16 Avqust 2025 08:05
903
SİYASƏT
A- A+
Missiyası sülh, tərəfdaşlıq və inkişafdır

Missiyası sülh, tərəfdaşlıq və inkişafdır


D.Tramp ABŞ prezidentləri sırasından tarixə bu keyfiyyətləri ilə düşəcək


Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyanın Cənubi Qafqazda ən dərin tarixi olan münaqişənin tam həlli istiqamətində atdıqları addım bir daha göstərdi ki, siyasətdə şəxsiyyət amilinin çəkisi danılmazdır. Tarix yüzlərlə böyük dövlət başçısı görüb ki, onların sınmaz və mətin iradəsi təmsil etdikləri xalqı işğaldan və təhlükələrdən xilas edib. Minlərlə sərkərdə olub ki, şəxsi cəsarət və şücaətləri hesabına böyük döyüşlərdə qələbələr qazanıb. Lakin tarix şəxsi nüfuzundan və gücündən istifadə edərək sülh və barışıq naminə tələb olunan addımı atan liderlərin adları ilə bol deyil. Çünki haradasa güzəştə getmək, yaxud öz mövqelərini qurban vermək, haradasa nüfuzunu risk altına qoyub humanist addım atmaq bəzən döyüşlər və müharibələr udmaqdan daha böyük qəhrəmanlıq tələb edir. 

ABŞ-də imzalanan sənəd göstərdi ki, Azərbaycanla Ermənistan arasında onillikləri əhatə edən münaqişəyə son vermək üçün sadəcə iradə yetərli olub. İllərdir ki, "vasitəçi" adı altında fəaliyyət göstərən beynəlxalq təşkilatlar, onların funksionerləri problemin həlli istiqamətində tələb olunan son addımı atmağa gücü və imkanı olan dövlət və siyasət adamları edə biləcəklərini, etməli olduqlarını yerinə yetirməyiblər və bununla da regiondakı qarşıdurmanın davamlı olaraq qalmasında öz şəxsi mənafe və mənfəətlərini düşünüblər. Qarabağ problemi və Ermənistanın davam edən işğalı bölgədə öz hədəflərinə nail olmaq istəyən böyük güclər üçün sadəcə vasitə olub. "Məqsəd vasitəyə haqq qazandırır" prinsipi ilə hərəkət edən güc mərkəzlərinin gerçək məramı isə sabitlik üçün problemin həlli deyil, onun həll edilməmiş qalması formuluna üstünlük vermək olub. Çünki bu yolla, yəni gərginliyin qalması ilə tərəflər problemin üzərində manipulyasiya, öz istəklərinə uyğun hərəkət etməklə hadisələrə təsir mexanizmlərini əllərində saxlamaq arzusunda olublar. 


Trampın ermənipərəst lobbistlərlə mübarizəsi


ABŞ Prezidenti Donald Tramp həm ilk hakimiyyəti illərində, həm də indi bir çox stereotipləri sındırmaq və gücdən salmaqla artıq tarixə düşüb. Tramp özündən əvvəl hakimiyyətdə olmuş bütün ABŞ liderlərindən fərqli olaraq güclü prezidentin heç bir kənar təsirdən asılı olmamasının mümkünlüyünü sübut edib. Onun siyasətə bu yanaşması təsdiqləyir ki, bir çox problemlərin həlli üçün sadəcə iradə yetərlidir. Tramp hakimiyyətləri dövründə bürökratiyanın yaratdığı süni maneələrlə, korrupsiya əməlləri və dövlətin özünü sarsıdan lobbiçiliklə mübarizə apararaq Amerika cəmiyyətinin içəridən yenilənməsi və təmizlənməsi hərəkatının önündə durub. Məhz buna görə də onun siyasi fəaliyyət şüarı "Amerikanı yenidən böyük edək"dir. Bu şüar heç də haraları isə işğal və ya talan etməklə böyüklüyə nail olmaq niyyətini ehtiva etmir. Tramp leqal və qanuni rəqabət yolu ilə güclənməni və nüfuzu yüksəltməyi nəzərdə tutur. 

ABŞ Prezidentinin daxili siyasət sahəsində atdığı addımlar bizi təbii ki, öz baxışlarımız və mənafelərimiz kontekstində maraqlandırır. Bu baxımdan onun ötən hakimiyyətinin dörd ilində və ikinci prezidentlik dövrünün yeddi ayı ərzində bir dəfə olsun belə erməni diasporu və lobbisinin hər hansı təxribatçı addımına getməməsi olduqca təqdirəlayiq haldır və müstəqillik göstəricisidir. Sirr deyil ki, ABŞ-də hakimiyyətdə olmuş prezidentlər, Senat və Konqresdə təmsil olunmuş qanunvericilər erməni avantüralarının iştirakçısı olmaqla özlərinin seçkilərdəki səsləri barədə düşünüblər. Tramp isə çox sadə yolla göstərdi və göstərməkdə davam edir ki, ABŞ-də siyasi fəaliyyət üçün "erməni səsləri"ndən asılı olmamaq da mümkündür. Yəni ABŞ-də nüfuz qazanmağın yeganə yolu heç də erməni fitnələrinin iştirakçısı olmaq yolundan keçmir. Müstəqillik gücdür, qüdrətdir və daha uzunmüddətli siyasi kapitalın toplanması üçün ən optimal davranış növüdür. İstər Trampın ABŞ-də göstərdiyi nümunə, istərsə də Azərbaycan dövlətinin xarici siyasət kursunda olduğu kimi. 

