25 Noyabr 2017 09:11
194
CƏMİYYƏT
A- A+
Mili Qəhrəman Çingiz Qurbanov igidliyi ilə Azərbaycanın şanlı döyüş salnaməsinə yeni səhifə yazıb

Mili Qəhrəman Çingiz Qurbanov igidliyi ilə Azərbaycanın şanlı döyüş salnaməsinə yeni səhifə yazıb

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Çingiz Qurbanovun doğum günü münasibətilə Qusar şəhərində anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, şəhidin ailə üzvləri, eləcə də Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərək, qəhrəmanın məzarı üzərinə Müdafiə Nazirliyi adından əklil qoyub və qərənfillər düzüblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, anım mərasimində Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan söhbət açıb. Şəhid əsgərin xidmətlərinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, adının əbədiləşdirildiyini, xatirəsinin əziz tutulduğunu, Silahlı Qüvvələr tarixində ilk olaraq müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə Çingizin adının xidmət etdiyi döyüş mövqeyinə verildiyini və şəxsi heyətin daimi siyahısına salındığını qeyd edib.

Abdulla Qurbani Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2017-ci il fevralın 9-da Mili Qəhrəmanın ailə üzvləri ilə görüşdə dediyi fikirləri mərasim iştirakçılarının diqqətinə çatdırıb: “Əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır.

Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir”.

Polkovnik Münasib Babayev Milli Qəhrəman Çingiz Qurbanovun öz igidliyi ilə Azərbaycanın şanlı döyüş salnaməsinə yeni səhifə yazdığını, hər bir hərbi qulluqçu üçün örnək olduğunu vurğulayıb. O qürur hissi ilə deyib ki, hazırda ordumuzun sıralarında Çingiz kimi yüzlərlə, minlərlə igid oğullar var və onlar ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün Ali Baş Komandanın əmrlərinə hər an hazırdırlar.

Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev bildirib ki, ordu sıralarına fiziki və mənəvi cəhətdən sağlam gənclərin hazırlanması, ordu ilə xalqın birliyinin daha da möhkəmləndirilməsi məsələləri Qusar rayonunda da prioritetdir. Bu məqsədlə Müdafiə Nazirliyi ilə birgə keçirilən kütləvi vətənpərvərlik tədbirləri mühüm əhəmiyyət kəsb edir.

Şəhidin atası Salman Qurbanov çıxış edərək deyib: “Dekabrın 29-da oğlumun həlak olduğu vaxtdan düz bir il ötəcək. Ancaq bu müddət ərzində dövlətimizin başçısından, Müdafiə Nazirliyinin rəhbərliyindən, eləcə də qədirbilən, xeyirxah xalqımızdan yüksək diqqət və qayğı görmüşük. Digər oğlum da, mən də Ali Baş Komandanın əmri ilə silah götürüb döyüşə yollanmağa hər an hazırıq. Təki Vətən sağ olsun!”.

Mərasim Milli Qəhrəmanın xatirə lövhəsinin vurulduğu küçədə davam etdirilib. Tədbir iştirakçıları şəhidin barelyefi qarşısına qərənfillər düzüblər. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qusarlıların əvəzsiz xidmətləri barədə sözləri xatırlanıb.

Abdulla Qurbani xalqımızın Ümummilli Liderinin Qusar ictimaiyyətinin nümayəndələri ilə görüşündən, general-mayor Mahmud Əbilovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamından, görkəmli sərkərdənin vətənində abidəsinin ucaldılmasındakı unudulmaz xidmətlərindən danışıb.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon şöbəsinin sədri Canəli Hörmətov qusarlıların bütün zamanlarda Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq olduqlarını vurğulayıb. Rayon gənclərinin hazırda Silahlı Qüvvələrin bütün qoşun növlərində təmsil olunduqlarını, Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini iftixarla qeyd edib. Şəhid ailələrinə, müharibədə sağlamlığını itirənlərə, veteranlara dövlət qayğısından minnətdarlıqla danışıb.

“Gözləyirik ki, Qarabağ müharibəsinin ikinci mərhələsi başlasın, aprel döyüşləri təkrarlansın. Onda görəcəksiniz ki, Qusarda hələ nə qədər Çingiz kimi oğullar var” – deyə C.Hörmətov bildirib.

Zabit Münasib Babayev, şəhidin qardaşı Beydulla Qurbanov çıxış ediblər.

Sonda şəhidin anası Nailə xanım əsgərlərə müraciətlə deyib: “Sizin hər biriniz mənim nəzərimdə Çingizsiniz. Mən sizin simanızda Çingizi görürəm və inanıram ki, Çingizimin və digər şəhidlərimizin intiqamını siz alacaqsınız. Müdrik və qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi ilə qələbə bayrağımızı tezliklə işğal altındakı Şuşada, Xankəndidə və digər torpaqlarımızda dalğalandıracaqsınız”.

Tədbir iştirakçılarına Müdafiə Nazirliyinin nəşri olan A.Qurbaninin “Çingiz dastanı” kitabı hədiyyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ texnologiya sektorunda yeni mərhələ

18:45
08 May

McDonald’s Çində fəaliyyətini genişləndirir

18:34
08 May

 Ekransız “Fitbit Air” cihazı təqdim edilib

18:29
08 May

Trampdan Avropa İttifaqına ticarət ultimatumu

18:19
08 May

2100-cü ilə qədər on minlərlə bitki növü yox ola bilər  

18:15
08 May

Yaponiya milli kəşfiyyatı mərkəzləşdirir

18:07
08 May

Yuxu və yemək arasında gizli əlaqə aşkarlandı

17:59
08 May

İsveçdə uşaq cinayətkarlığına qarşı elektron nəzarət   

17:51
08 May

ABŞ-də alimentlə bağlı yeni qayda

17:46
08 May

 Sahibkarlığın inkişafına dəstək 

17:40
08 May

Rusiya 9 may paradı üçün xarici jurnalistlərin akkreditasiyalarını ləğv edib

17:39
08 May

Türkiyə Prezidenti: “SAHA Expo 2026”-da 8 milyard dollarlıq ticarət həcminə nail olunub  

17:33
08 May

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

17:22
08 May

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob 

17:03
08 May

Myanmada 2,2 kiloqram ağırlığında yaqut tapılıb

16:53
08 May

“Qarabağ”ın futbolçusuna 8, məşqçisinə 6 oyunluq cəza verilib

16:41
08 May

Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələr investorlar üçün əlverişli biznes mühiti formalaşdırır  

16:38
08 May

Şabranda vətəndaşların müraciətləri dinlənilib

16:27
08 May

BƏƏ Müdafiə Nazirliyi: İranın raket və dron hücumları nəticəsində üç nəfər yaralanıb

16:26
08 May

Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

16:21
08 May

Türkiyə Müdafiə Nazirliyi “EFES-2026” təlimlərindən yeni kadrları təqdim edib 

16:11
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!