31 May 2025 08:00
1968
SİYASƏT
A- A+
Laçından dünyaya mesaj

Laçından dünyaya mesaj


Azərbaycan-Türkiyə-Pakistan üçlük platforması artıq yeni model kimi mühüm faktora çevrilir


"Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür". 

28 May Müstəqillik Günü münasibətilə Laçında keçirilən bayram tədbirində Prezident İlham Əliyev çıxışına bu səmimi fikirləri ilə başladı. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin də iştirak etdikləri mərasimdə İlham Əliyev bir daha həqiqətləri səsləndirdi. 

3 qardaş ölkənin rəhbərlərinin məhz Azərbaycanın Müstəqillik Günündə Laçın şəhərində görüşməsi, müxtəlif obyektlərin açılışlarında iştirak etmələri həm də rəmzi məna daşıyırdı.  Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı bu iki qardaş ölkə dəstəkləmişdi. Bu dəstək xalqımıza güc verməklə yanaşı, hərb meydanında olan müzəffər ordumuzun da  döyüş  ruhunu yüksəltmişdi. Bu gün isə qardaşlıq münasibətləri özünün ən yüksək mərhələsindədir desək, yanılmarıq. 

Üç qardaş ölkənin liderlərinin iştirakı ilə Laçında keçirilən Zirvə görüşü tarixi əhəmiyyətli toplantı oldu. Sayca ikinci olan bu Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan birliyinin növbəti təzahürü idi. Bu görüş həm də ona görə diqqət mərkəzinə çevrildi ki, Laçın Beynəlxalq Hava Limanı öz qapılarını dünyaya açıq elan etdi. Belə ki, Füzulidən, Zəngilandan sonra Laçında da beynəlxalq aeroportumuz fəaliyyətə başladı. Bu, əlbəttə ki, Azərbaycanın iqtisadi qüdrətindən xəbər verdi. Ermənistanın 30 il ərzində bir daşı daş üstünə qoymadığı, əvəzində xarabalığa çevirdiyi ərazilərimizi dövlətimiz cəmi 5 ilə gülüstana çevirir. Müasir yollar, "ağıllı" yaşayış məntəqələri, sosial-iqtisadi infrastrukturlar inşa edən qüdrətli Azərbaycan bütün bunları yalnız öz gücünə, heç kimdən maddi yardım almadan həyata keçirir.  

Təbii ki, 30 il ərzində işğal altında qalan Laçın şəhərində belə bir nüfuzlu tədbirin keçirilməsi də böyük rəmzi məna daşıyırdı. Prezident İlham Əliyev də dedi ki, bu gün üçtərəfli əməkdaşlığın yeni səhifəsi açılır. Zirvə görüşündə müzakirə olunan məsələlər, əldə edilmiş razılaşmalar 3 dostu bir-birinə daha da yaxınlaşdıracaq.

"Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik", - deyən dövlətimizin başçısı qətiyyətlə vurğuladı ki, azad edilmiş Laçından üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq.


Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub


Liderlərin iştirakı ilə keçirilən Zirvə görüşündə İlham Əliyev 3 ölkənin hazırkı münasibətlərinə, iqtisadi, sosial və humanitar əlaqələrinə aydınlıq gətirdı. Prezident dedi ki, ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyi qaçılmazdır.

Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına isə 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. 

Prezident həmçinin 3 ölkənin beynəlxalq nəqliyyat marşrutlarına verə biləcəkləri töhfələrdən söz açaraq deyib ki, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır: "Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik".

Bununla yanaşı, 3 qardaş ölkənin müdafiə sahəsində də əməkdaşlığı tərəfdaşlığın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Hərbi əməkdaşlıq geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir. 

Bu sarsılmaz birlik həmçinin beynəlxalq arenada da eyni mövqe nümayiş etdirir. Beynəlxalq platformalarda və təşkilatlarda həmrəylik gücümüzə güc qatır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında bildirdi ki, bu gün təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib 3 qardaş ölkə arasındakı bağlar daha da gücləndirilir. Bölgədə baş verən hadisələr ölkələrimiz arasındakı həmrəyliyin nə qədər vacib olduğunu gündən-günə daha aydın şəkildə göstərir. 

