09 Sentyabr 2025 08:55
400
İQTİSADİYYAT
A- A+
Masallıda abadlıq və səliqə-sahman həmişə diqqətdədir

Masallıda abadlıq və səliqə-sahman həmişə diqqətdədir


Rayonda əhalinin sosial rifahının yüksəldilməsi və infrastrukturun müasirləşdirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 

Xüsusilə ərazilərdə əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılması istiqamətində təmir-bərpa, abadlıq, elektrik, qaz, su xətlərində təmir və yenidənqurma işləri aparılmışdır. Əkin sahələrinin suvarılmasından ötrü su kanallarının təmizlənməsi və bərpası işləri görülmüşdür. Aztəminatlı ailələrə və yardıma ehtiyacı olan şəxslərə maddi yardım göstərilmişdir.

Belə ki, Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Banbaşı ərazisində 700 metr, Xıl kəndində 260 metr,  Köhnə Alvadı kəndində 230 metr, Həsənli ərazisində 230 metr,  Təklə ərazisində 100 metr və Yeyənkənd ərazisində 100 metr məsafədə suaparıcı kanal təmizlənmişdir. Türkoba ərazisinin Şatıtoba kəndində bələdiyyə tərəfindən 100 metr məsafədə suaparıcı kanal təmizlənmiş və 1 ədəd boru qoyulmuşdur. Bədəlan ərazisinin Çayqıraq kəndində asfalt örtüyünün döşənməsi ilə əlaqədar yolun kənarından keçən 5,3 kilometr məsafədə suötürücü kanal təmizlənmiş və kəndin əsas suaparıcı kanalının keçidinə 2 ədəd 800 millimetrlik boru qoyulmuşdur.

Masallı Elektrik Şəbəkəsi tərəfindən Köhnə Alvadı kəndində yeni  transformator quraşdırılmış, Qarğalıq kəndində Şəhidlər abidə-kompleksinin qarşısında yerləşən elektrik dirəyinin yeri dəyişdirilmiş, Hişkədərə ərazisində elektrik xətlərinə maneə yaradan ağaclar budanmışdır.

Birinci Səmədxanlı kəndində 1,3 kilometr, Xırmandalı kəndində 250 metr  və Güllütəpə ərazisinin Yeni Zuvand kəndində 400 metr məsafədə kənddaxili yola çınqıl döşənmişdir. Miyanku, Yeddioymaq, Musakücə, Viləş, Qızıl-ağac, Çaxırlı, Sığdaş, Türkoba və Həsənli ərazilərində dövlət bayraqları yenisi ilə əvəz olunmuşdur.

Ərkivan qəsəbəsində aztəminatlı ailənin yanan fərdi yaşayış evinin təmiri üçün xeyriyyəçilər tərəfindən 28 min manat, Yeyənkənd kənd tam orta məktəbinin idman zalının təmirinə 2 min 300 manat maddi yardım göstərilmiş və bir aztəminatlı tələbəyə maddi yardım olunmuş, Masallı şəhər ərazisində 6 nəfər şagird üçün məktəbli forması, çanta və məktəbli ləvazimatlarının alınmasından ötrü pul vəsaiti ayrılmış, Hişkədərə ərazisində aztəminatlı ailənin kommunal borcu ödənilmiş, Təzə Alvadı ərazisində 360 metr və Xırmandalı ərazisində 200 metr məsafədə gecə işıqlandırma sistemi quraşdırılmış, Qızılağac ərazisində futbol meydançası qreyderlə hamarlanmış və artezian quyusu qazılmış, Qarğalıq ərazisində Şəhriyar kəndinə gedən yola istiqamətləndirici lövhə quraşdırılmış, Xırmandalı ərazi nümayəndəliyinin inzibati binasının 40 kvadratmetr dam örtüyü yenisi ilə əvəz olunmuş, Təklə ərazisinin Sığıncaq kəndində məscidin həyətində təmir işləri aparılmış, Qəriblər kəndində mərasim evinin həyətində su quyusu qazılmış, Həsənli ərazisinin Təkdam kəndində mərasim evinin  fasad hissəsi təmir olunmuş və rənglənmiş, Böyük Kolatan ərazisində olan kəndlərin girişinə yeni istiqamətləndirici lövhələri quraşdırılmış, Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində körpü təmir edilmiş, Türkoba ərazisinin Şatıroba kəndində 100 ədəd və Təzəkənd ərazisində 10 ədəd zibil qutusu kənddaxili küçələrə yerləşdirilmişdir. Ərkivan qəsəbəsində futbol stadionunun təmirinə, Qodman kəndinin giriş qapısının tikintisinə və Mahmudavar kəndində idman meydançasının tikintisinə başlanılmışdır. 


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!