08 May 2026 15:11
136
CƏMİYYƏT
A- A+
Jitomirdə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bilbordlar quraşdırılıb 

Jitomirdə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bilbordlar quraşdırılıb 


Ukraynanın Jitomir şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şəhər işıqları lövhələri və reklam bilbordları quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, təşəbbüs hər il görkəmli dövlət xadiminə həsr olunmuş informasiya kampaniyaları, sərgilər, xatirə tədbirləri və mədəni layihələr təşkil edən Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin (UAK) sədri İlqar Məmmədovun dəstəyi ilə həyata keçirilib.

UAK sədri AZƏRTAC-a bildirib ki, bu cür təşəbbüslər artıq yaxşı ənənəyə çevrilib və tarixi yaddaşın qorunmasına, mədəniyyətlərarası dialoqun inkişafına, Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə yönəlib.

O əlavə edib: “Jitomirdə quraşdırılmış reklam bilbordları sakinləri və qonaqları müasir Azərbaycanın inkişafında, ölkənin dövlətçiliyinin və beynəlxalq nüfuzunun möhkəmlənməsində həlledici rol oynamış Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri ilə tanış edir. İlqar Məmmədov vurğulayıb: “Onun siyasi liderliyi sayəsində Azərbaycanın sabit inkişafı, iqtisadi artımı və müstəqil xarici siyasətinin təməli qoyulub”.

Onun sözlərinə görə, təşəbbüs təkcə xatirə deyil, həm də məlumatverici və maarifləndirici xarakterə malikdir. Məqsəd Ukrayna cəmiyyətini Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri, dövlətçiliyin inkişafına verdiyi töhfələr barədə məlumatlandırmaq, həmçinin iki ölkənin xalqları arasında uzunmüddətli dostluğu vurğulamaqdır.

Reklam qurğuları Jitomirin hər gün minlərlə insanın keçdiyi izdihamlı ərazilərində yerləşir. UAK Azərbaycan tarixində xüsusi yeri olan və xalqımız tərəfindən dərin hörmətlə anılan Ulu Öndər haqqında daha geniş auditoriyaya məlumat verməyi nəzərdə tutur.

Bilbordlar və lövhələr şəhərin mərkəzi hissəsində - Nebesna Sotnı, İvana Koçerqi və Velika Berdiçevska küçələrində, Jitomir Şəhər Şurasının, Jitomir Vilayət Dövlət Administrasiyasının, Ukrayna Mədəniyyət Evinin, Mərkəzi parkın, məktəblərin və yaradıcılıq mərkəzlərinin yaxınlığında quraşdırılıb. Bu yer gənclərdən yaşlılara qədər - daha çox şəhər sakininin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bilbord və işıq lövhələrini görməsi üçün seçilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Robot rahib təqdim olunub

18:53
08 May

Cənub-Şərqi Asiya üçün 70 milyard dollarlıq yeni inkişaf planı

18:51
08 May

ABŞ texnologiya sektorunda yeni mərhələ

18:45
08 May

McDonald’s Çində fəaliyyətini genişləndirir

18:34
08 May

 Ekransız “Fitbit Air” cihazı təqdim edilib

18:29
08 May

Trampdan Avropa İttifaqına ticarət ultimatumu

18:19
08 May

2100-cü ilə qədər on minlərlə bitki növü yox ola bilər  

18:15
08 May

Yaponiya milli kəşfiyyatı mərkəzləşdirir

18:07
08 May

Yuxu və yemək arasında gizli əlaqə aşkarlandı

17:59
08 May

İsveçdə uşaq cinayətkarlığına qarşı elektron nəzarət   

17:51
08 May

ABŞ-də alimentlə bağlı yeni qayda

17:46
08 May

 Sahibkarlığın inkişafına dəstək 

17:40
08 May

Rusiya 9 may paradı üçün xarici jurnalistlərin akkreditasiyalarını ləğv edib

17:39
08 May

Türkiyə Prezidenti: “SAHA Expo 2026”-da 8 milyard dollarlıq ticarət həcminə nail olunub  

17:33
08 May

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

17:22
08 May

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob 

17:03
08 May

Myanmada 2,2 kiloqram ağırlığında yaqut tapılıb

16:53
08 May

“Qarabağ”ın futbolçusuna 8, məşqçisinə 6 oyunluq cəza verilib

16:41
08 May

Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələr investorlar üçün əlverişli biznes mühiti formalaşdırır  

16:38
08 May

Şabranda vətəndaşların müraciətləri dinlənilib

16:27
08 May

BƏƏ Müdafiə Nazirliyi: İranın raket və dron hücumları nəticəsində üç nəfər yaralanıb

16:26
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!