01 İyun 2018 01:06
376
İQTİSADİYYAT
A- A+
Meyvəçiliyə maraq artır

Meyvəçiliyə maraq artır

 

Satış və emal problemi olmasa, bu sahədən daha çox gəlir götürmək mümkündür

 

Ölkəmizdə meyvə istehsalında hər il yüksək göstəricilər qazanan rayonlardan biri  Samuxdur. Rayon fermerləri hər il xarici ölkələrə min tonlarla meyvə ixrac edirlər.

Hazırda rayonda tumlu, qərzəkli, çəyirdəkli, quru subtropik və s. meyvə növləri yetişdirilir. Meyvə ağacları əsasən əhalinin həyətyanı sahələrindədir. Lakin son illər iqtisadi cəhətdən səmərəli olan meyvəçilik əhalinin pay torpaqlarında salınan bağlar hesabına da genişləndirilir.

Samux meyvələri yüksək keyfiyyətə malikdir. Bu meyvələr qidalılıq və sağlamlıq cəhətdən çox fərqlənir. Üstəlik, onların zahiri görünüşü də cəlbedicidir. 

Bu gün Samuxda mövcud olan 21247 hektar əkin sahəsinin 1515,2 hektarı meyvə, 1058,6 hektari üzüm bağlarıdır. Keçən il 43,5 hektarda yeni meyvə bağları salınmışdır. Bar verən bağlarda 22 növ, o cümlədən alma, armud, heyva, şaftalı, ərik, gilas, albalı, gavalı, alça, qoz, fındıq, badam, nar, xurma, əncir, zoğal, əzgil, feyxoa, limon, zeytun, iydə və digər meyvələr yetişdirilir. Təkcə keçən il bağlardan 174 min tondan artıq meyvə toplanmışdır ki, bu da əvvəlki ildəkindən 1107,1 ton çoxdur. Cari ildə də Samux bağlarında bol məhsul yetişdirilib.

Son illər rayon fermerləri yeni meyvə bağları salarkən mütərəqqi üsullara və iqtisadi cəhətdən daha səmərəli olan ağacların, xüsusilə  dünyada geniş şəkildə istifadə edilən bəstəboy meyvə ağaclarının əkilməsinə daha çox üstünlük verirlər. Əvvəla, həmin ağaclar erkən yaşından bar verməyə başlayır, ikincisi, belə ağaclarda budama, dərmanlama əməliyyatları asan olmaqla yanaşı, ucuz başa gəlir. Xəstəlik və ziyanvericilərə qarşı mübarizə daha effektli olur, xərclər azalır. Hündür ağacların isə 20 yaşından sonra məhsuldarlığı aşağı düşməyə başlayır. Meyvənin keyfiyyəti də ilk illərdə olduğu kimi olmur. Bundan başqa, hündür ağacların meyvələrinin günəş şüasını normal ala bilməməsi səbəbindən rəng və keyfiyyəti aşağı düşür, bazar dəyərini itirir.

Məlum olduğu kimi, xurma dietik və müalicəvi əhəmiyyətə malikdir. Tibdə xurmadan hipertoniya və ateroskleroz, qalxanabənzər vəzilərin müalicəsində və triotoksikoz xəstəliyi zamanı istifadə edilir. Bütün bu üstünlüklərini nəzərə alan və alıcılıq qabiliyyəti yüksək olan xurmanın rayonda istehsalını artırmaq məqsədilə hər il tədbirlər həyata keçirilir. Becərilmə texnologiyası nisbətən asan, xəstəlik və ziyanvericiləri az, böyümə və inkişafı üçün yüksək qulluq tələb etməyən bu bitki yüksək məhsuldar olduğundan təsərrüfatın rentabelli işləməsini də təmin edir. Bunun nəticəsidir ki, təkcə keçən il rayonda 8577,8 ton xurma istehsal edilmişdir.

Samux Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Rahil Həsənov deyir ki, rayonda meyvəçiliyin inkişafı satış problemini üzə çıxarıb: “Meyvə yığıldıqdan sonra müxtəlif texnologiyalarla emal edilməli, müəyyən müddət soyuducu anbarlarda saxlanılmalı, ya da dərhal istehlaka göndərilməlidir. Tez xarab olan meyvələri istehlakçıya istədiyi təravətdə və zamanında təqdim etmək çox vacibdir. Lakin rayonda meyvə emalı ilə məşğul olan sənaye müəssisələri olmadığından əhali yetişdirdiyi meyvələri alverçilərə ucuz qiymətə satmağa məcbur olur. Bəzi hallarda isə meyvələr satış olmadığına və ya az gəlir gətirdiyinə görə sahələrdə qalıb xarab olur. Yaxşı olardı ki, rayonda istehsal olunan meyvələrin emalı üzrə yeni müəssisələr yaradılsın”.

Meyvəçiliyin inkişafı suvarmadan da çox asılıdır. Demək olar ki, rayonda su sarıdan çətinlik yaşanmır. Şəmkirçay Su Anbarından çəkilmiş kanalın rayon ərazisindən keçməsi bu problemi demək olar ki, həll etmişdir. İndi nəinki rayonun meyvə bağları, eləcə də digər əkin sahələrində də su qıtlığı hiss olunmur.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

16:33
11 May

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

15:41
11 May

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

15:31
11 May

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

15:09
11 May

"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsinin qalibi mükafatlandırılıb

14:57
11 May

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsinin qalibi bəlli olub

14:46
11 May

Zərifə Əliyeva adına uşaq bağçasında Ulu Öndərin xatirəsinə həsr olunmuş rəsm sərgisi - FOTOLAR

14:29
11 May

Almaniya və Ukrayna yeni silah sistemlərinin birgə istehsalını planlaşdırır

14:04
11 May

Sabah Bakıda 29 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

13:36
11 May

ÜST: Hantavirus epidemiyası riski çox azdır

13:19
11 May

Azərbaycan Kubokunda son 10 mövsümün rekordu qeydə alınıb

12:57
11 May

Rumıniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb  

12:38
11 May

BMT ekspertləri Yaxın Şərqdə nüvə enerjisinin riskləri barədə qənaətlərini bölüşüblər

12:18
11 May

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsi start götürüb

11:30
11 May

WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq  

11:16
11 May

Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

11:01
11 May

DİN: Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

10:33
11 May

WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

10:05
11 May

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib 

09:31
11 May

Donald Trampın Çinə səfərinin tarixləri açıqlanıb  

09:10
11 May

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb  

22:25
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!