14 Noyabr 2025 11:36
350
CƏMİYYƏT
A- A+
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub  

Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub  


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 13-də Mingəçevirə səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhid qardaşlar Əhmədovların ailəsini ziyarət edib. O, şəhidlərin xatirəsini ehtiramla yad edib, anası Sevinc Əhmədova ilə söhbət edib, qəhrəman oğullarının həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıb.

Əli və İslam Əhmədov qardaşları Vətən müharibəsi zamanı eyni gündə şəhid olublar. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Əli Əhmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları, İslam Əhmədov isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Daha sonra Leyla Əliyeva Mingəçevir şəhərində yerləşən yaşlılar üçün “Yaşa” mərkəzinə gəlib. Mərkəzdə pensiya yaşında olan şəxslər müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olur, onlar üçün mütəmadi olaraq maarifləndirici və mədəni tədbirlər təşkil edilir. Leyla Əliyeva yaşlılarla səmimi söhbət edib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və Mərkəzin gələcək fəaliyyət planları barədə məlumat alıb.

Səfər çərçivəsində Leyla Əliyeva Mingəçevir Uşaq Nevroloji Sanatoriyasını ziyarət edib. Sanatoriyada daimi əsasda 20-yə yaxın uşaq müalicə və reabilitasiya alır. Müəssisədə yaradılan şərait, tibbi xidmətin təşkili, uşaqlar üçün reabilitasiya proqramları haqqında ətraflı məlumat verilib. Leyla Əliyeva balaca pasiyentlərlə maraqlanıb, həkim və tibb personalı ilə söhbət edərək onların fəaliyyətinə uğurlar arzulayıb. Leyla Əliyeva tərəfindən Uşaq Nevroloji Sanatoriyasına ayaq və əl reabilitasiyası üçün müxtəlif avadanlıqlar, o cümlədən robotik reabilitasiya əlcəkləri, həmçinin müxtəlif terapiya cihazları hədiyyə olunub.

Daha sonra Leyla Əliyeva Mingəçevirdə Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində olub. Məktəbdə tar, kamança, qarmon və digər siniflər üzrə tədrislə tanış olan Leyla Əliyevaya təhsil ocağının şagirdlərinin müxtəlif yerli və beynəlxalq müsabiqələrdə uğurla iştirakı barədə məlumat verilib. Bildirilib ki, 70-dən çox yaşı olan musiqi məktəbində fortepiano, violin, tar, qarmon, kamança, nağara və xanəndəlik ixtisasları tədris edilir. Mədəniyyət Nazirliyinin nəzdindəki tədris ocağı 2011-ci ildən onbirillik musiqi məktəbi kimi fəaliyyətini davam etdirir. Hazırda məktəbdə 600-dən çox şagird təhsil alır. Leyla Əliyeva tərəfindən 30-dan çox zəruri musiqi aləti - tar, kamança, qarmon, violin, royal, piano və s. tədris müəssisəsinə hədiyyə edilib.

Daha sonra məktəbin akt zalında şagirdlərin ifasında konsert proqramı təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdam şəhərində Novruz yarmarkası açılıb

12:56
17 Mart

Donald Trampa Fars körfəzində İranın qisas tədbirləri ilə bağlı xəbərdarlıq edilibmiş  

12:50
17 Mart

Növbəti köç karvanı Xocavənd kəndinə çatıb

12:47
17 Mart

Sabah gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək

12:46
17 Mart

Xarici vətəndaşların İrandan təxliyəsi: “Astara” buraxılış məntəqəsində son vəziyyət 

12:45
17 Mart

Ötən il Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi 6,5 milyard dolları ötüb  

12:41
17 Mart

İranda ABŞ və İsrailə casusluq edənləri edam cəzası gözləyir

12:41
17 Mart

MM qadın hərbçilərlə bağlı qanunvericiliyə dəyişikliyi qəbul edib

12:33
17 Mart

MDB-nin İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə dair Protokol təsdiqlənib  

12:30
17 Mart

“Yerin təki haqqında” Qanuna dəyişikliklər təsdiqləndi: Yeni qaydalar resurs istifadəsini və ekoloji nəzarəti gücləndirəcək  

12:19
17 Mart

2025-ci ildə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi açıqlanıb  

12:11
17 Mart

BDYPİ qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib

12:01
17 Mart

Nigeriyada terror aktı: 23 nəfər həlak olub, 100-dən çox yaralı var

11:32
17 Mart

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

11:22
17 Mart

Milli Məclis 9 məsələnin müzakirəsinə başlayıb

11:21
17 Mart

Şirvan şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 35 mənzil verilib  

11:20
17 Mart

ABŞ-nin Hörmüz boğazında koalisiya yaratmaq cəhdləri uğursuzluğa düçar olur  

11:18
17 Mart

Ötən gün 40 cinayətin açılması təmin edilib

11:16
17 Mart

Efiopiyada “ASAN xidmət” modeli əsasında növbəti xidmət mərkəzlərinin açılışı olub  

11:15
17 Mart

Dünya bazarında qızıl 22 dollardan çox bahalaşıb

11:14
17 Mart

Dünya birjalarında neft bahalaşıb

11:13
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!