08 Dekabr 2023 10:40
7815
Oxucu məktubları
A- A+

Lənkəranın  mərd oğlu

 

Müqəddəs Qarabağın erməni quldurlarından təmizlənməsi  uğrunda gedən  döyüşlərdə şəhidlik zirvəsinə ucalan  qəhrəman oğullarımızdan biri də  1983-cü ildə   Lənkəran rayonu Veravul kəndində dünyaya göz açan gizir Yusif Məmmədrza oğlu Xəlilovdur.
Doğma Azərbaycana, xalqına böyük sevgisi olan  Yusif  Xəlilov 18 il orduda xidmət edib. Vətənini göz bəbəyi kimi qoruyub,  məqamı gələndə  onun yolunda canından keçməyi özünə şərəf bilib.   2016-cı ilin Aprel döyüşlərində iştirak edib, ağır yaralanıb. Sağaldıqdan  sonra tank komandiri kimi  Vətəninin keşiyində durub.   Lokal antiterror tədbirlərnə qoşulan igid döyüşçü son damla  qanına qədər vuruşaraq  əbədiyyətə qovuşub. Doğulub boya-başa çatdığı Veravul kəndində torpağa tapşırılıb.
Şərəfli ölümü ilə ölümsüzlüyə qovuşan Yusif Xəlilovun oxuduğu  Veravul kənd məktəbində   xatirə lövhəsi vurulub.  Məktəbdə  Yusif Xəlilov adına sinif otağı da fəaliyyət göstərir. 
Bəli, doğma Azərbaycanın müqəddəsliyinə tapınaraq ömrünü ona sərf edən Yusif kimi mərd  oğlanlar heç zaman unudulmur.  

Z.ƏLİYEV 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video