Rusiya, Azərbaycan və regionun digər ölkələrini birləşdirən “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Seneqal İraqı darmadağın edib

02:21
27 İyun

Futbol üzrə dünya çempionatı: Fransa Norveçi məğlub edib

01:44
27 İyun

Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub

22:53
26 İyun

Zelenski: Ukrayna Rusiyaya müharibənin sona çatması ilə bağlı təkliflər verib

22:17
26 İyun

Vitse-qubernator: Qarabağda uşaq bağçasının tikintisi Azərbaycanla dostluğun rəmzidir  

21:57
26 İyun

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

21:46
26 İyun

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

21:30
26 İyun

Tramp: İranın dron hücumu atəşkəs sazişinin pozulmasıdır

20:41
26 İyun

Peskov Rusiyanın ABŞ-nin gələcək vasitəçilik səylərinə açıq olduğunu bildirib  

19:37
26 İyun

Bakı AQEM Gənclər Şurasının 9-cu iclasına ev sahibliyi edib

19:17
26 İyun

Venesuelada baş verən zəlzələnin qurbanlarının sayı artır

18:26
26 İyun

Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir  

17:47
26 İyun

MDB İqtisadi Şurası 2030-cu ilədək əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

17:33
26 İyun

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub

16:57
26 İyun

Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi baş tutub

16:53
26 İyun

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib

16:34
26 İyun

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib  

16:08
26 İyun

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Silahlı Qüvvələr Günü Bərdədə hərbçilərin yürüşü ilə qeyd edilib

15:47
26 İyun

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub

15:41
26 İyun

Türkiyə hökuməti və iqtidar partiyası Azərbaycan Silahlı Qüvvələrini təbrik edib

15:28
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!