18 Fevral 2026 15:34
480
SİYASƏT
A- A+
Maksim Şevçenko: Vardanyan barəsində çıxarılan məhkəmə hökmü münaqişə tərəfdarlarına verilən siqnaldır  

Maksim Şevçenko: Vardanyan barəsində çıxarılan məhkəmə hökmü münaqişə tərəfdarlarına verilən siqnaldır  


Rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Ruben Vardanyan barəsində Bakıda çıxarılan hökmü şərh edərək bildirib ki, bu, onun siyasi hərəkətlərinin məntiqi nəticəsidir.

AZƏRTAC xəbər verir ki, Şevçenko “Vestnik Kavkaza” proqramının efirindəki çıxışında Ermənistanın Dilican şəhərində anadan olan və Qarabağla birbaşa əlaqəsi olmayan Vardanyanın uzun illərdir münaqişənin həllinə və region xalqları arasında etimadı bərpa etməyə yönəlmiş proseslərdən kənarda qaldığını qeyd edib. “O, heç vaxt öz imkanlarından ədaləti bərpa etmək, insanlara köməklik göstərmək və ya ermənilər ilə azərbaycanlılar arasında dinc münasibətlər qurmaq üçün istifadə etməyib”, - deyə jurnalist bildirib.

Şevçenkonun sözlərinə görə, keçmiş iş adamı Qarabağa eskalasiya dövründə gəlib və sərt siyasi mövqe tutub, yəni, faktiki olaraq qarşıdurma xəttini dəstəkləyib. O, həmçinin bildirib ki, Vardanyan özünün beynəlxalq statusuna və siyasi təsirinə güvənir, bunun onun toxunulmazlığını təmin edəcəyinə inanırdı. Ekspert qeyd edib: “Vardanyanın düşüncəsinə görə, milyarder və oliqarx statusu o deməkdir ki, ona heç kim toxunmayacaq, amma bunun belə olmadığı məlum oldu”.

Şevçenkonun sözlərinə görə, Vardanyanın Qarabağ hadisələrində iştirakı daxili siyasi ambisiyalarla daha çox bağlıdır. “Bu, onun üçün Ermənistana milli qəhrəman kimi qayıtmaq və hakimiyyət uğrunda mübarizə aparmaq istiqamətində atılan bir addım idi”, - deyə jurnalist bildirib.

Məhkəmə qərarını şərh edən jurnalist çıxarılan hökmün “münaqişənin dinc yolla həllindən daha çox, onun davam etməsinə səy göstərənlər üçün bir siqnal” olduğunu qeyd edib. O, həmçinin əlavə edib ki, regionda davamlı sülh yalnız eskalasiya və revanşizm siyasətindən imtina etməklə mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təxliyə davam edir: Gün ərzində 46 vətəndaşın təhlükəsiz keçidi təmin edilib

20:35
08 Mart

Xarici diplomatların təxliyəsi davam edir

19:36
08 Mart

Macarıstanın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunub 

19:09
08 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:41
08 Mart

Almaniya XİN İranın Naxçıvana dron hücumunu kəskin şəkildə pisləyib

18:19
08 Mart

Tom Berendsen Niderland vətəndaşlarının operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib

17:55
08 Mart

Nazir Nadejda Neynski İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib

17:49
08 Mart

Ceyhun Bayramovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri arasında telefon danışığı olub

17:45
08 Mart

Misli Premyer Liqası: Şamaxıda qalib müəyyənləşməyib

17:15
08 Mart

Livanda 450 mindən çox insan daxili köçkünə çevrilib 

16:47
08 Mart

Türkiyə ordusunun qadın zabitləri Atatürkün xatirəsini yad ediblər

16:39
08 Mart

Azərbaycanın həyata keçirdiyi təxliyə tədbirləri İordaniya mediasında

16:23
08 Mart

Naxçıvanla İğdır arasında sərnişindaşıma üçün xüsusi avtobuslar ayrılıb  

15:57
08 Mart

Türkiyənin müdafiə və xarici işlər nazirləri İran ətrafında vəziyyətlə bağlı parlamentə məlumat verəcəklər

14:09
08 Mart

Pakistan Senatının sədri Azərbaycana dron hücumlarından narahatlığını ifadə edib

13:35
08 Mart

Təxliyə davam edir: Qazaxıstan diplomatları və Rusiya vətəndaşları təxliyə olunub

13:24
08 Mart

Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm rol oynayırlar

13:23
08 Mart

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı proqnozlaşdırılır

13:07
08 Mart

Azərbaycanın uğurlarında qadınlarımızın böyük rolu var

12:59
08 Mart

İrandan növbəti təxliyə: Alman və ispan diplomatik nümayəndələri Azərbaycana təxliyə olunub

11:07
08 Mart

Azərbaycan qadınları güclü dövlətimizin zərif siması və qüdrətin simvoludur

10:57
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!