26 May 2026 23:21
139
SİYASƏT
A- A+
Ceyhun Bayramov çexiyalı həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət barədə məlumatlandırıb  

Ceyhun Bayramov çexiyalı həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət barədə məlumatlandırıb  


Mayın 26-da xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin müdafiəsi və BMT-yə yönəlmiş beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasında iştirakı çərçivəsində Çex Respublikasının xarici işlər naziri Petr Maçinka ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Çex həmkarını xarici işlər naziri təyin olunması münasibətilə bir daha təbrik edib.

Görüş zamanı Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi, enerji, humanitar və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub, son regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Çexiya arasında mövcud yüksəksəviyyəli siyasi dialoqun, dövlət və hökumət, eləcə də Parlamentlər səviyyəsində nümayəndələrin qarşılıqlı səfər və təmaslarının, XİN-lərarası siyasi məsləhətləşmələrin həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əlaqələrimizin inkişafına təkan verdiyi vurğulanıb.

Cari ilin aprel ayında Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı əldə edilmiş mühüm razılaşmalardan irəli gələn məsələlər nəzərdən keçirilib.

Azərbaycan-Çexiya iqtisadi-ticarət əlaqələrinin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin daha da dayanıqlı edilməsi üçün qarşılıqlı investisiyaların artırılması, mövcud əməkdaşlıq sahələrinin şaxələndirilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Görüşdə nazir keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə bölgədə mina təhdidi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov çexiyalı həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət barədə məlumatlandırıb  

23:21
26 May

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşüb

22:58
26 May

Azərbaycan–Pakistan münasibətləri regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir  

22:15
26 May

Prezident İlham Əliyevin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib  

22:12
26 May

Zəngilanın dağlıq ərazisində köməksiz vəziyyətdə aşkarlanan cüyür balası BMQX-nin əməkdaşına təhvil verilib YENİLƏNİB

21:36
26 May

Nazir: Qeyri-neft gəlirləri artır, iqtisadi dayanıqlılıq möhkəmlənir

21:23
26 May

Sahil Babayev: Bu gün Azərbaycanın makroiqtisadi və makrofiskal sabitliyi tam qorunur  

21:12
26 May

Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub  

20:41
26 May

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb  

20:23
26 May

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyudan  

19:59
26 May

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovadan  

19:58
26 May

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən  

19:56
26 May

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçdən  

19:54
26 May

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən

19:52
26 May

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan  

19:51
26 May

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər

19:49
26 May

Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində

19:47
26 May

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır 

19:45
26 May

Riqada Müstəqillik Günü münasibətilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib

19:43
26 May

Nazir Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub  

19:40
26 May

Fərid Qayıbov Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin rəsmisi ilə inklüziv idmanın inkişafını nəzərdən keçirib

19:37
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!