Türkiyə enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər hər sahədə Azərbaycanla güclü əməkdaşlıqlar qurur. İlham Əliyevin bənzərsiz töhfələri sayəsində münasibətlər hər gün təkcə bölgəyə deyil, bütün dünyaya nümunə olacaq səviyyəyə çatdırılır. "Sabitlik abidəsi kimi yüksələn Azərbaycanın uğurları ilə hamımız qürur duyuruq. Otuz ildən sonra əsarətdən azad olunan Qarabağ üçün artıq uğur, sülh və inkişaf hekayəsi yazmaq zamanıdır. Bu gün keçmişdə yaşadığımız ağrılardan dərs alaraq davamlı sülhün bərqərar olmasını, etimadın və mehriban qonşuluq münasibətlərinin qurulmasını hədəfləyirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq" - Rəcəb Tayyib Ərdoğan dedi.

Türkiyə Prezidenti həmçinin vurğuladı ki, əməkdaşlığın son dərəcə strateji aspektini təşkil edən nəqliyyat sahəsində "İnkişaf yolu", "Orta dəhliz" və "Şimal-cənub nəqliyyat dəhlizi" kimi layihələrə birlikdə töhfə veriləcək. Mədəniyyət və təhsil sahələrində, xüsusilə də gənclərimizin və alimlərimizin qarşılıqlı təmaslarını artıracaq layihələr üzərində iş aparılacaq. Enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və bərpaolunan enerji sahələrindəki imkanlar birlikdə dəyərləndiriləcək. 


"Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var"


"Bugünkü dünyamızda ciddi çağırışlar, silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən ölkələrimiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Biz əminik ki, səbir və müdriklik nəticə etibarilə qalib gələcəkdir və firavanlığı təmin edəcəkdir. Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz əzəmətli qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüdsüz olaraq sizə etibar edirik. Biz silahdaş qardaşlar kimi sülhü, ədaləti və mənəvi dəyərləri hər zaman üstün tutacağıq".

Bu fikirləri isə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif söylədi. Öncə Azərbaycan və Türkiyə prezidentlərinə Pakistanın ədalətli Cəmmu-Kəşmir məsələsində tutduqları mövqeyə görə təşəkkürünü bildirən baş nazir dedi ki, 3 qardaş ölkə səsini ən yüksək səviyyədə ucaltmalıdır ki, bütün dünya Türkiyənin, Azərbaycanın və Pakistanın səsini eşitsin. 

Baş nazirin sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır. Bu sarsılmaz güc həmrəyliyə və qarşılıqlı hörmətə əsaslanır. Bugünkü dünyada ciddi çağırışlar, silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən ölkələrimiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Şahbaz Şərif əminliklə vurğuladı ki, zamanın sınağından keçmiş münasibətlər xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcək. 

Baş nazir arzusunu da səsləndirdi: "Türkiyənin, Azərbaycanın və Pakistanın bayraqlarında olan aypara hər zaman bir-birinin yanında ucalsın, işıq saçsın və bu, bizim gücümüzün, birliyimizin, inamımızın, xalqlarımızın və müsəlman dünyasının ümidinin rəmzinə çevrilsin".

Göründüyü kimi, strateji tərəfdaşlıq, qardaşılıq münasibətlərini yüksələn xətlə inkişaf etdirən Azərbaycan-Türkiyə-Pakistan əlaqələri mühüm mərhələyə qədəm qoyub. Laçın Zirvə görüşü isə bu yüksələn münasibətlərə çox müsbət impuls verdi.  

Azərbaycan, Türkiyə və Pakistanın dünyaya verdikləri mesajlar onu deməyə əsas verdi ki, 3 qardaş daim çiyin-çiyinə bir-birinin yanındadır. Bu qardaşlıq və dostluq Cənubi Qafqaz regionunda, eyni zamanda onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün zəmanətidir. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!