Tramp hakimiyyəti illərində bir dəfə belə olsun saxta və qərəzli erməni soyqırımı kampaniyasının iştirakçısı olmayıb. Onun hər ilin aprelində ABŞ prezidentlərinin etdikləri ənənəvi nitqində balanslı və arqumentli çıxışı bütün türk dünyası, ələlxüsus da qardaş Türkiyə və Azərbaycan cəmiyyətlərində tədqir olunub. Tramp göstərmək istəyib ki, tarixi ədavət və narazılıqları yenidən qızışdırmaqla deyil, qarşılıqlı sülh addımları atmaqla və əl sıxmaqla aşmaq olar və bu, indiki dövrdə çox lazımdır. ABŞ lideri Vaşinqtonun Ankara və Bakı ilə münasibətlərini korlayan əsas şəxslərə - ermənipərəst senator və konqresmenlərə meydan oxumaqla, ilk növbədə, dövlət mövqelərini qoruyur. Çünki bu şəxslərin əməllərinin son hədəfi yenidən seçilmək və korrupsiyaya bulaşmış siyasi fəaliyyətlərini təmin etməkdir. Bunun nəticəsində erməni diasporu hansısa dividendlər, üstünlüklər qazanır, ancaq ABŞ kimi böyük dövlət və güc mərkəzi Yaxın Şərq və Cənubi Qafqaz kimi strateji önəmi olan bölgələrdə nüfuzunu itirir. 

Bu baxımdan, Donald Trampın vasitəçiliyi ilə yekun sülh istiqamətində əldə edilmiş tarixi nəticə bir tərəfdən ABŞ-nin beynəlxalq gücünün və qətiyyətinin yüksəlməsində ciddi rol oynayır, digər tərəfdən isə bütün dünyaya nümayiş etdirir ki, dərin və bəzən həlli mümkün deyil görüntüsünə malik olan problemlərin, qanlı-qadalı münaqişələrin çözümü sadəcə qətiyyətli iradə və səmimi istəkdən asılıdır. 


Münaqişəsiz dünya naminə


Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün əldə edilməsi istiqamətində atılan addım Donald Trampın dünyadakı ilk və çox güman ki, son sülhyaradıcı addımı deyil. Tramp yeganə ABŞ lideridir ki, onun hakimiyyəti illərində təmsil etdiyi dövlət heç kimə qarşı müharibə etməyib, yaxud silahlı aqressiya göstərməyib. Onun ötən hakimiyyəti ərzində, hətta əzəli düşmən olan Şimali Koreya ilə sülhə nail olmaq və körpülər yaratmaq niyyəti unudulmayıb. Kim bilir, əgər 2020-ci ildə ABŞ-də keçirilmiş prezident seçkisində baş vermiş qanunsuzluqlar və Tramp əleyhinə aparılan qərəzli və məqsədyönlü seçki kampaniyası olmasaydı, indi şahidi olduğumuz müharibə və münaqişələr də baş verməzdi. İkinci hakimiyyətinin cəmi bir neçə ayı ərzində ABŞ Prezidenti nəinki mövcud münaqişələrin həllində mühüm rol oynayıb, o həm də mümkün və potensial müharibələrin qarşısını alıb. 

Qardaş Pakistanla Hindistan arasında, özü də ikincinin aqressiv addımları nəticəsində ortaya çıxmış münaqişənin genişmiqyaslı hərbi əməliyyatlara çevrilməsi an məsələsi idi. Hər iki dövlətin nüvə arsenalına malik olduğunu nəzərə alsaq, bunun təkcə onlar üçün deyil, bütün region və dünya üçün hansı fəsadlara səbəb ola biləcəyini düşünmək də çətindir. Alovlanan münaqişəyə kiçik bir təkan vermək lazım idi ki, bu genişmiqyaslı müharibəyə çevrilsin. Yalnız ABŞ Prezidentinin səyləri və şəxsi təşəbbüsü miqyası ölçüyəgəlməz müharibənin qarşısını almış oldu.

12 gün ərzində davam edən İsrail-İran münaqişəsində müasir silahların bəşəriyyət üçün hansı neqativ və dağıdıcı gücə malik olduğunu bütün dünya əyani şəkildə gördü. Şəhərlər bombalar altında qalır, əhali səsdən sürətli raketlərin zərbələrindən tələf olurdu. Bu müharibənin dayanması istiqamətində tarixi addımın atılması missiyasını və cəsarətini yenə də Tramp öz üzərinə götürdü.

