15 İyul 2026 13:29
108
İQTİSADİYYAT
A- A+
Mərkəzi Bank bu gündən yenilənmiş 100 manatlıq pul nişanını tədavülə buraxıb

Mərkəzi Bank bu gündən yenilənmiş 100 manatlıq pul nişanını tədavülə buraxıb

Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını iyulun 15-dən tədavülə buraxıb.

AZƏRTAC xəbər verir ki, “İqtisadiyyat və inkişaf” mövzusuna həsr olunan 100 manatlıq pul nişanının mühafizə sistemi və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və sair tətbiq olunub.

Yenilənmiş 100 manatın üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzası əks olunub və imza ön tərəfdə sol yuxarı küncdə yerləşir.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) prosesləri aparılıb. Yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “orta güc”ə çevrilməsinin əsas meyarları

14:15
15 İyul

Hörmüzdən yan keçməklə neftin nəqli üçün alternativ yollar axtarılır

13:51
15 İyul

OPEC+ əməkdaşlığının gələcək inkişaf perspektivləri dəyərləndirilib

13:47
15 İyul

Mərkəzi Bank bu gündən yenilənmiş 100 manatlıq pul nişanını tədavülə buraxıb

13:29
15 İyul

Birol Akgün: Azərbaycan 15 iyulda qardaşlığını və həmrəyliyini bir daha nümayiş etdirdi

13:17
15 İyul

Slovakiyalı nazir: Azərbaycanın regionumuzun enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk  

13:01
15 İyul

İlin birinci yarısında Azərbaycandan Ermənistana ixrac edilən məhsulların dəyəri açıqlanıb  

12:49
15 İyul

İqtisadiyyat naziri: Slovakiya şirkətlərinin azad edilmiş ərazilərimizin bərpasına töhfə verməkdə güclü maraq göstərməsi sevindiricidir  

12:47
15 İyul

Bakıda Azərbaycan-Slovakiya biznes-forumu işə başlayıb

12:41
15 İyul

Nazir: Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır  

12:36
15 İyul

Azərbaycan-Slovakiya siyasi əlaqələri yüksək səviyyədədir   

12:29
15 İyul

Şuşadan səslənən mesajlar Azərbaycanın qlobal təsir imkanlarını bir daha nümayiş etdirdi.

12:21
15 İyul

Mikayıl Cabbarov: Azərbaycanla Slovakiyanın əməkdaşlığının inkişafı üçün daha böyük potensial mövcuddur  

12:13
15 İyul

Türkiyənin Baş konsulu: 15 İyul dövlət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində yazılan qəhrəmanlıq salnaməsidir  

12:09
15 İyul

Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

12:07
15 İyul

Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” əməkdaşlıq memorandumu imzalayıb  

11:53
15 İyul

Bakıda 15 İyul şəhidləri anılıb

11:47
15 İyul

Deşamın gedişindən sonra Zidan Fransa millisinə baş məşqçi təyin olunacaq 

11:30
15 İyul

Slovakiya Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

11:13
15 İyul

Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub

11:07
15 İyul

Rusiya ordusu Odessaya raket zərbəsi endirib: ölənlər və yaralananlar var  

10:58
15 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!