04 Fevral 2024 10:40
1497
İQTİSADİYYAT
A- A+
Köhnə avtomobillər haqqında yeni qaydalar

Köhnə avtomobillər haqqında yeni qaydalar

 

Utilizasiya fondu ölkənin avtoparkını təzələməyə hədəflənib 

 

Xəbər verildiyi kimi, dövlət başçısı nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə "Tullantılar haqqında" qanunun 14-3-cü və "Büdcə sistemi haqqında" qanunun 5-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində "Nəqliyyat vasitələrinin utilizasiyası fondu"nun yaradılması barədə sərəncam imzalamışdır.
Məsələnin aktuallığı və yaradılacaq fondun fəaliyyət istiqamətləri bu və ya digər dərəcədə  əksəriyyət üçün maraq kəsb edir. Onə görə də mövzuya bir qədər ətraflı yanaşmaq, bəzi xırdalıqları təfərrüatı ilə nəzərdən keçirmək vacibdir. Öncə ondan başlayaq ki, sözügedən sərəncama əsasən, istehsal vaxtından 4 il keçən minik avtomobillərinin ölkəyə gətirilməsinə gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı ödəniləcək. Bu yerdə onu qeyd edək ki, bu cür rüsumların təyin edilməsi bizdə yeni olsa da, o, dünyanın bir çox ölkələrində çoxdan tətbiq edilir. Başqa sözlə desək, əgər ekoloji vəziyyəti qorumaq istəyiriksə, istismar müddəti bitən avtomobillərin istismarının qarşısını müəyyən vasitələrlə almaq lazımdır. Və belə vasitələrdən biri də utilizasiya fondunun yaradılmasıdır. 
Ölkəmizin avtomobil parkının böyük bir hissəsi Bakının payına düşdüyü üçün "köhnə maşın" problemi paytaxt üçün daha ağrılıdır. Əgər paytaxtda əvvəllər atmosferə atılan tullantıların əksəriyyəti sənaye müəssisələrinin payına düşürdüsə, indi atmosferə atılan zəhərli tullantıların 75 faizi nəqliyyatın hesabına yaranır. Nəqliyyat vasitələrinin sayı isə günbəgün artır. Bu artımın son 20 ildə 3,5 dəfə olduğu bildirilir. Üstəlik, aparılan monitorinqlər və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, ölkədə avtomobil nəqliyyatından atmosferə il ərzində atılan təkcə karbon oksidlərinin miqdarı 700 min tona yaxındır. 
Onu da etiraf edək ki, ölkəyə əvvəllər idxal olunan işlənmiş avtomobillərin böyük bir hissəsi qədərindən artıq istismar olunduğu üçün bu gün faktiki olaraq ekoloji  standartlara cavab vermir. Amma artıq gecdir, onlar ölkənin avtoparkının böyük bir hissəsini təşkil edirlər. Buna baxmayaraq, əlimizi yanımıza salıb vəziyyətlə barışa da bilməzdik. Bir neçə il əvvəl ölkəyə idxal edilən avtomobillərin istehsal tarixinə məhdudiyyət (10 il) qoyulması, indi isə köhnə avtomobillərin  istismardan çıxarılmasının stimullaşdırılması üçün utilizasiya fondunun yaradılması məhz bu barışmazlıqdan irəli gəlir.
Artıq xəbər verildiyi kimi, Baş nazir Əli Əsədov "Nəqliyyat vasitələrinin Utilizasiyası Fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası"nı təsdiqləmişdir. Qərarla "Yol hərəkəti haqqında" qanunun 27- ci maddəsinin II və III hissələrində nəzərdə tutulan nəqliyyat vasitələri üçün hər dövlət texniki baxışı zamanı istehsal və buraxılış ili 4 ildən 10 ilədək olduqda - 10, 10 ildən 20 ilədək olduqda - 20, 20 ildən 30 ilədək olduqda - 30, 30 il və daha çox olduqda isə 40 manat utilizasiya haqqı ödəniləcək.
Sözsüz ki, yeni qaydalar ölkənin avtomobil bazarının tədricən yenilənməsinə, ekologiyanın daha ciddi qorunmasına hədəflənib. Amma həmin hədəfə çatmağa xidmət edən tədbirlər təkcə bunlar deyil. Nəzərdə tutulur ki, müxtəlif səbəblərdən istismara yaramayan avtomobilini utilizasiyaya verən şəxsə yerli istehsal olan yeni avtomobil güzəştli qiymətə təklif ediləcək. Əgər həmin şəxs digər avtomobil almaq istəyirsə, ona həmin güzəştin  70 faizi məbləğində vəsait ödəniləcək. Yəqin ki, məqsədə nail olmaq üçün gələcəkdə  digər tədbirlər də görüləcək və bütün hallarda ölkənin avtomobil parkı gec də olsa yenilənməyə başlayacaq.

Bahadur İMANQULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə cüdo üzrə Avropa Kuboku turniri yüksək səviyyədə təşkil olunub

13:31
05 Aprel

İranda neft-kimya kompleksinə hava hücumu nəticəsində 5 nəfər ölüb  

09:03
05 Aprel

SEPAH: İran səmasında daha bir pilotsuz təyyarə vurulub

06:41
05 Aprel

Azərbaycanın gənclər və idman nazirinin Türkiyəyə səfəri başa çatıb

23:47
04 Aprel

Buşehr Atom Elektrik Stansiyası yaxınlığına mərmi düşüb, bir nəfər ölüb

21:43
04 Aprel

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

Rəsmi Kiyev sülh danışıqlarında fasiləni şərh edib

20:45
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

Bankların depozit portfeli 41,3 milyard manat təşkil edib

15:59
04 Aprel

Ukrayna Prezidenti Türkiyəyə işgüzar səfər edib

15:53
04 Aprel

Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib

15:31
04 Aprel

Rusiya ordusunun Nikopola dron hücumu: 5 nəfər həlak olub

15:09
04 Aprel

Azərbaycanın sədrliyi ilə UNESCO-da G-77 və Çin Qrupunun iclası: Sessiyaöncəsi koordinasiya gücləndirilir

14:57
04 Aprel

Növbəti humanitar yardım “Cənub-Astara” buraxılış məntəqəsindən İrana yola salınıb

14:42
04 Aprel

İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub

14:12
04 Aprel

Sabah Azərbaycanda bəzi yerlərində intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacaq

14:02
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!