Buna qədər ABŞ lideri Afrika qitəsində insan canları almaqda davam edən Afrika ölkələri olan Konqo-Ruanda münaqişəsinə son vermişdi və iqtisadi əməkdaşlıq barədə prinsip razılaşması imzalanmışdır. Sonra qəflətən Kamboca ilə Tailand arasında meydana çıxan hərbi toqquşmalar və genişmiqyaslı müharibənin əlamətlərini göstərməyə başlamış münaqişə Trampın qətiyyətli vasitəçiliyi ilə səngidi və artıq tərəflər sülh istiqamətində müştərək addımlar atırlar.  

Əlbəttə, Trampın qarşısında duran ən miqyaslı xarici siyasət problemi Rusiyanın Ukraynanın ərazilərinin işğalının və hərbi əməliyyatların dayandırılmasıdır. Onun ikinci hakimiyyətinin ilk günündən üzərində çalışdığı ən böyük beynəlxalq əhəmiyyətli məsələ budur. Ancaq problemin qlobal xarakter daşıması, onun həllində və yaxud həll edilməməsində bir çox tərəflərin maraqlı olmaları, son çözüm anının vaxt aparmasına səbəb olur. Trampın səmimi addımları və inadkarlığı burada da öz sözünü deyir və yaxın gələcək bu missiyanın da nə ilə başa çatacağını göstərəcək.


Nobel Sülh mükafatına layiq lider

 

Azərbaycanla Ermənistan arasında Vaşinqtonda yekun sülh istiqamətində atılan addım Trampın ən böyük xarici siyasət uğurlarından biridir. Ən azı o baxımdan ki, tərəflər arasındakı gərginliyin onilləri əhatə edən tarixi mövcuddur. Məhz tarix amili Trampın bu missiyasının dünya ictimaiyyəti tərəfindən tələb olunan və arzu edilən miqyasda qiymətləndirilməsini zəmanənin tələbinə çevirir. Azərbaycan Prezidenti İlham Əliyevin Donald Trampın namizədliyinin Nobel Sülh mükafatına irəli sürülməsi təşəbbüsünün qayəsində məhz bu məntiq durur. Çünki hər bir münaqişənin həlli ilə isti-isti məşğul olanda səmərə verir: yuxarıda üzərinə gəldiyimiz münaqişələrdə olduğu kimi. Ermənistan-Azərbaycan qarşıdurması isə müasir dünyanın ən köklü və dərin tarixə malik olan münaqişəsidir. Bu məntiqlə, Trampın bu sülh missiyası Nobel mükafatı tərəfindən dəyərləndirilməyə layiq parlaq nümunədir. Azərbaycan Prezidentinin Ağ Evdə mətbuata verdiyi bəyanatda məhz bu məqamlara toxunması təsadüfi deyil: "Üç onillikdən artıq müharibədə olmuş ölkələrin rəhbərlərinin burada tarixi imza atmaları həqiqətən böyük əhəmiyyət kəsb edir. Bu, Prezident Trampın rəhbərlik səylərinin nəzərəçarpan nəticəsidir. Heç kəs buna nail ola bilməyib. 1990-cı illərin əvvəlindən burada çox prezidentlər olub, Minsk qrupu olub. Yeri gəlmişkən, 1992-ci ildə fəaliyyətə başlamış həmin qrupa bu gün biz erməni həmkarımla son qoyuruq. ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlar üç onillikdən çox çəkdi və heç bir nəticə vermədi.

Bəs əgər Nobel Sülh Mükafatı Prezident Trampa verilməsə, kimə verilməlidir? Mən heç bir iş görməmiş, lakin mükafat almış şəxslərlə bağlı Nobel Sülh mükafatının çox müəmmalı qərarlarının tarixinə varmaq istəməzdim. Lakin Prezident Tramp altı ay ərzində möcüzə yaratdı. Bir sözlə, düşünürəm ki, erməni həmkarım da dəstəkləyəcək. Auditoriyanın reaksiyasından hesab edirəm ki, biz qayıdan kimi birgə məktubun hazırlanması üzərində razılığa gələcəyik".

Azərbaycan liderinin həmin çıxışında tarix amilini xüsusi vurğulaması onu göstərir ki, ən azı son 30 il ərzində bu gün Trampın öz üzərinə götürdüyü məsuliyyət və nümayiş etdirdiyi iradəni ondan əvvəlki heç bir amerikalı prezident, o cümlədən problemin həllinə təsir etmək imkanı olan digər dünya liderləri etməyiblər. Məhz buna görə də bu addım həm dünya tarixinə yazılacaq, həm də iki xalqın yaddaşına həkk olunacaq: "Azərbaycan və Ermənistan Sovet İttifaqının süqutu nəticəsində eyni vaxtda müstəqillik əldə edib. Ancaq artıq o vaxt biz müharibə şəraitində idik. Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik. Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq". 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!