14 Noyabr 2025 17:55
609
CƏMİYYƏT
A- A+
“Konstitusiya və Suverenlik İli” dövlət müstəqilliyimizin hüquqi dayaqlarına verilən böyük önəmin göstəricisidir  

“Konstitusiya və Suverenlik İli” dövlət müstəqilliyimizin hüquqi dayaqlarına verilən böyük önəmin göstəricisidir  


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Konstitusiyanın qəbulundan suverenliyin bərpasınadək keçilən yolu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov, Layihələrin idarə edilməsi şöbəsinin müdiri Esmira Səmədova dövlətçilik tariximizdə mühüm hadisə olan Konstitusiyanın qəbulu barədə danışıblar.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya sənədi Azərbaycanın dünyəvi, demokratik və hüquqi dövlət kimi inkişafı üçün möhkəm hüquqi baza yaratdı. Qanunun aliliyini, insan hüquq və azadlıqlarını, sosial ədalət və vətəndaş məsuliyyətini təsbit etdi.

Konstitusiyada dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması əsas məqsəd kimi göstərilib. Təəssüf ki, uzun illər torpaqlarımız Ermənistanın işğalı altında qaldı və Konstitusiyamızın qüvvəsi həmin ərazilərdə tətbiq oluna bilmədi. Amma Azərbaycan dövləti və xalqı bu vəziyyətlə heç vaxt barışmadı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazandıq. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlət müstəqilliyimizin hüquqi və mənəvi dayaqlarına verilən böyük önəmin göstəricisidir. Bu gün Konstitusiyanın prinsipləri dövlət siyasətimizin hər sahəsində, o cümlədən rəqəmsal transformasiya prosesində öz əksini tapır. Azərbaycan rəqəmsal inkişaf və innovasiyalar sahəsində böyük addımlar atır və regionda lider ölkə olmağı hədəfləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!