27 Yanvar 2022 22:55
1077
SİYASƏT
A- A+
Kolumbiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

Kolumbiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

 

Yanvarın 27-də xarici işlər naziri Ceyhun Bayramov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenası ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanın dost Kolumbiya ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini qeyd edib. Ölkələrimizin ikitərəfli müstəvidə olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi vurğulanıb və iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğu qeyd edilib.

Nazir, həmçinin səfirin Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir dövrdə ölkəmizdə diplomatik fəaliyyət göstərdiyini söyləyib və bu xüsusda, hazırda bölgədə mövcud olan münaqişə sonrası inkişaf barədə məlumat verib.

Səfir Luis Antonio Dimate Kardenas ölkəsinin ikitərəfli əlaqələrin inkişafına sadıq olduğunu qeyd edib. Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə, habelə həyata keçirilən məlumat mübadiləsinə görə təşəkkürünü bildirib. Səfir, ölkəsinin bölgədə dayanıqlı sülhün təmin olunmasının tərəfdarı olduğunu və bununla əlaqədar, 2020-ci ilin noyabr tarixli üçtərəfli Bəyanatın tam icrasını dəstəklədiyini qeyd edib. O, Azərbaycana həyata keçirdiyi bərpa və quruculuq işlərində uğurlar arzu edib. Səfir iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, təhsil, mədəniyyət, idman və sair əməkdaşlığın uğurla həyata keçirildiyini söyləyib və bu əlaqələrin gələcək inkişafı üçün potensialın mövcudluğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov səfir Luis Antonio Dimate Kardenasa ölkələrimiz arasındakı əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:56
02 Aprel

Rostov vilayətində 24 saat ərzində ikinci dəfə dron həyəcanı elan edilib  

23:38
01 Aprel

Ötən il dünyada bərpaolunan enerji mənbələrinin ümumi gücü 15 faizdən çox artıb 

23:29
01 Aprel

Media: ABŞ-nin itirdiyi MQ-9 tipli PUA-ların sayı 16-ya çatıb

22:35
01 Aprel

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb

21:40
01 Aprel

Nikol Paşinyan Qarabağ məsələsini bağlamağa çağırıb  

20:33
01 Aprel

Küveyt səmasında gərginlik: 3 raket və 17 PUA zərərsizləşdirilib  

20:19
01 Aprel

İndoneziya BMT-ni Livanda sülhməramlıların ölümü ilə bağlı təcili araşdırmaya çağırıb  

19:53
01 Aprel

Kreml Kiyevə tələb irəli sürüb

19:47
01 Aprel

Bahar Muradova: “Yüksəliş” müsabiqəsi istedadlı və bacarıqlı kadrların inkişafında mühüm rol oynayır  

19:43
01 Aprel

Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir  

19:38
01 Aprel

Səyyar “ASAN xidmət” avtobusu Qazaxda

19:27
01 Aprel

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət edəcək

19:23
01 Aprel

İqor Yuşkov: Rusiya-Azərbaycan qaz mübadiləsi ticarət üçün yeni imkanlar yaradır  

19:22
01 Aprel

Azərbaycanın TDT-yə sədrliyi dövründə təşkilatın nüfuzunun artırılması istiqamətində səylər davam etdiriləcək  

18:51
01 Aprel

Portuqaliya Azərbaycanda səfirlik açacaq

18:41
01 Aprel

Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir

18:29
01 Aprel

Ekspert: Rusiya və Azərbaycan enerji əməkdaşlığını gücləndirir  

18:22
01 Aprel

Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlıq inkişaf etdiriləcək  

18:21
01 Aprel

Türkmənistanla iqtisadi əməkdaşlığın inkişaf perspektivləri dəyərləndirilib

18:20
01 Aprel

Yeni səfir Hindistan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib  

18:20
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!