07 Oktyabr 2026 13:37
252
İQTİSADİYYAT
A- A+
Kürdəmirin “dəmir atları” üçün yeni dayanacaq

Kürdəmirin “dəmir atları” üçün yeni dayanacaq


Kürdəmirə yolu düşən, yaxud rayonda yaşayan sürücülərin avtomobillə bağlı işi düşəndə artıq bir neçə ünvana üz tutmasına ehtiyac qalmayacaq. Rayonda avtomobil təmiri və texniki xidmətlərin bir arada göstəriləcəyi yeni müəssisə fəaliyyətə başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, müəssisə Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “PeşəCar” layihəsi üzrə yaradılıb. Kürdəmir rayonunda qurulan klaster müəssisə özünüməşğulluq proqramı çərçivəsində avtomobil təmiri sahəsində aktivlərlə təmin olunmuş şəxslərin eyni məkanda birgə işləməsi üçün nəzərdə tutulub.

 Burada avtomobil sahibinin demək olar ki, bütün “maşın dərdi”nə çarə tapmaq mümkün olacaq. Müəssisədə avtorəngsaz, avtotəmizləmə, avtorazval, avtodəmirçi, avtoçilingər, eləcə də avtomobil şinlərinin bərpası və təmiri xidmətləri göstəriləcək. Yeni müəssisə Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə istifadəyə verilib. Beləliklə, fərdi şəkildə fəaliyyət göstərən ustalar üçün həm daha əlverişli iş mühiti yaranıb, həm də rayon sakinləri müxtəlif avtomobil xidmətlərini bir ünvanda əldə edə biləcəklər.

“PeşəCar” layihəsi çərçivəsində yaradılan ilk klaster müəssisə isə ötən il Oğuz rayonunda istifadəyə verilib. Kürdəmirdəki yeni müəssisənin fəaliyyətə başlaması ilə rayonun avtomobil ustaları üçün də bir növ “ustalar məhəlləsi” formalaşır: biri mühərrikə baxacaq, biri təkərə, biri rəngə, digəri isə avtomobilin salonuna. Sürücünün işi isə maşını gətirib, hazır vəziyyətdə aparmaq olacaq.

 “Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan bütün qütblərlə təmasda olan nadir ölkədir  

14:43
07 Oktyabr

Erkən yaşlarda müşahidə olunan xərçəng halları artıb

14:35
07 Oktyabr

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir 

14:34
07 Oktyabr

Tərtərdə pambıq yığımına başlanılıb

14:31
07 Oktyabr

Azərbaycanın yeni mərhələdə yeni hədəfləri  

14:13
07 Oktyabr

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür  

14:01
07 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:51
07 Oktyabr

Kürdəmirin “dəmir atları” üçün yeni dayanacaq

13:37
07 Oktyabr

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

13:24
07 Oktyabr

Bakı–Ağstafa xəttində əlavə qatarlar hərəkətə çıxacaq

13:23
07 Oktyabr

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil  

13:20
07 Oktyabr

Vergi daxilolmaları 13,6 milyard manatı keçdi

13:02
07 Oktyabr

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

12:36
07 Oktyabr

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır  

12:22
07 Oktyabr

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

12:21
07 Oktyabr

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır  

12:00
07 Oktyabr

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir  

11:59
07 Oktyabr

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

11:58
07 Oktyabr

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib  

11:57
07 Oktyabr

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir  

11:57
07 Oktyabr

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir  

11:53
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!