26 May 2026 19:45
125
CƏMİYYƏT
A- A+
Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır 

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır 


Doğma universitetimə səmimi minnətdarlığımı bildirirəm. Mən məhz burada təhsil almışam, həyatını bütünlüklə Xarici Dillər Universitetinə həsr etmiş anam da uzun illər burada çalışıb. Xarici Dillər Universitetinin fəxri professoru adına layiq görülmək mənim üçün böyük şərəfdir.

Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində tanınmış jurnalist, bakılı Mixail Qusman deyib.

O bildirib ki, Azərbaycan Dillər Universiteti onun həyatında xüsusi yer tutur və onun üçün əsl “Alma Mater” olaraq qalır.

“Bu universiteti fərqlənmə diplomu ilə bitirmişəm və bütün həyatım boyu onunla sıx əlaqəmi qoruyub saxlamışam. Hətta Bakıdan kənarda yaşadığım dövrlərdə də həmişə bura gəlməyə, tələbələrlə görüşməyə, seminarlarda iştirak etməyə və mühazirələrlə çıxış etməyə çalışmışam. Bu gün Elmi Şura yekdilliklə mənə fəxri professor adının verilməsi barədə qərar qəbul edəndə mən rektor Kamal Abdullaya və universitetin kollektivinə söz verdim ki, ali məktəbə yalnız formal olaraq deyil, praktik baxımdan da faydalı olmaq üçün əlimdən gələni edəcəyəm”, – deyə Mixail Qusman vurğulayıb.

Azərbaycanın beynəlxalq media məkanındakı rolu və jurnalistikanın inkişafından danışan Mixail Qusman qeyd edib ki, bu gün ölkə dünya arenasında getdikcə daha nəzərəçarpan yer tutur: “Bu, şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl və qətiyyətli siyasətinin nəticəsidir. Ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi ilə yanaşı, Azərbaycan mediasının qlobal informasiya məkanındakı rolu da artır”.

Jurnalist AZƏRTAC İnformasiya Agentliyinin fəaliyyətini xüsusi vurğulayaraq bildirib ki, agentlik uzun illərdir aparıcı beynəlxalq media birliklərinin işində fəal iştirak edir və Azərbaycanı qlobal informasiya məkanında layiqincə təmsil edir.

“Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır. Bu, bütün dünyada hörmət və rəğbətlə qarşılanır”, – deyə Mixail Qusman qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov çexiyalı həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət barədə məlumatlandırıb  

23:21
26 May

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşüb

22:58
26 May

Azərbaycan–Pakistan münasibətləri regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir  

22:15
26 May

Prezident İlham Əliyevin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib  

22:12
26 May

Zəngilanın dağlıq ərazisində köməksiz vəziyyətdə aşkarlanan cüyür balası BMQX-nin əməkdaşına təhvil verilib YENİLƏNİB

21:36
26 May

Nazir: Qeyri-neft gəlirləri artır, iqtisadi dayanıqlılıq möhkəmlənir

21:23
26 May

Sahil Babayev: Bu gün Azərbaycanın makroiqtisadi və makrofiskal sabitliyi tam qorunur  

21:12
26 May

Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub  

20:41
26 May

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb  

20:23
26 May

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyudan  

19:59
26 May

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovadan  

19:58
26 May

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən  

19:56
26 May

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçdən  

19:54
26 May

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən

19:52
26 May

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan  

19:51
26 May

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər

19:49
26 May

Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində

19:47
26 May

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır 

19:45
26 May

Riqada Müstəqillik Günü münasibətilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib

19:43
26 May

Nazir Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub  

19:40
26 May

Fərid Qayıbov Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin rəsmisi ilə inklüziv idmanın inkişafını nəzərdən keçirib

19:37
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!